Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
09 aprel 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “İRƏVAN” Xalq Çalğı Alətləri Ansamblının yüksək bədii ovqata və zəngin musiqi proqramına malik konsertində məmnuniyyətlə iştirak etdik.
Qərbi Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi milli yaddaşımızın yaşadılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər xalqımızın öz tarixi torpaqlarına, qədim mədəniyyət beşiyinə olan qırılmaz mənəvi bağlarının bariz göstəricisidir.
Belə mühüm layihələr milli mədəni irsimizin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Təşkilatçılara və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri






