Deputat Günay Ağamalı Pakistana başsağlığı verib.
Kanal4.az xəbər verir ki, bu barədə Milli Məclisin Deputatı Ana vətən partiyasının sədri Günay Ağamalı Facebook sosial şəbəkə hesabında bildirilib.

Qardaş Pakistan İslam Respublikasının Tarlay rayonunda yerləşən "Xədicə əl - Kübra" məscidində həyata keçirilən terror aktı nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması hər birimizi dərindən sarsıtdı.
Baş verən hadisə bir daha onu sübut etdi ki, terrorun dini və vətəni yoxdur. Xalq olaraq uzun müddət separatçılıq və terrorizimdən əziyyət çəkdiyimiz üçün Pakistan xalqının kədərini ürəkdən hiss edirik.
Bu səbəbdən heç bir dövlət bu tip mənfi hallardan sığortalanmayıb. Bunun üçün hər bir ölkə öz imkanları çərçivəsində terrorizimə qarşı səylərini artırmalı və əməkdaşlıqları genişləndirməlidir.
Bu çətin anlarda qardaş Pakistan xalqı ilə həmrəyliyimizi bildirir, kədərlərini bölüşürük. Uca yardan dəhşətli terror aktı ilə əlaqədar həyatını itirənlərə rəhmət, yaralılara şəfa versin.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.
06 Fevral 2026-cı il.