Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Jurnalistləri və fəalları izləyən casus proqramı qalmaqalı - Ölkəmiz də var

2021-07-20 16:44:57 267 baxış
Xəbər şəkil

 

 

Bütün dünya boyu xüsusi xidmət orqanları siyasətçilərin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının telefonlarını izləmək üçün  İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramından istifadə edib. Bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu bildirir.

 

Kanal4.az  Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər konsorsiumunun araşdırması üzə çıxarıb ki, “Pegasus” proqramı 2016-cı ildən etibarən hüquq-mühafizə orqanlarına, xüsusi xidmət orqanlarına və hərbi nazirliklərə satılıb. İnsan haqları müdafiəçiləri bu casus proqramı vasitəsilə dünyanın 50-ə yaxın ölkəsində 50 minə qədər adamın izlənildiyini müəyyən ediblər. İzlənilən nömrələrin əksəriyyəti Azərbaycanda, Qazaxıstanda, Meksikada, Macarıstanda, Hindistanda və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib.

“NSO Group “Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər “ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu “sındıra” və casus proqramını yükləyə bilərlər”,-dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

Casus proqramı “The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

Azərbaycanda isə kimlərin telefonlarının izlənildiyini OCCRP bir gün əvvəl açıqlayıb. Jurnalist təşkilatı bildirir ki, Azərbaycandakı qurbanların siyahısı beynəlxalq insan haqları təşkilatlarından, o cümlədən “Amnesty İnternational”dan alınıb. Təşkilatın saytında telefonları dinlənilən 70-dən çox azərbaycanlı fəalın və jurnalistlərin siyahısı yerləşdirilib.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı  Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu “təxribat” adlandırıblar. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna isə DTX-da belə deyiblər: “Əgər Azərbaycan xüsusi xidmət orqanları bu casus proqramının köməyi ilə telefonları izləyə bilirdisə nəyə görə izlənilənlər arasında Azərbaycanın həmin dövrdə müharibə apardığı Ermənistanın dövlət orqanlarının və hökumət üzvlərinin telefonları yoxdur?”.

Doğrudan da, 2020-ci ilin iyulundan Azərbaycan Ermənistanla fəal döyüş əməliyyatları aparırdı. O zaman nədən Azərbaycan xüsusi xidmət orqanlarının izlədiyi şəxslər arasında erməni siyasətçiləri də yoxdur?

OCCRP tərəfindən açıqlanan siyahıda erməni siyasətçilərinin və hərbi xadimlərinin adları yer almır. Hərçənd həmin siyahıda Fransada yaşayan müxalif jurnalist Qənimət Zahidin və Almaniyada yaşayan hərbi ekspert Cəsur Sümərinlinin adları yer alır. Belə çıxır ki, “Pegasus”un köməyi ilə hətta Azərbaycanda oturub Fransada və Almaniyada “qacetləri” izləmək olar, amma Yerevanda yox? Bu  baxımdan siyahıda Ermənistandan heç kimin olmaması Azərbaycana dair siyahının etibarlılığını azalda bilər.

Kanal4.az





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19