Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Azərbaycanın dəmir yollarının inkişafı: ölkəmiz logistik mərkəzə çevrilib - ARAŞDIRMA

2025-07-01 07:25:20 392 baxış
Xəbər şəkil

 

 

Son illər Azərbaycanın dəmir yollarının tranzit daşımalarında fəaliyyətinin artdığı müşahidə olunur. Təbii ki, coğrafi yerləşmə baxımından – yəni həm Şimaldan Cənuba, həm də Şərqdən Qərbə doğru istiqamət almış ticarət yollarının kəsişməsində yerləşməsi ölkəmiz üçün üstünlükdür. Həmçinin bu coğrafi mövqeyin son illər dövlətimizin əsas prioriteti kimi möhkəmləndirilməsi istiqamətində xeyli işlər aparılıb. Bu çərçivədə həm ölkə daxilində, həm də ölkə xaricində uğurlu siyasət yürüdülüb. Son illərə nəzər yetirsək, görərik ki, Azərbaycan tranzit daşımalarının keçdiyi ölkələrlə münasibətlərin möhkəmləndirilməsi istiqamətində uğurlu iş aparıb, daxildə isə nəqliyyat infrastrukturunun inkişafı və modernizasiya istiqamətində zəruri tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, son üç ildə Azərbaycan üzərindən tranzit daşımaların həcmi xeyli artıb.

 

Rəqəmlər nə deyir?

Rəsmi göstəricilərə diqqət etsək, görərik ki, Azərbaycanın dəmir yollarının hesabına 2024-cü ildə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə hesabat ilində daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib.

Azərbaycanın dəmir yollarının üstünlükləri

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev İqtisadiyyat.az-a deyib ki, Azərbaycanın strateji-coğrafi yerləşmə mövqeyi fərqli istiqamətlərdə qısa çıxışı təmin edir. Onun sözlərinə görə, bundan əlavə Azərbaycan bu illər ərzində öz nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırmış və daha da cəlbedici bir ölkəyə çevrilib.

Ekspert bildirib ki, Şərq-Qərb dəhlizi üzrə Bakıdan Böyük Kəsik istiqamətində dəmir yolu modernləşdirilib, yol örtüyü yenilənib, sabit cərəyandan dəyişən cərəyana keçid istiqamətində işlər görülüb: “Buna uyğun müvafiq olaraq yeni hərəkət tərkibi alınıb, hansı ki 20% daha ucuz daşınmanı özündə ehtiva edir. Hazırda işlər artıq Hacıqabula qədər tamamlanıb. Gələcək illərdə Bakıya çatdırılması həmçinin Bakı dairəvi dəmir yolunun dəyişən cərəyana keçidi nəzərdə tutulur. Bu, daşımaların daha effektiv təşkilinə birbaşa təsir edəcək”.

Mütəxəssis vurğulayıb ki, gələcəkdə Zəngəzur dəhlizi də həmçinin çox funksional olduğundan, yəni həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərb marşrutları üzrə çıxışı təmin edəcək və bu baxımdan Azərbaycana əlavə bir dividend qazandıracaq: “Eyni zamanda beynəlxalq nəqliyyat dəhlizləri nöqteyi-nəzərdən Azərbaycanın mövqeyini möhkəmləndirəcək və əlavə dəyər qatacaq. Bu mənada baxsaq görərik ki, Azərbaycan istiqamətindən asılı olmayaraq bölgədə son mürəkkəb geosiyasi vəziyyət fonunda əvəzolunmaz bir ölkəyə çevrilir. Azərbaycan bunu dərk edir və dəhlizlərin şaxələndirilməsi yönündə işlər görür”.

Azərbaycanın dəmir yolları: Avropa ilə Asiya arasında daha qısa və təhlükəsiz yükdaşımaları

Milli Məclisin deputatı Günay Ağamalı İqtisadiyyat.az-a bildirib ki, Azərbaycan dəmir yolu nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. O xatırladıb ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü nəqliyyat siyasəti nəticəsində bölgələrimizdə yeni stansiyalar istifadəyə verilir, Bakıətrafı qəsəbələrə müasir dəmir yolu xətləri çəkilir. Bu, həm ictimai nəqliyyatın əlçatanlığını artırır, həm də bölgələrin sosial-iqtisadi inkişafına mühüm töhfə verir:

 

“Azərbaycanın coğrafi mövqeyi bizə Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərində aparıcı tranzit ölkə kimi çıxış etməyə şərait yaradır. Məhz bu dəhlizlər üzərində yerləşən Bakı-Tbilisi-Qars, Bakı-Astara-Rəşt və digər strateji magistral dəmir yolu layihələri Azərbaycanın logistik mərkəzə çevrilməsini təmin edir. Bu dəhlizlərin üstünlüyü ondan ibarətdir ki, Avropa ilə Asiya arasında daha qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli yükdaşımaları həyata keçirmək mümkün olur. Bu isə region ölkələri ilə yanaşı, dünya ticarət sisteminə də böyük fayda verir”.

Zəngəzur dəhlizinin perspektivləri

Deputat vurğulayıb ki, son illərdə xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi regionda yeni nəqliyyat arxitekturasının formalaşdığını göstərir: “Zəngəzur dəhlizinin reallaşması Naxçıvanla əsas Azərbaycan ərazisinin birləşdirilməsi baxımından tarixi əhəmiyyət daşımaqla yanaşı, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz arasında dəmir yolu əlaqələrini tamamilə yenidən quracaq. Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə əhəmiyyətini nəzərə alaraq, layihənin reallaşması  Azərbaycanın tranzit potensialını daha da artıracaq, ölkəmizin Avrasiya nəqliyyat xəritəsindəki rolunu gücləndirəcək və yeni iqtisadi imkanların yaranmasına yol açacaq”.

