Qazaxıstanda general özünü güllələyərək intihar etdi
Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi general-mayor Janat Süleymanov intihar edib.
Onun meyiti yaşadığı evdə aşkarlanıb.
Məlumata görə, Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.
“Kazinform”un məlumatına əsasən, Almatının Turksib rayonu Polis İdarəsinin rəis müavini polkovnik Tanat Nazanovun meyiti isə kabinetində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilayətində anadan olub. 1980-ci ildə Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.