Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
SİYASƏT
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
SİYASƏT
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
SİYASƏT
Laçında yeni həyatın təməli möhkəmlənir
SİYASƏT
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
SİYASƏT
Laçın quruculuq və inkişaf məkanına çevrilir
SİYASƏT
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
SİYASƏT
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
SİYASƏT
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
SİYASƏT
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
SİYASƏT
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
SİYASƏT
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
SİYASƏT
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
SİYASƏT
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
SİYASƏT
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
SİYASƏT
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
SİYASƏT
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
SİYASƏT
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
SİYASƏT
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
CƏMİYYƏT
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
SİYASƏT
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
SİYASƏT
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
SİYASƏT
Qırğızıstan səfəri göstərdi: Azərbaycan Türk dünyasının inteqrasiyasına istiqamət verir

Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

2021-06-10 21:44:26 1506 baxış
Xəbər şəkil

 

 

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. İqtisadiyyatımızın bütün sahələrində, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi həmin ərazilərdə aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb.

Kənd təsərrüfatında mütərəqqi innovasiya və texnologiyalardan daha geniş istifadənin təmin olunması əsas vəzifələrdəndir. Bu baxımdan müasir texnologiyaların və ən yaxşı təcrübələrin transferində beynəlxalq aqrar sərgilər böyük əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron bugünkü sərgini işgüzar əlaqələrin bərpa edilməsi və yeni əməkdaşlığın qurulması baxımından mühüm platforma adlandırıblar.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur. “Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları  bölmələrini əhatə edir. “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.  

Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonda aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlər nümayiş olunur. Belə ki, innovativ layihələr stendində gübrə və toxum səpən, eləcə də  xəstəliyin yayıldığı sahələri müəyyən edən və dərmanlayan aqrodronlar təqdim edilir. Sərgi ziyarətçilərinə fermer və mexanizator arasında kommunikasiyanı idarə edən “AgroUber”, eləcə də aqrar mobil laboratoriya layihələri barədə də məlumat verilir. Həmçinin, açıq məkanda dağlıq və dağətəyi zonalardakı sahələrdə taxıl biçən müasir kombaynların işləmə funksiyası əyani nümayiş etdirilir.

3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının könüllüləri də iştirak edirlər.

Kanal4.az

Emin Xuduyev.

 





Oxşar xəbərlər


Xəbər lenti
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
2026-08-27
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
2026-08-27
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
2026-08-27
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
2026-08-27
Laçında yeni həyatın təməli möhkəmlənir
2026-08-26
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
2026-08-26
Laçın quruculuq və inkişaf məkanına çevrilir
2026-08-26
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
2026-08-26
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-26
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
2026-08-26
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
2026-08-25
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
2026-08-25
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-25
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
2026-08-17
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
2026-08-14
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
2026-08-14
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
2026-08-14
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
2026-08-14
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
2026-08-14
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
2026-08-14
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-14
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
2026-08-14
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
2026-08-14
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
2026-08-14
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
2026-08-14
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-13
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
2026-08-12
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
2026-08-09
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
2026-08-06
Günay Ağamalı Neftçalada növbəti vətəndaş qəbulu keçirib
2026-08-04