Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə

Aygül Bağırova yazır: Sözün birdiyi yer müharibənin, savaşın başlandığı yerdir.

2022-02-24 19:55:01 321 baxış
Xəbər şəkil

Sözün bitdiyi yer!!!

Sözün birdiyi yer müharibənin, savaşın başlandığı yerdir. Çox zaman deyirlər ki, müharibə siyasətin zorakılıq vasitələri ilə davamıdır.

Sözün bitdiyi yer həm də ədalətin olmadığı, haqqın nahaqqın qapısında boynubükük qaldığı yerdir.

Sözün bitdiyi yer Allahın unudulduğu yerdir.

Bu gün sosial şəbəkələrdə paylaşılan bu foto həqiqətən mənə sözün bitdiyi yer təəssüratı bağışladı...

Hər birimiz Ukrayna ilə Rusiya arasında günü-gündən artan gərginliyi qorxu ilə izləyirdik. Bölgədə Rusiyanın Ukrayna sərhəddinə qoşun yığması nəticəsində yaranan hərbi fəallıq iki ölkə arasında mümkün müharibə riski ilə bağlı narahatlığa səbəb olmuşdu. Kreml administrasiyası işğal planının olmadığını bildirsə də, sərhəddə gərginlik azalmadı. Hərbi ekspertlər bölgədəki gərginliyin müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Rusiyanın Ukraynaya mümkün müdaxiləsi gündəmdə qalarkən, Kiyev administrasiyası hərbi potensialı istiqamətində kritik addım atdı.
Və nəhayət, bu gün səhər saatlarında Rusiya-Ukrayna müharibəsi başladı. Ukrayna ərazisinə daxil olan rus qoşunları bir çox şəhərləri hava zərbələri ilə bombalayıb. Ukraynalılar qorxur. Bu qorxunu ən yaxşı izah edən foto Ukraynanın Xarkov şəhərindən gəlib. Hücum xəbərini alan ukraynalılar küçənin ortasında toplu şəkildə dua etməyə başlayıblar. “CNN International”ın ekrana gətirdiyi həmin anlar böyük əks-səda doğurub.
Dünyanın ən güclü orduları siyahısında Ukrayna 22-ci, Rusiya isə ikinci yerdədir. Bütün əhaliyə baxsaq, Rusiyanın 142 milyon, Ukraynanın isə 43 milyon əhalisi var. Rusiyada döyüşə bilən əhali 69 milyon, Ukraynada isə 22 milyondur. Müdafiə büdcələrində Ukraynanın 11 milyard 870 milyon dolları, Rusiyanın isə 154 milyard dolları var. Ukraynanın 12 303 zirehli döyüş maşını olduğu halda, Rusiyanın 30 212 texnikası var.Bu statiskadan sonra mənə elə gəlir artıq şərhə ehtiyyac yoxdur!
İnsanlığın mahiyyəti sabitlik, yaratmaq və inkişaf, doğulub-artmaq deməkdir. Müharibə insanlığın astar üzüdür. Müharibə insanın dağıdıcı, yırtıcı xarakterinin kollektiv şəkildə nümayişidir. Müharibə bəşəriyyətin ən faciəli kəşflərindən biridir. Müharibə bir toplumun, dövlətin, koalisiyanın öz rəqibinin iradəsini zorla özünə tabe etdirmək vasitəsidir. Müharibə silah, zor, qan, faciə, xəsarət, şəhidlik deməkdir. Ədalətli, yaxud ədalətsiz olmasından, işğalçı, yaxud azadlıq xarakteri daşımasından asılı olmayaraq, müharibə insanın insanı öldürməsi deməkdir. Bəşər tarixi müharibələr tarixidir. Buna görə də bəzən deyirlər ki, sülh dövrü müharibələr arasındakı fasilədən başqa bir şey deyildir.  Bəziləri də söyləyirlər ki, müharibə ayrı-ayrı dövlətlərin, bəzən isə bəşəriyyətin inkişafına güclü təkan verir, yenilənmə gətirir. Məsələn, Birinci Dünya müharibəsində kimyəvi silahın tətbiqi yüz minlərlə insanın məhvinə səbəb oldusa, müharibədən sonra kimya sənayesinin inkişafına güclü təkan verdi. Yaxud, İkinci Dünya müharibəsinin sonunda atom bombasının kəşfi və tətbiqi faciələr gətirsə də, atom enerjisinin sülh məqsədi ilə istifadəsi ideyasını da gerçəkləşdirmiş oldu. İstənilən halda müharibə dağıntıdır, yoxsulluq və insan iztirabıdır. Təbii inkişaf qanunauyğunluğuna zidd olan  hər şey, antiinsanidir, antibəşərdir.
Tarix boyu irqi, dini, milli və s. zəmində baş verən qanlı savaşlar, terror aktları saysız-hesabsız günahsız insanları məhv edib. Hansısa bir dini, yaxud etnik mənsubiyyətinə görə milyonlarla insan qeyri-insani işgəncələrə, təhqirlərə və qətllərə məruz qalıb.
Tarixin şahidi olduğu kimi, Peyğəmbərimiz heç vaxt müharibələrə başlamayıb və o, hər zaman yalnız öz ümmətini hücum və təcavüzlərdən qorumaq, müdafiə olunmaq məqsədilə savaşa girib. Həzrət Peyğəmbər müdafiə olunmaq üçün müharibələrə girdikdə belə, o, hər kəsə buyururdu ki, dinc əhaliyə və günahsız insanlara zərrə qədər də ziyan vurulmasın, onların evləri dağıdılmasın, müqəddəs yerlərə, xristian kilsələri və yahudi sinaqoqlarına ehtiramla yanaşılsın. Savaş zamanı hətta bitkilərə, bizi əhatə edən təbiətə belə ziyan vurulmasın. Nəql edilən bir hədisdə peyğəmbərimiz belə buyurur:

"Əgər bütün dünya məhv olsa belə, Allahın yanında onun əhəmiyyəti - nahaq yerə tökülən qandan daha azdır".

Burda səmimi şəkildə gördüyüm, anladığım real və çox acı bir həqiqəti söyləyəcəm. Təəssüflər olsun ki, MÜHARİBƏ dünən də, bu gün də mövzu mənbəyidir. Müharibə adını çəkdiyimiz sahələrdə şedevrlər yaradır. Təbii ki, hamı kimi, mən də arzulayıram ki, bu müharibədə haqlı tərəf qalib gəlsin, amma acı reallıq budur ki, bu, ancaq arzudur. Sözün bitdiyi yer də məhz buradır.Allah günahsız insanları qorusun!!!

Aygül Bağırova

Oxşar xəbərlər

Xəbər lenti
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08

2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06