Pentaqon: “Rusiya hərbçiləri Kiyevin 15 kilometrliyindədir”
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin 15 kilometrliyindədir.
Bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.
Kiyevin cənub-şərqinə yaxınlaşan Rusiya hərbi qüvvələri irəliləyir: “Hazırda onlar Qostomel (Kiyev yaxınlığında şəhər tipli qəsəbə – red.) yaxınlığındadır. Bununla Kiyevə daha 5 km yaxınlaşıblar”.
Bildirilib ki, Rusiya hərbçiləri şərqdən Kiyevə doğru iki paralel istiqamətdən irəliləyir və şəhərin şərqdən 40 km-liyinə çatıb: “Rusiya hərbi qüvvələri Çerniqovu tamamilə mühasirəyə alıb”.
Məlumata görə, Rusiyanın fevralın 24-dən indiyədək Ukrayna ərazisinə 775 raket atdığı təsbit edilib. Pentaqondan Ukraynaya hərbi yardımın davam etdirildiyi bildirlib: “Son 24 saatda yardmlar göndərilib. Qarşıdan gələn sutka daha bir təhlükəsizlik yardım zərfi göndəriləcək”.