Rusiya və İran Mərkəzi Bankı əməkdaşlıq haqqında saziş imzalayıb
İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin yanvarın 29-da Tvitter hesabında bildirib ki, maliyyə və bank əməliyyatlarının asanlaşdırılmasına yönəlmiş əməkdaşlıq sazişi Rusiya və İranın mərkəzi banklarının nümayəndələri tərəfindən imzalanıb.
“Rusiya və İranın mərkəzi bankları arasında əməkdaşlıq sazişi Rusiya bankları ilə birbaşa əlaqələr qurmaqla yanaşı, ölkəmizin 106 xarici bankla birbaşa əlaqədə olmasını da nəzərdə tutur ”, - Fərzin bildirib.
Fərzin qeyd edib ki, bu razılaşma İranın bütün dünya ilə əlaqələrinin bərpası istiqamətində atılan addımdır.
Rusiya Bankının Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin rəis müavini Vladislav Qridçin qeyd edib ki, saziş Qərbin sanksiyalarından asılı olmayaraq fəaliyyət göstərəcək.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, rubl və realla qarşılıqlı hesablaşmaların 60%-dən çoxu İran və Rusiyanın payına düşür.
Mənbə :rossaprimavera.ru