Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

İrəvandakı Fransa səfirinə tövsiyə: “Hərbi yardımınız Bakıda eksponata çevrilə bilər”

2021-07-28 17:43:36 295 baxış
Xəbər şəkil

 

 

Fransanın Ermənistandakı səfiri Conatan Lakot növbəti dəfə Ermənistanda revanşizm tərəfdarlarını həyəcanlandıra, regionda yaranmış yeni reallıqlara və sülh prosesinə xələl gətirə biləcək açıqlama verib.

O, ölkəsinin Ermənistanın müdafiə sahəsində müraciətlərinə baxmağa hazır olduğunu bildirib, dolayısı ilə növbəti dəfə təcavüzkar ölkəyə hərbi yardım təklif edib.

Sosial şəbəkənin erməni seqmentində geniş müzakirə mövzusuna çevrilən açıqlama erməniləri o qədər həyəcanlandırıb ki, onlar artıq ölkə rəhbərliyindən Fransanın yardım təklifini qəbul etməyi tələb ediblər. Hətta Lakotun iki ölkənin eyni hərbi alyansda olmaması barədə xatırlatması da, revanşizm tərəfdarlarını sakitləşdirə bilməyib. Onlar Ermənistanın Fransa ilə eyni alyansa meyl etməli olduğunu bildiriblər.

Göründüyü kimi, fransız səfirin bu açıqlaması yalnız sülhü qəbul etməyən, revanşizm tərəfdarlarının dəyirmanına su töküb. Fransa isə bununla bir daha regionda sülh və sabitliyin yaranmasında maraqlı olmadığını ortaya qoyub.

Fransanın Azərbaycana qarşı qərəzli yanaşmasının arxasında dayanan maraqları təxmin etmək o qədər də çətin deyil. Lakin burada maraqlı məqamlardan biri Fransanın Ermənistanı “himayə” etməsinin ilk növbədə İrəvanın özü üçün zərərli olmasıdır. Müharibədən rüsvayçı məğlubiyyətlə çıxmış və Azərbaycan kimi qüdrətli bir dövlətlə ayaqlaşmaq imkanlarına ümumiyyətlə sahib olmayan Ermənistanda bəzi dairələrdə Fransa səfirinin açıqlaması ümid yeri olaraq görünür. Rüsvayçı məğlubiyyətin şokundan ayılmayan ermənilər bunu bir şans kimi görməyə çalışır. Ancaq onların anlamadığı bir şey var – o da qarşılarında qüdrətli Azərbaycan dövlətinin varlığıdır. Bu yumruq kimi birləşən qüdrətli dövlət-müzəffər komandan-qalib xalq triosu isə hazırda regionun gələcəyində əsas söz sahibidir. Hər-hansı düşünülməmiş addım, təxribat isə yenidən bu qüdrətli birliyin zərbəsi ilə növbəti rüsvayçılıqlara gətirib çıxara bilər.

Əgər ermənilər yeni reallıqları qəbul etmək əvəzinə, boş xülyaların arxasınca qaçacaqsa, o zaman bunun ağır nəticələrini də nəzərə almalıdırlar. Çünki tarixi xəyanət, soyqırımı, talanlarla dolu Fransanın sonuna qədər Ermənistanın yanında olacağını gözləmək də ən azı sadəlövhlükdür...

Fransanın canfəşanlığının səbəbi isə regionda söz sahibi olmaması, siyasi proseslərdən kənarlaşdırılmasıdır. Ermənistanı qızışdıraraq regiondakı sabitliyə xələl gətirmək cəhdlərinin arxasında bu kənarlaşdırılmanın yaratdığı qəzəb dayanır.

Fransa isə unutmamalıdır ki, bu gün regiondakı proseslərdə söz sahibi olmamasının səbəbi məhz özüdür. Danışıqlar prosesi dalana dirənəndə susan, heç bir yeni təşəbbüslə çıxış etməyən, işğalçıdan hesab sormayan “həmsədr” kimi yadda qalan Fransa Azərbaycanın tarixi ədaləti öz gücü ilə bərqərar etməsindən sonra, indi də vəziyyəti gərginləşdirməklə özünü regiondakı proseslərə daxil etməyə çalışır.

İstənilən halda Fransanın anlamsız çırpınışları və Ermənistanda bəzi dairələrin buna ümid yeri kimi baxması elə onların özlərinə zərər verəcək. Azərbaycan isə artıq özünə qarşı heç bir oyunun oynanılmasına, bərpa olunan tarixi ədalətin bir daha pozulmasına imkan verməyəcək!

Azərbaycan dövləti, onun lideri və xalqı bu cür cılız təxribatlara istənilən an layiqli cavab verməyə hazırdır. Fransanın “hərbi yardımı” və ermənilərin revanşizmlə alışıb-yanan qəlbləri isə bu qüdrətin qarşısında aciz qalmağa sadəcə məhkumdur...

Sonda bir tövsiyə edək:  Nəbadə xam xəyallara qapılıb, bu xəyalların əsirinə çevriləsiniz, çünki sonda “xəyallarınız” da, “hərbi yardım”ınız da Bakıdakı “Hərbi Qənimətlər Parkı”nda eksponata çevrilə bilər.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19