Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Kamaləddin Qafarov: “Ruhi xəstədən inciməzlər!”

2021-08-01 15:37:15 480 baxış
Xəbər şəkil

 

 

“Vladimir Jirinovskidən danışarkən onu Rusiya Dövlət Dumasının deputatı, üç ən böyük fraksiyadan birinin rəhbəri kimi təqdim etməyə adamın dili də gəlmir.

Çünki hər zaman türk, Qafqaz və Orta Asiya xalqlarına qarşı açıq-aşkar düşmən mövqelərdən çıxış edən, irqçiliyi və şovinizmi özünün ideoloji bazası kimi təşviq edən bu xəstə ruhlu siyasi oyunbazın nə davranışı, nə də çıxışları heç zaman nə rus xalqına, nə də təmsil etdiyi ölkəyə baş ucalığı gətirməyib. Təsəvvür edin ki, bir ölkənin ali qanunverici orqanında təmsil olunan Duma deputatı elə həmin ölkənin hansısa federal ərazisində arzuolunmaz şəxs elan edilir. Bundan böyük rüsvayçılıq ola bilərmi? Jirinovski 2011-ci ildən Rusiya Federasiyasının subyekti olan Komi Respublikasında “persona non grata” elan olunub. Hələ mən Qazaxsatan və Qırğızıstanı demirəm...” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Jirinovskinin Azərbaycana və ümumilikdə Cənubi Qafqaza qarşı səsləndirdiyi ərazi iddiaları onun xəstə təxəyyülünün və pozulmuş psixologiyasının məhsulundan başqa bir şey deyil: “Bu günlərdə Jirinovskinin növbəti yeni sərsəmləmələrini mən də eşitdim. Təbii ki, onun bu kimi cəfəngiyat dolu çıxışları növbəti qalmaqal şousu yaratmaq həvəsində olan KİV mənsublarından başqa heç zaman, heç kəsi maraqlandırmayıb. Heç kəs də belə çıxışlara görə ondan inciməyib. Çünki bir məşhur rus deyiminə görə, xəstələrdən incimək olmaz (на больных не обижаются). Amma hər ehtimala qarşı bəzi məsələlərə aydınlıq gətirmək lazımdır ki, ən azından psixoloji durumundakı növbəti böhran vəziyyəti keçəndən sonra, əgər şüurunda müəyyən qədər aydınlıq yaranarsa, bəlkə o özü də bu məqamlar barədə bir qədər düşünər.

İlk növbədə Cənubi Qafqazı Rusiyanın nüfuz dairəsinə aid olan ərazi kimi təqdim etməsi barədə bir neçə kəlmə demək istəyirəm. Jirinovski buyurur ki, 200 il bu torpaqlar onların bayraqları altında mövcud olub. Görünür imperiya ab-havası hələ də onun başından çıxmayıb. Amma məsələyə bu kontekstdən yanaşılarsa, o zaman tarixin bir qədər də dərinliyinə gedək və 200 illik monqol-tatar istilasını da yada salaq. İndi bu xəstənin məntiqinə görə Rusiya da Monqolustanın nüfuz dairəsinə aid olmalıdır?

İkinci bir məsələ Jirinovskinin rus əsgərinə yan baxa biləcək hər kəsi təhdid etməsilə bağlıdır. Əvvəla, bu adam onu bilməlidir ki, bura Qafqazdır və burda dostun da, düşmənin də gözünün içinə hər zaman düz baxmağa adət ediblər. Bizimlə dost olan hər kəs bizdən yalnız xeyir görər. Amma ölkəmizə, dövlətimizə, müstəqilliyimizə qəsd etməyə qalxan hər kəsi də kimliyindən və kimin əsgəri olmasından asılı olmayaraq dərhal cəzalandırarıq. Düşünürəm ki, Jirinovski Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dövründə “müalicə olunurdu” və buna görə də baş verənlərdən məlumatlı deyil. Yoxsa belə bəyanatlar səsləndirib ölkələrimiz və xalqlarımız arasında nifaq salmağa çalışmazdı.”

K. Qafarov Jirinovskinin müstəqlliyimizə qarşı təhdid ünvanlamasına münasibət bildirərək deyib: “Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Jirinovskinin bütün bəyanatları onun təkcə xəstə ruhunun deyil, eləcə də ədəbsizliyinin, tərbiyəsizliyinin göstəricisi kimi qəbul edilir.

Təbii ki, bu cəhətlər onun son çıxışında da özünü aşkar büruzə verdi. İnanmıram ki, Azərbaycan Prezidentinə ədəbsiz formada xitab edən və ölkəmizi təhdid etməyə çalışan bu ədəbsiz xəstə fərd istisnasız olaraq, bütün Azərbaycan xalqının istənilən bir təhlükə qarşısında Prezident İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdiyindən xəbərdar olmasın. Məhz bu yumruq ötən il Jirinovskinin də qahmar çıxmağa çalışdığı erməni işğalçılarının başını əzdi və eyni aqibət Vətənimizə, dövlətimizə xor baxmağa cəsarət edə biləcək bütün düşmənləri gözləyir. Bundan hər kəs əmin ola bilər.”

Sonda Kamaləddin Qafarov KİV vasitəsilə Jirinovskiyə müraciət edərək deyib: “ Sən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi tanıdığını iddia edirsən. Buna şübhə etmirəm. Çünki o dahi şəxsiyyət sənin hələ “Mir” nəşriyyatının hüquq şöbəsində çalışdığın illərdə artıq SSRİ kimi nəhəng dövləti idarə edən əsas şəxslərdən biri idi və onu bütün dünya tanıyırdı. Amma Heydər Əliyevi tanımaq başqa, ondan nəyi isə öyrənmək, götürmək tam başqa. Əgər sən də vaxtında Heydər Əliyevdən azacıq bir şey olsa belə öyrənə bilsəydin, o zaman bu gün bəlkə də ürəyində eyni nifrəti bəslədiyin erməni faşistlərinin qarşına atdıqları yemə möhtac durumda olmazdın.”

Kanal4.az

Emin Xuduyev.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19