Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Sülhdən əməkdaşlığa doğru: regionun gələcək perspektivləri
SİYASƏT
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
SİYASƏT
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
SİYASƏT
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
SİYASƏT
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
SİYASƏT
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
CƏMİYYƏT
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
CƏMİYYƏT
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
SİYASƏT
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
SİYASƏT
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
SİYASƏT
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
SİYASƏT
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
SİYASƏT
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
SİYASƏT
"Yeni reallıqların müəllifi Azərbaycandır”
SİYASƏT
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
SİYASƏT
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
SİYASƏT
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
SİYASƏT
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
SİYASƏT
Zəfər ruhlu ordumuz
SİYASƏT
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
SİYASƏT
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
SİYASƏT
Deputat Günay Agamali :Tarixi yazanlara hesabat yazanlar dil uzada bilməz!
SİYASƏT
26 İyun - Azərbaycan Ordusunun Şərəf Salnaməsi
SİYASƏT
Müasir Ordu Quruculuğunun Şərəfli Tarixi
SİYASƏT
Azərbaycan Ordusunun 108 İllik Şanlı Yolu
SİYASƏT
Azərbaycan və Türkmənistan: ortaq dəyərlər üzərində qurulan qardaşlıq və əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycan-Türkmənistan münasibətləri: tarixi köklərə söykənən strateji tərəfdaşlıq
SİYASƏT
Türkmənistan-Azərbaycan münasibətləri qədim tarixə söykənir
SİYASƏT
İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Sabiq maliyyə naziri Fikrət Yusifov : "Dəfələrlə sifariş göndərmişəm ki uçuruma gedirsən özünə dur deməyi bacar !

2021-02-10 08:49:49 557 baxış
Xəbər şəkil

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra mediada onun fəaliyyəti ilə bağlı çoxsaylı materiallar yayılmaqdadır. Media diqqəti onun 90-cı illərin ortalarında Maliyyə Nazirliyində çalışdığı dövrdə keçmiş Sənaye İnvestisiya Bankının Səbayel rayon filialında qeydə alınmış mənimsəmə faktına görə həbs olunması, lakin tezliklə həbsdən azad edilərək öz vəzifəsinə qaytarılması faktına yönəldir. Bildirilir ki, həmin vaxt S.Müslümovun həbsən çıxmasında 1994-99-cu illərdə maliyyə naziri olmuş Fikrət Yusifovun böyük rolu olub.

“Yeni Müsavat” mövzu ilə bağlı Fikrət Yusifova müraciət edərək, məlumatların həqiqətə uyğun olub-olmadığını soruşub. Sabiq nazir sualımıza cavab olaraq bildirib ki, həmin hadisələrin üzərindən 20 ildən artıq vaxt keçib: “Elə yəqin daha çox bu səbəbdəndir ki, məsələ ilə bağlı şərhlərdə ciddi yanlışlıqlara rast gəlinir. Bu səbəbdən də sizin müraciətiniz əsasında məsələyə bir aydınlıq gətirmək istəyirəm. Bu hadisəni mümkün qədər sadə dildə izah edəcəm ki, oxuyan hər kəs üçün hadisənin necə baş verdiyinə, kimin günahkar olduğuna və kimin günahı olmadan hadisənin ilkin mərhələsində cəzaya məruz qalmasına aydınlıq gəlsin”.

F.Yusifov S.Müslümovu indiki Dövlət İqtisad Universitetində 1980-ci illərin ikinci yarısından birgə fəaliyyətləri dövründən tanıdığını bildirir: “Həmin dövrdə o, elmi konfranslarda, dəyirmi masa müzakirələrində olduqca aktiv idi və bir qayda olaraq, dəyərli təkliflərlə çıxış edirdi. Digər tərəfdən, mən onu respublikada mühasibat uçotunu nəzəri və praktiki cəhətdən ən yaxşı bilən mütəxəssislərdən biri kimi tanıyırdım. S.Müslümov o dövrdə yeganə azərbaycanlı idi ki, Moskva Dövlət Universitetinin aspiranturasını əla qiymətlərlə başa vurub, orada namizədlik dissertasiyası müdafiə etmişdi. Mən ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etməyə başlayandan bir qədər sonra onu nazirliyin Dövlət Gəlirləri İdarəsinə boş olan rəis vəzifəsinə dəvət etdim. Hesab edirəm ki, dövlət müstəqilliyimizin ilk illərində belə bacarıqlı bir kadrın irəli çəkilməsi normal hal idi”.

