Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Deputat məktəblinin ölümünə görə səhiyyə orqanlarını İSTEFAYA ÇAĞIRDI

2022-04-24 23:40:25 324 baxış
Xəbər şəkil

 

"Bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəkildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir".

Kanal4.az xəbər verir ku, bunu Sumqayıtın millət vəkili Müşfiq Məmmədli deyib.


Onun sözlərinə görə, Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun dünyasını dəyişməsi təbii ki, hamı kimi bizi də sarsıtdı:

"Çox təəssüf ki, biz yenə səhiyyə xidmətlərində yol verilmiş qüsurlarla əlaqədar olaraq, bir məktəblinin həyatını itirməsinin şahidi olduq. Bu proses məni ciddi narahat etdiyi üçün araşdırma apardım.

Dövlətimizin, cənab prezident İlham Əliyevin, xanım birinci-vitse prezident Mehriban Əliyevanın səhiyyə sistemimizin moderinizasiyası üçün atdığı addımların nəticəsi olaraq ölkə səhiyyəsinin inkşaf etməsinin, dünya səhiyyə standartlarına uyğunlaşmasının şahidi oluruq. Ancaq çox təəssüf ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar sadə idarəetmə mexanizmlərini doğru düzgün tətbiq etmədiklərinə görə, insanlarımız acınacaqlı durumla qarşı-qarşı-qarşıya qalır.

Ramal Zaur oğlu Osmanovun vəfatı bu qəbildən olan hadisələrdən biridir. Xəstə burun qanaxması ilə xəstəxanaya müraciət etmiş və müvafiq yardım almışdır".

Deputat əlavə edib ki, sonradan valideynlərin istəyi ilə oradan özəl tibb müəssisəsinə aparılmışdır: 

"Müvafiq olaraq hətta kiçik bir prosedur həyata keçirilən zaman xəstənin vəziyyəti düzgün qiymətləndirilməli, bu prosesin hansı ağır nəticə verəcəyi öncədən bilinməlidir. Bu proses mütləq şəkildə reanimasiyon tədbirlərin həyata keçirildiyi və tam təşəkküllü tibb müəssisədə baş tutmalıdır. 

Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli “yandırma” metodu tətbiq edilmişdir və bu ümumi anesteziya altında keçirilmişdir.

Məlumat üçün bildirim ki, ümumi anesteziyanın həyata keçirilməsi üçün xəstənin vəziyyəti ona imkan verməlidir. Ancaq biz qan tablosuna baxdıqda görürük ki, hemoqlabin 80 qr/lt, eritrosit 3.5x10  12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2 dəq. başlayır, 6 dəq. bitir qeyd edilmişdir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma vardır.

Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq xəstəyə müdaxilə olmuş və xəstədə ağırlaşma baş vermişdir. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş vermişdir.

Unikal klinikasında təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcli yardım maşını çağırılmış, ağır vəziyyətdə olan xəstə heç bir razılaşma olmadan, heç bir müvafiq təlimatlara uyğun olmadan aparılmışdır. Biz burada Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra etmədiyinin şahidi oluruq.

Bu nədən ibarətdir? Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır.

Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəsətənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə, qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.

Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar vermiş, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunmuşdur ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmamışdır.

Heç bir tibbi yardım göstərilmədən, sadəcə “taksi” xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilmişdir. Təxliyyədə önəmli məsələ təxliyyə prinsiplərinin  səhiyyə idarəetmə pillələrinə uyğun şəklildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməlidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş.

İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra məlumatı olmuşdur.

Sumqayıt kimi böyük şəhərdə, reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq özbaşına qərar qəbul edilmiş və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnmişdir.

Xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam etmişdir. Hətta “yandırma” dediyimiz metod qanaxmanı dayandırmamış, əksinə ümumi anesteziya altında olan xəsətədə vəziyyət ağırlaşmış, arqonal vəziyyətdə olan, köçürülməməli xəstə, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun bir yol qət edərək, müxtəlif tibb mərəkəzlərini gəzərək daha da ağırlaşmış və bu da xəstənin ölümünə səbəb olmuşdur

Qanunvericiliyə görə tibbi təxliyyə bir başa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ona görə də bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.

Digər qüsurlar - həkim səhlənkarlığı, tibbi xidmətinin Bakı şəhərində nə dərəcədə göstərilməsi təbii ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Biz çox təəssüf edirik ki, dövlətin bu qədər vəsait sərf etdiyi, ölkə rəhbərinin diqqətində olduğu sahə, icbari tibbi sığortanın tətbiqi ilə daha da müsbət istiqamət götürən səhiyyəmizə bu cür öz işini bacarmayan yerli məmurlar yarıtmaz fəaliyyəti ilə kölgə salır. İnanıram ki bu prosesdə haqq-ədalət öz yerini alacaqdır və məsuliyyət daşıyan şəxs və şəxslər cəzalandırılacaqdır".

Kanal4.az 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19