Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

CƏMİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
SİYASƏT
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
SİYASƏT
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
SİYASƏT
Əbədiyaşar elm xadimi
SİYASƏT
Tibb elminə həsr olunmuş ömür
SİYASƏT
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
SİYASƏT
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
SİYASƏT
Zərifə Əliyevanın– elmi fəaliyyəti
SİYASƏT
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
SİYASƏT
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
SİYASƏT
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
SİYASƏT
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
SİYASƏT
Unudulmaz alim, qayğıkeş insan
SİYASƏT
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
SİYASƏT
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
SİYASƏT
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
SİYASƏT
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
SİYASƏT
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
SİYASƏT
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
SİYASƏT
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
SİYASƏT
Sülh, sabitlik və davamlı inkişaf
SİYASƏT
Tarixi köklərə söykənən dostluq
SİYASƏT
"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI
SİYASƏT
Azərbaycan - Gürcüstan dostluğu
SİYASƏT
Günay Ağamalı: “Xaricdə təhsil alan gənclərin qayıdışı milli inkişaf üçün strateji əhəmiyyət daşıyır”
SİYASƏT
Azərbaycan-Gürcüstan münasibətləri strateji maraqlara söykənən müttəfiqlik modelidir"
SİYASƏT
Türk Dövlətləri Təşkilatı qlobal siyasətin yeni ağırlıq mərkəzidir
SİYASƏT
Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" – DEPUTAT
SİYASƏT
Sosial mediada göstərilən ‘ideal həyat’ ilə real imkan gənclərdə depressiyanı artırır” – Günay Ağamalı
SİYASƏT
"30 il davam edən sükutdan sonra həmin ərazilərdə uşaq gülüşünün eşidilməsi həsrətin bitdiyinin ən böyük rəmzidir" - MİLLƏT VƏKİLİ

“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı

2026-04-15 16:09:08 4502 baxış
Xəbər şəkil

 

“Azərbaycan elminin və mənəviyyatının üfüqlərində sönməz ulduz tək parlayan akademik Zərifə xanım Əliyevanın ömür yolu, bütövlükdə XX əsr Azərbaycan intellektual intibahının, xalqa fədakar xidmətin və mənəvi ucalığın monumental dastanı kimi qiymətləndirilməlidir. 15 aprel anım günü ərəfəsində böyük şəxsiyyət Zərifə xanım Əliyevanın irsinə nəzər salarkən qarşımızda peşəkar həkimlik fəaliyyəti, millətin taleyində dönüş nöqtəsi yaradan və qaranlıq dünyalara işıq süzən bir xilaskar obraz canlanır. Sözügedən həyat yolu, elm adamının cəmiyyət qarşısında məsuliyyətinin ən ali nümunəsi kimi tədris olunmalı bir məktəbdir.

 


