Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Videosu ilə gündəm olan şəxs qazi deyil - Yenilənib.

2021-06-05 19:43:06 252 baxış
Xəbər şəkil

 

 

 

Bir müddətdir ki, sosial şəbəkələrdə Qarabağ qazisi adından istifadə edərək kampaniya aparanların sayı çoxalıb. Onlar saxta adla dövlətdən xüsusi imtiyazlar tələb edirlər. Belə hallara birinci Qarabağ müharibəsindən sonra da tez-tez rast gəlinirdi. Bəziləri müharibədə iştirak etdiyini bildirərək saxta veteran vəsiqəsi də əldə etmişdi. Müəyyən araşdırmalardan sonra isə həmin şəxslərin müharibədə iştirak etmədiyi məlum olurdu.  

90-cı illərin əvvəllərində müşahidə edilən vəziyyət  bu gün bəzilərinin əlində yenidən fürsətə çevrilib. Belə ki bu addan yararlanmaq istəyənlər sosial şəbəkələrin gündəmini zəbt ediblər. 

Kanal4.az “Qafqazinfo”-ya istinadən, xəbər verir ki, bu cür materiallar isə dəqiqləşdirilməmiş şəkildə mətbuatda yayıldıqda digərləri üçün də əlavə stimul yaranır. Onlar da qazi olduqlarını iddia edərək dövlətdən müxtəlif güzəştlər tələb edirlər.

Belə hallardan biri də bu günlərdə baş verib. Belə ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Elnur Əfəndiyevin yerli mediada ailəsiylə birgə videoreportajı yayımlanıb. Bildirək ki, adıçəkilən şəxs bir müddət əvvəl Xoşqədəm Hidayətqızının da verilişində olub. Həmin verilişdə, eyni zamanda sonuncu videoreportajında da özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edib. O, Ağdam uğrunda gedən döyüşlərdə yaralandığını iddia edir. Bu zaman müxtəlif qəlpə yaraları alıb, sonradan isə zəhərlənmələr nəticəsində ayağında və əllərində yaranan qanqrenadan bu vəziyyətə düşdüyünü bildirir. 

Videoreportaj sosial şəbəkələrdə yayımlandıqdan sonra E. Əfəndiyevi tanıyanlar onun I Qarabağ müharibəsi qazisi olmadığını bildirib və qeyd ediblər ki, sözügedən şəxs ayaqlarını və əllərini müharibədə itirməyib. 

Elə onun haqqında material hazırlayarkən təkcə quqlda kiçicik araşdırma aparmaqla həmin şəxsin qazi olub-olmadığı haqda informasiya əldə etmək mümkündür. Hələ bir neçə müddət əvvəl təqaüdünün az olmasından gileylənən Elnur Əfəndiyev barəsində Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" İctimai Birliyinin mərhum sədri Etimad Əsədovun araşdırması yayımlanmışdı.

E. Əsədov bildirmişdi ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev əslində dələduzdur:

"O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb. Həmin şəxs kifayət qədər imkanlıdır. Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq cipi, 200 min manat dəyərində obyektləri var. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Onun kimi insanlara kömək etmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir"- deyə baş qazi açıqlama vermişdi.

I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu da “Qafqazinfo” ya açıqlamasında Etimad Əsədovun vaxtilə E. Əfəndiyev barəsində araşdırma apardığını təsdiqləyib. O qeyd edib ki, vaxtilə həbsxanada olarkən sözügedən şəxsin qumar borcu yaranıb:

“Buna görə də onun ciddi problemləri olacaqmış. Onu başa salıblar ki, damarına iynə vursun. O da  belə bir üsula əl atıb.  Bundan sonra  onun səhhətində bu cür fəsadlar yaranıb. Əlini və qolunu itirib. Düzdür, əlildir, onun da yaşamaq haqqı var. Ancaq  müharibə qazisi adından istifadə etmək düzgün deyil. Bildirir ki, Şirin Mirzəyevin batalyonunda döyüşüb. Bizim batalyonda elə adam olmayıb, yalan danışır. Əvvəllər Neftçilər metrosunun qabağında dayanırdı, dilənçilik edirdi. Ağsu-Şamaxı yolunda onun bir kafesi də var. 

Əslində əvvəllər o özünü Qarabağ qazisi kimi təqdim etmirdi. Onu mətbuat işçiləri gündəmə gətirdi, bundan sonra özünü qazi kimi təqdim etməyə başladı. Ola bilsin ki, 1994-1995-ci illərdə xidmətdə olub. Hərbi formada olan şəklini paylaşır.  Ancaq bu o demək deyil ki, o, müharibədə iştirak edib. Yəni o zaman mərhum  Etimad Əsədov bunu tam araşdırıb. Türmədə olan şahidlər proses barədə məlumat verib”.

 R. Kərimoğlu qazilər barədə məlumat hazırlayarkən mətbuatı ehtiyatlı olmağa çağırır:

“Belə şoular düzəldəndə həmin şəxslər barəsində Qazilər, Veteranlar, Qarabağ əlilləri, şəhid ailələri ilə bağlı yaradılmış birliklərə müraciət etmək lazımdır. Görürsünüz, belə bir süjet hazırlayıblar, amma hamı yazır ki, o, saxta qazidir. E. Əfəndiyevin sənədlərinin hamısı sonradan düzəlmədir. Müdafiə Nazirliyindən, digər qurumlardan həmin sənədlər necə alınıbsa, daha bunu özləri bilərlər”.

Xatırladaq ki, Vətən müharibəsindən sonra mətbuatda Rəna Kazımova adlı xanım iki oğlunun müharibədə itkin düşdüyünü bildirərək sosial şəbəkələrin gündəminə çevrilmişdi. Elə “Qafqazinfo”nun araşdırmasından sonra məlum olmuşdu ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. Onun psixoloji problemləri olub, media da məsələni araşdırmadan gündəmə gətirib. 

 

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, Müharibə Veteranları siyahısında bu şəxsin ad və soyadı yoxdur. Qeyd olunub ki, Müdafiə Nazirliyi tərəfindən E.Əfəndiyevə heç bir rəsmi sənəd verilməyib.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19