Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Bura Azərbaycan torpağıdır!"deyəndə erməni polkovknik-leytenant susdu"

2021-02-27 10:48:11 242 baxış
Xəbər şəkil

 

 

 

“Ermənistanın Gorus şəhərindən Qafan şəhərinə aparan yolun kənarında “Welcome to Azerbaijan!”sözləri yazılmış böyük şit qoyulub. Lakin biz onun fotosunu çəkmək üçün maşını saxlayan kimi, Rusiya sərhədçiləri peyda olur, kim olduğumuzu, nəyə görə burada dayandığımızı soruşur: “Ümumiyyətlə, burada foto çəkmək qadağandır. Əgər siz yolla getsəniz, artıq Azərbaycan ərazisinə keçəcəksiniz. Lakin bir halda ki, Moskvadan gəlmisiniz, sizi qoruyarıq”,- əsgər zarafatla deyir.

Kanal4.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu sətirlər BBC rus xidmətinin reportyorlarının Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, Azərbaycanla sərhəddən hazırladıqları reportajdan götürülüb. Hansı ki, bu sərhədlər də Azərbaycan ərazilərinin bir hissəsi kimi, 28 ildir işğal altındaydı və 44 günlük Qarabağ müharibəsində Ermənistanın təslim olmasının nəticəsi olaraq Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi. Nəticədə, sovet dövründə çəkilmiş Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi.

BBC müxbirləri qeyd edirlər ki, Gorus-Qafan yolu bir neçə döngədən sonra Azərbaycana qaytarılmış ərazilərdən keçir, müharibədən sonra Azərbaycan hərbçiləri orada bir neçə belə şit qoyublar. Azərbaycanlılar bu yolla gedib-gəlməsələr də məğlub olmuş düşmən üçün bu şitlər baş verənlərə dair simvolik xatırlatmadır.

Azərbaycanlılarla ermənilər arasında yeni toqquşmalardan qaçmaq üçün isə Rusiya öz sərhədçilərini bu yol üzərində yerləşdirib.

Rusiyalı sərhədçilər danışırlar ki, yerli sakinlər sərhədlərin necə dəyişdiyi, hara getməyin mümkün olduğu, hara mümkün olmadığı haqda erməni hökumətindən deyil, onlardan məlumat alırlar.

“Azərbaycanlılar dəqiq bilirlər ki, onlar nəyə nail olmaq istəyirlər və hər mübahisəli sahəyə görə axıradək mübahisə aparırlar, erməni tərəfinin isə belə istəyi görünmür”,- rusiyalı sərhədçilərdən biri deyir.

“Qabaqda daha bir Azərbaycan zastavasını görəcəksiniz, amma Qafana qədər rahat gedə bilərsiniz”,- o əlavə edir.

40 min nəfərin yaşadığı Qafan Sünik vilayətinin mərkəzidir. Şərqdən Azərbaycanla, qərbdən Azərbaycanın eksklavı Naxçıvanla, cənubdan İranla sərhəddir. Yolda İran nömrəli “furalar” tez-tez gözə dəyir. Yol boyu dişlərində açar tutmuş ayı fiqurları da qoyulub. Çünki əfsanəyə görə, Zəngəzur bütün Ermənistanın açarıdır. BBC müxbirləri bildirirlər ki, Qarabağda müharibə gedəndə yerli sakinlər Azərbaycanın Zəngəzuru da alacağı haqda danışırdılar.

“Sünikə ən azından indi heç kim hücum etməyə hazırlaşmır, amma Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında imzalanmış üçtərəfli razılaşmaya görə bu yerlərdən hər halda Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yolu keçməlidir. Prezident İlham Əliyev artıq Horadizdən Zəngilana və oradan erməni sərhədinə qədər dəmir yolunun çəkilməsi haqda tapşırıq verib. Lakin Qafanda bizim qarşılaşdığımız məmurlar yeni yolun onların vilayətində haradan keçəcəyini bilmədiklərini deyirlər”,- reportajda deyilir.

Bildirilir ki, Azərbaycan sərhədçiləri hələlik Gorus-Qafan yolunda hərəkəti bağlamırlar. Təkcə QAİ əməkdaşları xəbərdarlıq edir:

“Bir neçə döngədən sonra çadırlar görəcəksiniz, azərbaycanlılar orada dayanıb, maşını saxlamaq olmaz”.

Jurnalistlər bir hissəsi Azərbaycanın nəzarətinə keçən Şurnux kəndində də olublar. Məlum olduğu kimi, bu kəndin 11 evi Qubadlı rayonunun inzibati ərazisinə daxil olduğu üçün Azərbaycana qaytarılan ərazidə qalıb. Hazırda Şurnuxda 80-ə yaxın erməni yaşayır. Orada 35 ev var.

Kənd başçısı Akop Arşakyan deyir ki, dekabrın sonlarında kəndə nümayəndə heyəti gəldi- üç Azərbaycan generalı, bir Rusiya generalı və Ermənistan ordusunun polkovnik- leytenantı. Sakinlərə xəbərdarlıq edildi ki, 11 ev Azərbaycanın nəzarətinə keçir və onları azad etmək lazımdır.

“Generallardan biri əlini belinə qoyub mənə dedi: “İndi bura Azərbaycan torpağıdır!” Bizim tərəfdən isə ancaq podpolkovnik idi, o da başını aşağı salıb susdu. Bilirsinizmi, necə təhqiramiz vəziyyət idi?”,- Akop deyir.

Azərbaycanın nəzarətinə keçən evlərdən birində yaşamış 57 yaşlı Larisa isə bildirir ki, çoxları kompensasiya almaq üçün yalandan əşyalarını çıxara bilmədiklərini deyirlər. Əslində isə, həmin evlərdə yaşayanlar bütün əmlaklarını çıxarıblar.

“Biz hər şeyi götürdük, ancaq lobya payalarından başqa. Mən onları da götürmək istəyirdim, amma sonra baxıram: azərbaycanlılar artıq payaları tonqal qalamaq üçün aparır”,- o deyir.

Köçürülən digər sakin Edik Ayrapetyan isə danışır ki, Rusiya sərhədçiləri həmin evdə yaşayanlardan birinin ayaqqabısını götürmək üçün ora qayıtmasına kömək edib.

“Bizdə bir qoca ayaqqabısını orada unutmuşdu, ayağında nə varsa onunla çıxmışdı. Burada elə qar başladı ki...O ayaqqabısını yadına saldı, qayıtmaq istədi, rusların köməyinə müraciət elədi, onlar isə azərbaycanlılarla əlaqə saxladı. Azərbaycanlılar da ona imkan yaratdılar ki, qayıdıb keçmiş evindən ayaqqabısını götürsün”,- Edik danışır.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19