image

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib - FOTO

image

 

 

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Mikayıl Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, “Bir millət, iki dövlət” olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, Türkiyəli həmkarına və Türkiyə xalqına təşəkkürünü bildirib.

Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrimiz genişlənir, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları genişdir.

Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcək.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan qələbə münasibətilə İqtisadiyyat naziri Mikayıl Cabbarovu və Azərbaycan xalqını təbrik edib, Azərbaycanın bu zəfərinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.

Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Manşet xəbərləri

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...

AZƏRBAYCAN DÖVLƏTİ BƏRPA ÜÇÜN MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİR

  AZərbaycan Prezidenti İlham Əliyev deyib ki, yenimərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd...

Cəlilabad Rayon İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi evində ziyarət edib-FOTO

  Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısıRafiq Cəlilov ilk iş günündə İkinci Qarabağ müharibəsinin...

Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi-FOTO

 Biləsuvar rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində aliməktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal...

Astarada ana 3 övladı ilə palatqada yaşayır-FOTO/VİDEO

Şərhsiz ...

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR

Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafedən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər...

BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA SƏRHƏD YOXDUR

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan...

KOMMUNİKASİYALARIN AÇILMASI MÜHÜM ŞƏRTDİR

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfrans vasitəsilədövlətimizin və regionun gələcəyi ilə bağlı baxışlarımızın dünyaya...

NAXÇIVANIN HƏRBİ VƏ MÜDAFİƏ POTENSİALI ARTIR

Bildiyimiz kimi, Möhtərəm Prezident, Ali Baş Komandan İlhamƏliyev Naxçıvana səfər edib. Muxtar Respublikanın ictimaiyyəti, qəhrəman...