Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
14 Aprel 2026-cı il tarixində Salyan Rayonunun Arbatan kənd tam orta məktəbində Akademik görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının və Qərbi Azərbaycan İcmasının Salyan Rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Salyan Rayon Təşkilatının sədir müavini Aqşin Babayev, QAİ Salyan Rayon nümayəndəsi Kərəm Muradov, ziyalılar, partiya fəalları Qərbi Azərbaycan İcmasının üzvləri və İctimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və torpağlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Salyan Rayon nümayəndəsi Kərəm Muradov məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında çıxış edənlər- YAP Salyan Rayon Təşkilatının sədir müavini Aqşin Babayev, Arbatan kənd Tibb məntəqəsinin baş həkimi Pərvanə Abışova, Salyan Rayon mərkəzi xəstəxanasının Oftalmoloqu Bəylər Məmmədov, Rayon Ziyalılar birliyinin sədri Allahverdi Piriyev, "Ana Kürüm" qəzetinin baş redaktoru Rüstəm Məlikov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Seyfullayev, Qərbi Azərbaycan İcmasının Salyan Rayon nümayəndəliyinin Arbatan kənd icmasının sədri Aslan Fərəcov, təqaüddə olan müəllim, Qərbi Azərbaycan İcmasının fəal üzvü Almaz Dadaşova və başqaları qeyd ediblər ki, Akademik Zərifə xanım Əliyeva Azərbaycan Tibb elminin inkişafına misilsiz töhfələr vermiş, Oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız ölkəmizdə deyil, Beynəlxalq elmi mühitdə də böyük nüfuz qazanmışdır. Çıxışlarda vurğulanıb ki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, yüksək insani keyfiyyətləri və vətənə bağlılığı bu gün də gənc nəsilə örnəkdir. Bildirilib ki, belə görkəmli şəxsiyyətlərin xatirəsinin yaşadılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir, onların həyat yolu və fəaliyyəti gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.
Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri və döş nişanları təqdim edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.