Fikrət Yusifov ile ilgili görsel sonucu

“... Vətəndaşlardan üzr istəyirəm ki, vaxtilə belə yaramazları vəzifəyə dəvət etmişəm”

Bəs Respublika Sənaye İnvestisiya Bankının Səbayel rayon şöbəsində büdcə vəsaitlərinin oğurlanması və bu məsələdə Maliyyə Nazirliyinin, o cümlədən nazirliyin idarə rəisi olmuş Səlim Müslümovun iştirakı necə olmuşdu? Sabiq nazir deyir ki, büdcənin pulları bankda oğurlanmışdı: “Təsəvvür edin, sizin banka qoyduğunuz əmanət və ya hesabınızda olan hər hansı bir vəsait bankda yoxa çıxırsa, bunda sizin günahınız nə qədər ola bilər? Baxın, son illərdə bağlanmış, müflis olmuş banklarda əhalinin və ayrı-ayrı müəssisələrin nə qədər əmanətləri və pulları qaldı. Sual edirəm, belə vəziyyət üçün banka əmanət qoymuş vətəndaş və ya bankda hesab açıb müəssisəsinin pullarını bu hesab vasitəsilə istifadə edən müəssisə nə qədər günahkar ola bilər? Maliyyə Nazirliyi də bir müştəri kimi dövlətin büdcə hesablarını bankda açıb büdcənin icrasını təmin edirdi. Və ən əsası, hər rübdə bir dəfə Maliyyə Nazirliyi və Mərkəzi Bank, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcəyə daxil olan vəsaitlərin həcmi barəsində üzləşmə aparırdı. Bu üzləşmələrdə yığılan vergilərlə büdcəyə daxil olan vəsaitlər arasında bu büdcə oğurluğunun üstü açılana qədər heç bir uyğunsuzluq qeydə alınmamışdı. Bəs onda 48 milyon ABŞ dolları həcmində büdcə vəsaitlərinin Sənaye İnvestisiya Bankının Səbayel filialında oğurlanması faktı necə aşkar olundu və bunu kim etdi? Bunu Maliyyə Nazirliyinin mütəxəssisləri ölkədə xəzinədarlıq sisteminin qurulması zamanı Sənaye İnvestisiya Bankının Səbayel şöbəsində büdcə hesablarının inventarizasiyası zamanı aşkara çıxara bildilər. Yeri gəlmişkən, büdcə hesablarının bu cür inventarizasiyası həmin dövrdə ölkənin bütün banklarında aparılırdı. Sənaye İnvestisiya Bankının Səbayel şöbəsində büdcə oğurluğu faktı ortaya çıxan kimi vəziyyət mənə məruzə olundu. Həmin dövrdə bir tək Prezidentdən başqa, əksər yüksək ranqlı məmurlar məndən xahiş edib dedilər ki, məsələni böyütməyim, çatışmayan vəsaitləri bir neçə günə kimlərsə bərpa edəcəkdir.

Məni tanıyanlar dövlət məsələlərində güzəştsiz olduğumu yaxşı bilirlər. Mən heç kimi eşitmədən büdcə vəsaitlərinin oğurluq faktı barəsində ölkə Prezidentinə və hüquq-mühafizə orqanlarına rəsmi məlumat verdim. Hadisənin ilk günləri məsələnin mahiyyətini yetərincə başa düşüb, dəyərləndirməyi bacarmayan hüquq-mühafizə orqanları bankda yoxlama aparmaq əvəzinə, Maliyyə Nazirliyində 18 nəfər cəlb edilmiş mütəxəssisin iştirakı ilə yoxlama aparmağa başladılar. İki ilə yaxın aparılan yoxlama nəticəsində 500 səhifə həcmində tərtib olunmuş yekun aktında Maliyyə Nazirliyi və onun əməkdaşları barəsində heç bir qanunsuzluq halı qeydə alınmadı. Ancaq hadisənin ilk vaxtlarında bütün hüquq-mühafizə orqanları pulu bankda itmiş müştərinin  - yəni Maliyyə Nazirliyinin üzərinə getmişdilər. Sonda baş vermiş bir hadisəni də qeyd edim. Yekun aktı bağlandıqdan sonra Respublika Prokurorluğunun o vaxtkı rəhbəri şəxsən mənə zəng edib, Maliyyə Nazirliyinə və nazir kimi mənə qarşı edilmiş haqsızlığa görə rəsmi şəkildə üzr istədi. Danışdığım hadisələrin bütün iştirakçıları həyatdadır. Kimə maraqlı olsa, onlardan sorğu edə bilər.

