image image

Neftçala şəhərinin su təchizatını yaxşılaşdıracaq layihə başa çatıb - FOTO

image

 

İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşıb.

Azərsu ASC-dən verilən məlumata əsasən, noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan bir ay əvvəl başa çatdırılıb.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib.

Salyan-Neftçala magistral kəmərinin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.

 

 

Səmil Şahlaroğlu



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...