Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Müəllim direktorun onu video ilə şantaj etdiyini deyir

2021-03-12 16:11:30 1154 baxış
Xəbər şəkil

 

 

 

Bakının Xətai rayonu, 194 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını iddia edir. 

Bu barədə Kanal4.az_a məlumat verən şikayətçinin sözlərinə görə, direktorun onunla ədavəti məktəbə təyin olunandan sonra qatıldığı ilk iclasda başlayıb: “Elnarə Zeynalova ilk iclasda deyib ki, məktəbin idman zalında işıqlar yanmır. Müəllimlər işıqlandırmanı düzəltsinlər, lampalar alsınlar. Mən əlimi qaldırıb etiraz etdim və dedim ki, dövlətimiz, Təhsil Nazirliyi bizi hər şeylə təmin edib. Bu, onun xoşuna gəlmədi və o vaxtdan mənimlə ədavətə başladı. Deyir ki, guya onda mənimlə bağlı videogörüntülər var, mən qanunu pozmuşam. Mən bilmirəm nə görüntülərdir, məni onlarla şantaj edir”. 

S. Rəhmanova bildirib ki, direktor onu müavini - hərbi hazırlıq müəllimi İsmayıl Hüseynov vasitəsilə təhdid edib. Müəllimin sözlərinə görə, ötən ilin dekabrında onunla görüşən direktor müavini “gərək direktorla bağlı sosial şəbəkədə yazmazdın, daha onunla işləyə bilməyəcəksən. Sən ərizəni yaz çıx” deyib: “Mən isə işdən çıxmaq fikrimin olmadığını bildirdim. Sonra dedi ki, direktor məni 70-ci maddə ilə işdən kənarlaşdıracaq. Bir-iki gün keçdi, ağlaya-ağlaya İsmayıla zəng elədim və dedim ki, sən evə çörəyi necə aparırsan, mənim başıma belə oyunlar gətirirsən? 37-ci polis bölməsinə və direktora ərizə ilə müraciət elədim. İstədim hər şey qanuni olsun. Direktor İsmayıl müəllimlə məni otağına çağırdı. Otaqda kamera olduğuna görə İsmayıl etdiyini boynuna almadı. Bildirdim, siz məni o həddə gətirirsiniz ki, mən damarlarımı kəsim və deyim ki, siz məni buna məcbur eləmisiniz”. 

 

Müəllimin sözlərinə görə, bundan sonra onu 37-ci polis bölməsinə çağırıblar. Məlum olub ki, onun direktoru və müavinini təhqir etməsi iddiası ilə bağlı aktlar tərtib olunub:  

“Mən isə bildirdim ki, bunlar şər-böhtandır. Əslində mən ondan əvvəl bölməyə müraciət eləsəm də, mənim ərizəmi araşdıran olmayıb. Dünən isə direktor zəng edib ki, məni “NZS” qəsəbəsinin sahə müvəkkili çağırır. Məlum olub ki, guya asayişi pozduğuma - xırda xuliqanlığa görə 50 manat cərimələyiblər. Məqsəd də odur ki, məni bu yolla - müəllimlərin etik davranış qaydalarını pozduğumu əsas gətirərək işdən çıxarsınlar”.

S. Rəhmanova iddia edir ki, yeni direktor məktəbdə qanunsuzluqlar törədir, həmçinin şəxsi mühafizəçisini texniki işçi adı ilə məktəbə gətirir.
Onun sözlərinə görə, ötən il Təhsil Nazirliyinə də məktəbdə olanlarla bağlı müraciət edib. 

Şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ haqda Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

194 nömrəli məktəbdən isə bildirilib ki, məktəbin hərbi rəhbəri İsmayıl Hüseynov məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova tərəfindən təhqir olunub. İ. Hüseynov bununla bağlı polisə müraciət edib:

“Martın 11-də polis əməkdaşları məktəbə gəliblər. Bildiriblər ki, fiziki tərbiyə müəllimi Sara Rəhmanovanı görmək istəyirlər. Məlum oldu ki, fevralın 4-də məktəbin hərbi rəhbəri İsmayıl Hüseynov 37-ci Polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, Xətai Rayon Prokrorluğuna Sara Rəhmanovanın onu təhqir etməsi, şantaj etməsi, şəxsiyyətini alçaltması ilə əlaqədar ərizə ilə müraciət edib. Ərizə araşdırılıb, fiziki tərbiyə müəllimi Sara Rəhmanova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıqla inzibati cəza alıb. Protokola əsasən, Sara Rəhmanova 50 manat cərimə olunub. Polis əməkdaşı Sara Rəhmanovaya Hərbi rəhbərlə barışmağı təklif etsə də, Sara Rəhmanova imtina edib”.

Qeyd edək ki, Sara Rəhmanova “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının qızıdır. 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19