Görkəmli alimin şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında böyüyüb boya-başa çatdıgı mühit həlledici və fundamental rol oynayıb. 1923-cü il aprelin 28-də Naxçıvanın qədim və zəngin tarixi ənənələri olan Şahtaxtı kəndində dünyaya gələn Zərifə Əziz qızı Əliyeva, Azərbaycanın tanınmış dövlət və elm xadimi, mahir təşkilatçı Əziz Əliyevin ocağından nur almışdı. Alimin uşaqlıq və gənclik illəri mədəniyyət tariximizin simaları olan Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd Vurğun və Bülbül kimi nəhənglərin ailəvi dostluq mühitində keçmişdi. Qeyd olunan mühit gənc Zərifə xanıma elmi biliklərlə bərabər, həm də sarsılmaz milli ruh, klassik sənətə və insana dərin, səmimi bir sevgi aşılamışdı. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən gənc mütəxəssis, fəaliyyətini tibbin ağır, incə və eyni zamanda son dərəcə humanist sahəsi olan oftalmologiyaya həsr etməyi seçərkən, qarşıdakı yolun ömürlük fədakarlıq, yuxusuz gecələr və sonsuz səbr tələb edəcəyini dərindən dərk edirdi. Həkimlik peşəsi onun üçün bir tale yolu idi”. Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Zərifə xanım Əliyeva dünya oftalmologiya elmində tamamilə yeni və aktual istiqamət olan görmə orqanının peşə patologiyasının banilərindən biri kimi tanınır:
“XX əsrin ortalarında Azərbaycan səhiyyəsinin həlli təxirəsalınmaz ən böyük strateji problemi geniş yayılmış traxoma infeksiyası hesab olunurdu. Bu xəstəlik dövrün tibbi çətinlikləri ilə yanaşı, ağır sosial bəla xarakteri daşıyırdı. Minlərlə insan, xüsusilə gələcək nəsillər kütləvi şəkildə görmə qabiliyyətini itirərək əlilliyə və qaranlıq həyata məhkum olurdu. Belə bir həlledici tarixi məqamda Zərifə xanım Əliyeva elmi axtarışlarını nəzəriyyədən birbaşa praktikaya və real nəticələrə yönəltdi. Alim Zərifə xanım Əliyeva laboratoriya sükutunu və paytaxtın rahat iş otaqlarını kənara qoyaraq, tozlu kənd yollarını, ucqar rayonların xəstəlik ocaqlarını, sanitar vəziyyəti ağır olan bölgələri seçdi. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda apardığı sistemli araşdırmalar, 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası ilə zirvəyə çatdı. Tədqiqat işi traxomanın bir xəstəlik kimi ölkə xəritəsindən tamamilə silinməsinin elmi-metodik proqramını təşkil etdi. Təklif olunan yenilikçi müalicə metodları sayəsində Azərbaycan qorxunc infeksiyadan xilas oldu. Xüsusilə uşaq evlərində kimsəsiz körpələri şəxsən müayinə və müalicə etməsi, onlara ana qayğısı ilə yanaşması, alimin yüksək humanist keyfiyyətlərə sahib olduğunun ən sarsılmaz tarixi sübutudur. Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti traxoma mövzusu ilə məhdudlaşmayaraq, zaman keçdikcə daha qlobal və multidissiplinar miqyas qazandı. Alim dünya oftalmologiya elmində tamamilə yeni və aktual istiqamət olan görmə orqanının peşə patologiyasının banilərindən biri kimi tanınır.
Azərbaycanın kimya sənayesinin sürətlə inkişaf etdiyi dövrdə, zərərli istehsalat sahələrində və laboratoriyalarda çalışan insanların göz sağlamlığını qorumaq, peşə xəstəliklərinin qarşısını almaq məqsədilə apardığı fundamental tədqiqatlar beynəlxalq aləmdə geniş əks-səda doğurdu. Zərifə xanımın 1977-ci ildə Moskvada, dünyanın nüfuzlu oftalmologiya mərkəzlərindən sayılan Helmqolts adına Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyası elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyi üçün sahə üzrə inqilabi addım hesab olundu. Nəhəng zəhmətin məntiqi nəticəsi olaraq, 1981-ci ildə o, SSRİ Tibb Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk azərbaycanlı qadın alim kimi tarixdə yerini aldı. Müəllifi olduğu 12 monoqrafiya və 150-yə yaxın elmi əsər, xüsusən tibb tələbələri və mütəxəssislər üçün fundamental dərslik olan “Terapevtik oftalmologiya” kitabı günümüzdə də oftalmoloqlar üçün masaüstü əvəzsiz mənbə və elmi mayak rolunu oynayır”.
Deputat onu da vurğuladı ki, Zərifə xanımı xalqın yaddaşında əfsanələşdirən və milli fəxr statusuna ucaldan amillər sırasında elmi titullar və kəşflərlə bərabər, mənəvi bütövlüyü, xanımlığı və ailə dəyərlərinə sadiqliyi xüsusi yer tutur:
