Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı

2026-03-05 17:55:08 4739 baxış
Xəbər şəkil

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. İclasda ölkə rəhbəri İlham Əliyev dərin məzmunlu çıxış edərək mürəkkəb geosiyasi prosesləri, regional münaqişələri, enerji bazarlarında dalğalanmaları və qlobal təchizat zəncirlərində yaşanan çətinlikləri ətraflı şərh etdi.
Enerji təhlükəsizliyi məsələlərinin məhz dialoq və qarşılıqlı etimad mühitində müzakirə olunması bugünkü mürəkkəb beynəlxalq şəraitdə daha aydın şəkildə öz əhəmiyyətini göstərir. Son 12 ilin təcrübəsi sübut edib ki, birgə səylər nəticəsində ən çətin ssenarilər belə real nəticələrlə əvəzlənə bilər.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas məqamlardan biri qaz ixracının coğrafiyasının sürətlə genişlənməsi olub. Artıq 16 ölkə Azərbaycan qazının istehlakçısına çevrilib. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünya miqyasında ön sıralarda yer almaq həyata keçirilən enerji strategiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa bazarında mövcudluğun genişləndirilməsi mühüm önəm kəsb edir. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu amillər enerji təhlükəsizliyi baxımından mühüm alternativ mənbə formalaşdırmaqla yanaşı, uzunmüddətli tərəfdaşlıq modelini də möhkəmləndirir. Lakin artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. 
Enerji strategiyasının mühüm istiqamətlərindən biri yeni hasilat mərhələləridir. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda “Ümid” yatağının ikinci mərhələsi üzrə istehsal planlaşdırılır. Əsas mənbələrdən biri olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələ üzrə hasilata start verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihələr maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Bu faktorlar isə həm mövcud bazarların təminatı, həm də yeni bazarlara çıxış üçün mühüm resurs bazası formalaşdırır.
Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən biri də yaşıl enerji keçididir. Prezident İlham Əliyev bildirib ki, Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən inşa edilərək istifadəyə verilib. 2023-cü ildə isə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istismara verib. Bu layihələr enerji balansında alternativ mənbələrin payını əhəmiyyətli dərəcədə artırır.
Burada diqqət çəkən məqamlardan biri dövlət və özəl sektorun sinerjisidir. SOCAR ilə yanaşı, özəl şirkətlərin də alternativ enerji layihələrinə investisiya yatırması bazarın perspektivliyini göstərir. Yaşıl enerjinin ixracı üçün ötürücü infrastrukturun qurulması prioritet istiqamətlərdəndir. Azərbaycandan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə enerji ötürülməsini nəzərdə tutan layihələr artıq müqavilə mərhələsindədir. Layihələrdən birində iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digərində isə proses davam edir. Bu təşəbbüslər yalnız enerji layihəsi deyil, eyni zamanda yeni geoiqtisadi xəritənin formalaşdırılması deməkdir. Gələcəkdə bu enerji dəhlizləri bir çox dövlətlər üçün ekzistensial əhəmiyyət daşıyacaq strateji infrastruktura çevriləcəkdir.
Prezident İlham Əliyev 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsalının planlaşdırıldığını bildirib. Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu göstəricilər sadəcə memorandumlara deyil, konkret müqavilələrə əsaslanır. Alternativ enerjinin artması daxili istehlakda təbii qazın əvəzlənməsinə imkan verəcək, bu isə ixrac potensialını daha da genişləndirəcək. Eyni zamanda artan sənaye, kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri üçün dayanıqlı enerji bazası formalaşdırılacaqdır.
Dövlətimizin başçısı çıxışında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına da toxunub. Sənəd enerji, süni intellekt, kommunikasiya və digər mühüm sahələr üzrə geniş əməkdaşlıq çərçivəsi yaradır. Bu amillər enerji təhlükəsizliyinin artıq yalnız resurs ixracı deyil, yüksək texnologiyalar və innovasiya ilə vəhdətdə inkişaf etdiyini göstərir.
Bakıda keçirilən bu iclaslar bir daha sübut edir ki, Cənub Qaz Dəhlizi təşəbbüsü artıq regional layihə deyil, qlobal enerji təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Eyni zamanda, yaşıl enerji gündəliyinin paralel şəkildə inkişafı enerji siyasətində balanslı və uzaqgörən yanaşmanın göstəricisidir. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, enerji strategiyası yalnız bugünkü tələbatın qarşılanmasına deyil, gələcək onilliklərin təhlükəsizlik və dayanıqlılıq çağırışlarına cavab verməyə hesablanıb.
Bir sözlə, dövlət başçısının çıxışı göstərir ki, Azərbaycan qlobal enerji xəritəsində həm etibarlı təchizatçı, həm strateji tranzit ölkə, həm də yaşıl transformasiyaya açıq modern enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Məşvərət Şurası çərçivəsində aparılan dialoq və əldə olunan nəticələr sübut edir ki, birlik, qarşılıqlı maraq və uzunmüddətli strateji baxış enerji təhlükəsizliyinin əsas təminatıdır və Azərbaycan bu prosesdə aparıcı rolunu inamla davam etdirir.

Vasif Hümmətov,
Salyan Regional Qaz İstismarı İdarəsinin rəis müavini, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17