Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Müasir Ordu Quruculuğunun Şərəfli Tarixi

2026-06-25 13:07:51 194 baxış
Xəbər şəkil

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və milli təhlükəsizliyinin əsas təminatçısı onun ordusudur. Azərbaycan xalqı üçün 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də dövlətçilik tariximizin şərəf və qürur səhifəsidir. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, qazandığı möhtəşəm zəfərləri və xalqla ordunun sarsılmaz birliyini təcəssüm etdirir.
Müasir ordu quruculuğunun təməlində məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.  1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı illərdə hərbi təhsil müəssisələrinin yenidən təşkil olunması milli hərbi kadr potensialının gücləndirilməsinə xidmət etdi. Eyni zamanda, NATO ilə əməkdaşlığın genişləndirilməsi Ordunun beynəlxalq standartlara uyğunlaşdırılmasına, hərbçilərin qabaqcıl təcrübələri mənimsəməsinə imkan yaratdı. Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak edən hərbçilərimiz zəngin təcrübə qazandılar. 
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsait dəfələrlə artırıldı, ordumuz ən müasir silah və texnikalarla təchiz edildi, hərbi infrastruktur yeniləndi, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi. Müdafiə sənayesinin yaradılması və inkişafı sayəsində yüzlərlə adda hərbi məhsulun istehsalına başlanıldı. 2017-ci il 29 dekabr tarixində qəbul edilmiş Qanun isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Son illərdə müdafiə və təhlükəsizlik xərclərinin davamlı artırılması nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilmişdir. Hərbi hissələr ən müasir döyüş vasitələri ilə təchiz olunmuş, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlmiş, müasir müharibələrin tələblərinə cavab verən yeni hərbi idarəetmə sistemi formalaşdırılmışdır. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi də ordunun gücləndirilməsində mühüm rol oynayır. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir və bu imkanlar Silahlı Qüvvələrin təminatında mühüm əhəmiyyət daşıyır.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz qısa müddət ərzində strateji yüksəklikləri və mühüm mövqeləri azad etməklə düşmənə sarsıdıcı zərbə vurdu. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin və peşəkarlığının növbəti təsdiqi oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən parlaq səhifəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun yüksək peşəkarlığı, müasir hərbi texnologiyalardan səmərəli istifadə etməsi, döyüş ruhu və vətənpərvərliyi nəticəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Şuşanın azad olunması isə Vətən müharibəsinin taleyini həll edən mühüm hadisə kimi tarixə düşdü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam təmin edildi və konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu.
Qələbədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni mərhələdə davam etdirilir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında aparılan islahatlar Ordunun çevikliyini və effektivliyini daha da artırır. Komando briqadaları müasir döyüşlərin tələblərinə uyğun olaraq formalaşdırılır və yüksək hazırlıqlı peşəkar heyətlə komplektləşdirilir. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.
Bu gün Ordumuz təkcə regionun deyil, daha geniş coğrafiyanın ən hazırlıqlı hərbi qüvvələrindən biri kimi qəbul olunur. Türkiyə, Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığın inkişafı müdafiə imkanlarımızın daha da güclənməsinə şərait yaradır. Xüsusilə Şuşa Bəyannaməsi çərçivəsində həyata keçirilən tədbirlər hərbi təhlükəsizlik və müdafiə sahəsində strateji əməkdaşlığı yeni mərhələyə yüksəldib.
Silahlı Qüvvələrimizin qazandığı uğurların əsasında xalq-ordu birliyi, vətənpərvərlik ruhu və dövlətin hərbçilərə göstərdiyi diqqət dayanır. Silahlı Qüvvələr Günü münasibətilə əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirmiş, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. 
Zaur Hüseynov ,
Azərbaycan Silahlı Qüvvələrin mayoru, İkinci Qarabağ Müharibəsinin iştirakçısı,Vətən Müharibəsi Qəhrəmanı

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17