“O, müasir Azərbaycan dövlətçiliyinin memarı və xilaskarı Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mənəvi dayağı və ən sadiq sirdaşı idi. Ulu Öndər xatirələrində və çıxışlarında dəfələrlə vurğulayırdı ki, dövlət işlərindəki sarsılmazlığına, ağır siyasi sınaqlardan uğurla çıxmasına Zərifə xanımın ailədə yaratdığı yüksək mənəvi mühit, səmimiyyət və dəstək təməl olmuşdur. Zərifə xanım ölkə rəhbərinin xanımı kimi protokol məsuliyyətini, böyük elmi məktəbin rəhbəri kimi akademik fəaliyyətini və qayğıkeş ana kimi ailə bağlarını eyni dərəcədə zərifliklə, dərin məsuliyyətlə idarə edirdi. Həkim etikasına və tibbi deontologiyaya həsr olunmuş "Yüksək etimad" kitabı, əslində şəxsiyyətinin və həyat fəlsəfəsinin aynasıdır. Kitabda irəli sürülən fikrə görə, həkim pasiyent qarşısında yüksək ixtisaslı peşəkarlıqla yanaşı, həm də vicdanlı, həssas, səmimi və mənəviyyatca saf insan kimi dayanmalıdır.
1985-ci ilin 15 aprelində, ömrünün məhsuldar dövrü olan 62-ci baharında vəfat edən Zərifə xanım, gələcək üçün silinməz izlər və böyük məktəb qoydu. Alimin nəşi 1994-cü ildə Moskvadan Bakıya gətirilərək Fəxri Xiyabanda, doğma vətən torpağında dəfn olundu. Hazırda adını daşıyan Milli Oftalmologiya Mərkəzi, ölkə başçımız İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə müasir texnologiyalarla təchiz edilmişdir. Adıçəkilən mərkəz hər il minlərlə insana nur bəxş etməklə Zərifə xanımın humanist missiyasını davam etdirir. 2023-cü ildə 100 illik yubileyinin dövlət səviyyəsində geniş şəkildə qeyd olunması, sözügedən irsin Azərbaycan xalqı üçün müqəddəs və əziz olduğunu bir daha nümayiş etdirdi.
Möhtərəm Cənab Prezident İlham Əliyevin Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi fikirlər Zərifə xanımın insan, ana və alim kimi bütöv, mənəvi zəngin şəxsiyyət olduğunu aydın şəkildə ifadə edir. Uşaqlıqdan qazandığı xeyirxahlıq və şəfqət duyğuları onun həyat fəlsəfəsinin əsasını təşkil etmiş, keçdiyi çətin və sınaqlarla dolu həyat yolu bu dəyərləri daha da möhkəmləndirmişdir. O, ömrünün son anlarına qədər yüksək mənəvi ucalığını, səssiz məğrurluğunu və insanlara bağlılığını qoruyaraq, əbədiyyət qarşısında yalnız yaxşılığın qalacağına inanan ziyalı nümunəsi olmuşdur. Eyni zamanda, tibbin incəliklərinə dərindən yiyələnən əsl alim kimi fəaliyyət göstərməklə yanaşı, övladlarının tərbiyəsinə xüsusi diqqət yetirərək onları Vətənə layiqli vətəndaşlar kimi yetişdirmiş, bu gün də yaddaşlarda işıqlı və əbədi bir iz qoymuşdur.
Zərifə xanım xatirələrdə həmişə nəciblik simvolu, elm fədaisi, fədakar ana və Azərbaycan qadınının intellektual-mənəvi siması kimi qalacaqdır. Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük İnsan olmaq, xalqın ağrısını öz ağrın kimi hiss etmək lazımdır. Zərifə xanım Əliyevanın yandırdığı elm çırağı sönməzliyi ilə gələcək nəsillərə yol göstərməkdə davam edəcəkdir”.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
2026-04-15
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
2026-04-15
Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
2026-04-15
“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı
2026-04-15
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
2026-04-15
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
2026-04-15
Əbədiyaşar elm xadimi
2026-04-15
Tibb elminə həsr olunmuş ömür
2026-04-15
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
2026-04-15
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
2026-04-14
Hər bir uşaq sevgi və diqqətə layiqdir!
2026-04-14
Zərifə Əliyevanın– elmi fəaliyyəti
2026-04-14
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
2026-04-14
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
2026-04-14
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
2026-04-14
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
2026-04-14
Unudulmaz alim, qayğıkeş insan
2026-04-14
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  
2026-04-12
“Bakı-Tiblisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz regionun əhəmiyyətini artırır” - DEPUTAT DANIŞDI
2026-04-10
Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri
2026-04-10
Deputat: “Sosial mediada yazılan hər söz hüquqi məsuliyyət yaradır”
2026-04-10
Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”
2026-04-09
Azərbaycan–Gürcüstan əlaqələri: tarixi köklər və müasir inkişaf dinamikası
2026-04-09
Birgə mövqe, ortaq inkişaf: Azərbaycan və Gürcüstanın əməkdaşlıq fəlsəfəsi
2026-04-09
Cənubi Qafqazda yeni reallıqlar və Azərbaycan–Gürcüstan tərəfdaşlığı
2026-04-09
Sülh, sabitlik və davamlı inkişaf
2026-04-09
Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə növbəti görüşünü keçirib
2026-04-08
Tarixi köklərə söykənən dostluq
2026-04-08
"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI
2026-04-08
Azərbaycan - Gürcüstan dostluğu
2026-04-08