Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Azərbaycanda heyvanların sığortalanmasına start verildi-ŞƏRTLƏR

2021-01-02 17:04:12 924 baxış
Xəbər şəkil

Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.

Yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.

Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri 10 və 20 faiz seçə bilərlər.

Birinci sığorta zərfi baza risklərini əhatə edir. Buraya yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də, heyvanların məcburi kəsimi aiddir.

Fermerlər kənd təsərrüfatı heyvanlarını 10 faiz azadolma şərti ilə 6,1 faizlik sığorta tarifi ilə, 20 faiz azadolma şərtində isə 5,4 faizlik tariflə sığortalaya bilərlər. 

Məsələn, qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə 10 faizlik azadolma halında sığorta haqqı 305 manat (5 000 x 6,1 faiz) təşkil edir ki, bu məbləğin yarısını - 152,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. 20 faizlik azadolma halında isə ümumi sığorta haqqı 270 manat (5 000 x 5,4 faiz) təşkil edir ki, bu məbləğin yarısını - 135 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

İkinci sığorta paketi əlavə riskləri də əhatə edir. Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn, avtomobil və ya qatarla vurulması), heyvanların daşınması zamanı yol qəzası nəticəsində heyvanların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.

Fermerlər kənd təsərrüfatı heyvanlarını daha geniş risklərdən sığortalayarkən 10 faiz azadolma şərti ilə 9,5 faizlik sığorta tarifi ilə, 20 faiz azadolma şərtində isə 8,3 faizlik tariflə sığortalaya bilərlər. 

Məsələn, qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə 10 faizlik azadolma halında sığorta haqqı 475 manat (5 000 x 9,5 faiz) təşkil edir ki, bu məbləğin yarısını - 237,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. 20 faizlik azadolma halında isə ümumi sığorta haqqı 415 manat (5 000 x 8,3 faiz) təşkil edir ki, bu məbləğin yarısını – 207,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bununla bağlı şərtlər müqavilənin müddətindən və ödəniləcək məbləğdən asılıdır. 1 illik müddətə bağlanan sığorta müqaviləsində fermerin ödədiyi sığorta haqqının 50 faizi dərhal, digər 50 faiz isə 3 ay müddətində ödənilməlidir.

Sığorta müqaviləsi 1 ildən artıq müddətə bağlandıqda isə fermerin ödədiyi sığorta haqqının 50 faizi dərhal, 25 faizi 3 ay müddətində, digər 25 faiz isə 6 ay müddətində ödənilməlidir.

Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər "gənc fermer" güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01