“Bir insanın azadlığı digər insanın azadlığının başladığı yerdə bitir.”
Kim daha çox hədəfə alınır? Yatanlar yoxsa çalışanlar? Təbii ki, çalışanlar. Belə deyək, media yaxşı və ya pis fərq etmədən, çalışanları daim hədəfə alır. Media acımasızdır; jurnalistika isə artıq xəbərin mahiyyətindən çox, başlıqlar üzərində qurulub. Jurnalistlər və media nümayəndələri yaxşı bilirlər ki, çalışmayan birini vəzifəsindən asılı olmayaraq nə qədər paylaşsalar da, bu, ciddi səs-küy yaratmayacaq. Amma çalışan bir insanı, əsaslı və ya əsassız şəkildə, pis mənada hədəfə almaq diqqət çəkir, müzakirə doğurur. Lakin bu, jurnalistika əxlaqına yaraşan davranış deyil. Söz və ifadə azadlığı olduğu kimi, eyni zamanda şəxsiyyətin toxunulmazlığı da var. Unutmamaq lazımdır ki, bir insanın azadlığı digər insanın azadlığının başladığı yerdə bitir. Bu sərhədi qorumaq həm hüquqi, həm də mənəvi məsuliyyətdir.
Tənqid olmalıdır, amma ədalətli və əsaslı. Yazmaq olar, amma vicdanla. Unutmayaq ki, hər yazılan söz bir insanın taleyinə, nüfuzuna, həyatına təsir edir. Media gücdür və bu güc məsuliyyətlə istifadə olunmadıqda, ədalət deyil, zərər gətirir.
Ömər Hüseynli
Ana Vətən Partiyasının sədr müavini