Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”
SİYASƏT
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
SİYASƏT
Azərbaycan regionun gələcək inkişafına töhfə verir
SİYASƏT
Azərbaycan beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarıdır
SİYASƏT
Azərbaycan tarixini dəyişdirən əfsanə - HEYDƏR ƏLİYEV
SİYASƏT
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
SİYASƏT
Ermənistan hədəfə çıxarılır? – Paşinyanın başı DƏRDDƏ
SİYASƏT
Çoxşaxəli əməkdaşlıq modeli: Azərbaycan–İtaliya əlaqələrinin inkişaf istiqamətləri
SİYASƏT
Strateji tərəfdaşlığın yeni səhifəsi: Azərbaycan–İtaliya münasibətləri
SİYASƏT
Enerji diplomatiyası: Azərbaycan və İtaliya arasında inkişaf edən əməkdaşlıq
SİYASƏT
Avropa Parlamentinin Azərbaycana qərəzli yanaşması siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır – Şərh
SİYASƏT
Bütün bunlar onu göstərir ki...
SİYASƏT
Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir.
SİYASƏT
Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
SİYASƏT
Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı
SİYASƏT
Avropa Təsisatlarına Sərt Xəbərdarlıq
SİYASƏT
İrəvan Sammiti: Cənubi Qafqazda "Böyük Sülh"ün İqtisadi Təməlləri
SİYASƏT
Sülhün "Yol Xəritəsi" və Qarşılıqlı Etimad
SİYASƏT
Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox bağlanır
SİYASƏT
Okamponun etirafları göstərir ki, Avropa institutları konkret maraq qruplarının təsiri altındadır
SİYASƏT
İdman gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır
SİYASƏT
Qələbə əzmi və milli güc: Azərbaycan idmanının inkişaf mənzərəsi
SİYASƏT
Azərbaycanda idman yüksəliş dövrünü yaşayır
SİYASƏT
Milli qürurun təntənəsi: Güləşçilərimizin Avropa zəfəri
SİYASƏT
Azərbaycan Güləşinin Qitə Liderliyi: Tiranadan Başlayan Zəfər Yolu
SİYASƏT
Azərbaycan Güləşinin Avropa Fəthi
SİYASƏT
Azərbaycanın İdman Gücü və Güləşçilərimizin Qitə Fəthi
SİYASƏT
Azərbaycanın enerji siyasəti və Çexiya ilə genişlənən strateji əməkdaşlıq”
SİYASƏT
Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə
SİYASƏT
Bakı–Praqa münasibətləri: tarixi təməllər üzərində inkişaf edən tərəfdaşlıq

Unudulmaz alim, qayğıkeş insan

2026-04-14 11:18:54 4189 baxış
Xəbər şəkil

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım  Əliyevanın anım günüdür. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva  traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirmişdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə xanım  Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. O, fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım Əliyeva   150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Zərifə xanım  Əliyeva M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.
Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Görkəmli alim 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü. Akademik Zərifə xanım Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.  Zərifə xanım Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətlərindən biri kimi xalqımızın qəlbində daim yaşayır, ehtiramla anılır. 

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”
2026-05-13
Əmək bazarında gender balansının iqtisadi və hüquqi aspektləri - TƏHLİL
2026-05-13
Əmək bazarında gender balansının iqtisadi və hüquqi aspektləri - TƏHLİL
2026-05-13
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
2026-05-13
Günay Ağamalı: Azərbaycan müəllimi müasir çağırışlara və rəqəmsal dünyaya uğurla uyğunlaşır
2026-05-13
Salyanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olundu.
2026-05-12
Regionda sülh və əməkdaşlığın yeni mərhələsi
2026-05-11
Azərbaycan regionun gələcək inkişafına töhfə verir
2026-05-11
Azərbaycan beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarıdır
2026-05-11
Azərbaycan tarixini dəyişdirən əfsanə - HEYDƏR ƏLİYEV
2026-05-10
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
2026-05-10
Ermənistan hədəfə çıxarılır? – Paşinyanın başı DƏRDDƏ
2026-05-06
Çoxşaxəli əməkdaşlıq modeli: Azərbaycan–İtaliya əlaqələrinin inkişaf istiqamətləri
2026-05-06
Strateji tərəfdaşlığın yeni səhifəsi: Azərbaycan–İtaliya münasibətləri
2026-05-06
Enerji diplomatiyası: Azərbaycan və İtaliya arasında inkişaf edən əməkdaşlıq
2026-05-06
Avropa Parlamentinin Azərbaycana qərəzli yanaşması siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır – Şərh
2026-05-06
Bütün bunlar onu göstərir ki...
2026-05-06
Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir.
2026-05-06
Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
2026-05-06
Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı
2026-05-06
Avropa Təsisatlarına Sərt Xəbərdarlıq
2026-05-05
İrəvan Sammiti: Cənubi Qafqazda "Böyük Sülh"ün İqtisadi Təməlləri
2026-05-05
Sülhün "Yol Xəritəsi" və Qarşılıqlı Etimad
2026-05-05
Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox bağlanır
2026-05-05
Okamponun etirafları göstərir ki, Avropa institutları konkret maraq qruplarının təsiri altındadır
2026-05-04

2026-05-01