“Çox təəssüf edirəm ki, vaxtilə Səlim Müslümovun savadını, biliyini görüb dəyərləndirsəm də, onun bu qədər böyük tamaha sahib olduğunu duya bilməmişəm”

Hadisənin əsas günahkarı, Respublika Sənaye İnvestisiya Bankının Səbayel rayon şöbəsinin müdiri Bəşər Hacıyev isə səhv etmirəmsə, 15 ilə yaxın həbs cəzası aldı və bu cəzanın son gününə qədər həbsdə qaldı.

Mən nazir kimi bizə edilmiş haqsızlığın cavabını həbsdən sonra Səlim Müslümovu əvvəlki vəzifəsinə qaytarmaqla verdim. Bu qərarım Səlim Müslümova olan şəxsi münasibətdən irəli gəlmirdi. Sadəcə, bu yolla ədaləti bərpa etdim".

Səlim Müslümovun sonrakı fəaliyyəti barədə fikirlərini bölüşən F.Yusifov qeyd edir ki, onun Dövlət Sosial Müdafiə Fondundakı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki  rəhbər fəaliyyətinə həmişə qeyri-kafi qiymət verib: “Dəfələrlə sifarişlər göndərmişəm ki, uçuruma gedirsən, özünə dur deməyi bacar! Çox təəssüf edirəm ki, o, məni eşitmədi. Onun vəzifədən çıxarılacağı vaxtı da bir neçə aylar öncə özünə çatdırmışdım. Mən maliyyə naziri vəzifəsindən keçmiş müdafiə naziri Səfər Əbiyevin orduda törətdiyi maliyyə cinayətlərini və korrupsiya faktlarını ölkə mətbuatında ”Səfər Əbiyev tacirlik etdiyi qədər ordu quruculuğu ilə məşğul olsaydı, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı" başlıqlı müsahibəmdən sonra çıxarılmışam.

Çox təəssüf edirəm ki, vaxtilə Səlim Müslümovun savadını, biliyini  görüb dəyərləndirsəm də, onun bu qədər böyük tamaha sahib olduğunu duya bilməmişəm. Eyni sözləri keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov haqqında da deyə bilərəm. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiklərini Heydər Əsədov bir başqa formada Kənd Təsərrüfatı Nazirliyində təkrarlayırdı. Bunların hər ikisinin tamahı öz boylarından yüz dəfə böyük imiş. Mən bir dəfə ölkə mətbuatında onların hər ikisi nazir kürsüsündə əyləşdikləri vaxt çıxış edib belə tamahkar adamları vaxtilə vəzifə başına gətirdiyimə görə xalqdan üzr istəmişdim. İndi bir daha hər bir azərbaycanlıdan və ilk növbədə onların korrupsiyasının qurbanı olmuş vətəndaşlardan üzr istəyirəm ki, vaxtilə belə yaramazları vəzifəyə dəvət etmişəm".

Oxşar xəbərlər

Xəbər lenti
Sülhdən əməkdaşlığa doğru: regionun gələcək perspektivləri
2026-07-08
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
2026-07-08
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
2026-07-08
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
2026-07-08
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
2026-07-06
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
2026-07-06
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
2026-07-03
Günay Ağamalı Azərbaycan Polisini Təbrik Etdi: "Polis Əməkdaşları Gecə-Gündüz Yorulmadan Xidmət Edən Qəhrəmanlardır"
2026-07-03
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
2026-07-01
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
2026-07-01
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
2026-07-01
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
2026-07-01
Deputat Günay Ağamalı Şorkənd sakinlərinin müraciətlərini dinləyib
2026-07-01
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
2026-07-01
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
2026-06-30
"Yeni reallıqların müəllifi Azərbaycandır”
2026-06-29
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
2026-06-29
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
2026-06-28
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
2026-06-28
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
2026-06-26
Zəfər ruhlu ordumuz
2026-06-26
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
2026-06-26
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
2026-06-25

2026-06-24
Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ
2026-06-24
Azərbaycan-Türkmənistan münasibətləri: tarixi köklərə söykənən strateji tərəfdaşlıq
2026-06-24