G.Ağamalı hesab edir ki, son illərdə Azərbaycan ərazisindən keçən beynəlxalq yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb: “Bu artım təsadüfi deyil ki, məhz dəmir yolu infrastrukturunun strateji planlaması, rəqəmsallaşdırılması, modernləşdirilməsi və beynəlxalq əməkdaşlıq zəmnində qurulan siyasətin uğurlu nəticəsidir. Xüsusilə, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ilə dəmir yollarının inteqrasiyası, multimodal daşımaların təşkilinə geniş imkanlar açır. Nəticə etibarilə, dəmir yolu sektoru Azərbaycanın iqtisadi və geosiyasi gücünün əsas dayaqlarından biridir. Bu sahənin davamlı inkişafı ölkəmizin dayanıqlı iqtisadiyyatının formalaşmasında, regional inteqrasiyada və beynəlxalq etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə əldə edilən hər bir uğur Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür”.

Müasir infrastruktur - tranzit daşımalarında üstünlüyün şərti

Milli Məclisin deputatı Fatma Yıldırım isə İqtisadiyyat.az-a söyləyib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan onun tranzit ölkə kimi imkanlarını artırır: “Şərqlə Qərbin, Şimalla Cənubun qovuşağında yerləşən ölkəmiz bu baxımdan beynəlxalq birliyin diqqətini cəlb edir. Tranzit imkanları ölkəmizə əhəmiyyətli dərəcədə iqtisadi dividendlər qazandırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanı beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq baxımından əvəzolunmaz mərkəzə çevirir”.

Deputat bildirib ki, Azərbaycan 20 ildən artıq müddətdir Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızın ərazisində regional nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində mühüm rol oynayıb: “Ölkəmizin tranzit daşımaları üçün üstünlüyünü şərtləndirən ən mühüm amillərdən biri müasir infrastrukturla bağlıdır. Son illər həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Biz bu baxımdan, dəmiryolu nəqliyyatını da xüsusi vurğulaya bilərik. Ötən dövr ərzində ölkəmizdə dəmiryolu infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər görülüb və görülməkdədir. Bu amil Azərbaycanın beynəlxalq tranzit və loqistika mərkəzi kimi də önəmini artırır”.

Dəmiryolu nəqliyyatının inkişafı – həcmi artan yükdaşımalar

F.Yıldırım qeyd edib ki, Çin, Mərkəzi Asiya dövlətləri ilə Türkiyəni və Avropanı birləşdirən Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artması nəzərə alınaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi də xeyli yüksəlib: “Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. BTQ-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsinə yönündə də işlər davam edir. Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin, həmçinin Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Tədricən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə daha çox yük cəlb ediləcək”.

Deputat söyləyib ki, dəmiryolu nəqliyyatının inkişafı üzrə görülən işlər Azərbaycan ərazisindən keçən beynəlxalq yükdaşımaların da həcmini artırıb: “Ölkəmizin ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasının, qanunvericilik bazasının təkmilləşdirilməsinin, qonşu ölkələrlə koordinasiyalı fəaliyyətin təmin olunmasının məntiqi nəticəsidir ki, bütün istiqamətlərdə daşımalarda ciddi artımlar müşahidə edilir.  Azərbaycan əlverişli coğrafi mövqeyindən bəhrələnərək özünün tranzit imkanlarını genişləndirmək üçün yeni yol-nəqliyyat layihələrinin reallaşdırılmasına böyük səy göstərir. Şübhə yoxdur ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üzrə reallaşdırılan yeni layihələr ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək”.

Geosiyasi gərginliklər fonunda təhlükəsiz marşrut

F.Yıldırım deyib ki, bu prosesdə Zəngəzur dəhlizinin açılması müstəsna əhəmiyyət kəsb edir: “Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımından daha yaxın və tariflərə görə də sərfəli hesab edilir. Azərbaycanın son illərdə Xəzərdə qurduğu müasir Ələt Beynəlxalq Ticarət Limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan beynəlxalq hava limanlarının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Bütün bunlar isə respublikamızın perspektivdə etibarlı tranzit ölkəsi kimi böyük həcmlərdə gəlirlər qazanmasına səbəb olacaq. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dəmiryolu nəqliyyatının ən müasir səviyyədə qurulması istiqamətində möhtəşəm işlər görülür. Artıq Ermənistanla sərhədə qədər uzanan layihənin böyük hissəsi reallaşdırılıb. Qısa müddət ərzində ölkəmiz bu işi başa çatdıracaq. Dəmir yolu sisteminin ən müasir səviyyədə qurulması isə ölkəmizin divindentlərini, dünya ölkələrinin bu layihəyə marağını əhəmiyyətli dərəcədə artıracaq. Dəmir yolu nəqliyyatımızın yüksək səviyyədə formalaşması təbii ki, iqtisadi potensilaımızı da gücləndirən başlıca amillərdən biridir. Zəngəzur dəhlizinin açılması üçün Ermənistan hökuməti öz siyasi iradəsini ortaya qoymalıdır. Çünki, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir imkandır”





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01