Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - VİDEO - YENİLƏNİB-4

2020-08-04 23:55:23 254 baxış
Xəbər şəkil

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən "Twitter" vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

"Al Jazeera" telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.

***

Saat 22:58

Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Hamad Hassan bildirib. Onun sözlərinə görə, insident nəticəsində azı 30 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb.

Partlayış zamanı yüzlərlə insanın yaralandığını Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi də təsdiqləyib. Ofisin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.

“Al Jazeera” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Beyrut xəstəxanaları yaralılarla dolub. Yer çatışmazlığından yaralılar Beyrutdan kənardakı xəstəxanalara göndərilir.

Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.

Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.

***

Saat 22:36

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

***

Saat 21:04

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

***

Saat 20:46

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.

***

Saat 19:59

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.

1 / 6
 
Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01