image image

Ağrıdağ-Vedi vadisi, Vedibasar nahiyəsinin Qaralar kəndi...

image

 

Vedi bölgəsi əski tarixi-coğrafi ərazi kimi Basarkeçər dağlıq silsiləsinin qərb yamaclarından başlayaraq Vedi-Arpaçay hövzəsi boyunca Ağmanqan dağlarının cənub  hissəsini tutur və Dərələyəz silsiləsinədək (Küküdağ zirvəsi, 3113 m) uzanır. Xalqımızın dövlətçilik  tarixində bu mahalın hay kilsəsinə və düşmən qüvvələrinə qarşı  mübarizəsinin zəfər dolu səhifələri həm də 1918-1920-ci illərdə yazılmışdır. Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinskinin (1886-1930)  başçılığı ilə xalq müqavimət hərakatı və yerli özünümüdafiə qüvvələri üzvlərinin-Səfəralı Sadiq oğlunun (1903-1988), Pirəlı Abbas oğlu Abbasovun (1879-1990), Abuzər Süleyman oğlu Sərdarovun (1892-1983), Əmir Süleyman oğlunun (1888-1971)... timsalında.

Sonuncu, “Mübariz dəstə”də bölük komandiri, onbaşı olub...

Məhz bu qüvvələr 1918-1920-ci illərdə İrəvan şəhərində yuva qurmuş, qərarlaşmış (qərargahlaşmış) dinsiz hay kilsəsi və qaniçən daşnak-quldur sürülərinin (başda D.M.Kanayan (Dro), M.S.Silikyan (1862-1937), A.T.Ozanyan, D.B.Pirumyan (1862-1922), P.B.Pirumyan (1856-1921)... olmaqla) Vedibasar hövzəsinə, eləcə də Qaralar kəndinə davamlı hücumlarının qarşısını almışdır. Amma yenə də bu mənfur canlılar Vedi mahalında 7 kəndin (Məngü, Gücsüz, Kolanı, Qarabağlar, Qədili, Əzizkənd (Camışbasan), Çığın...) bütünlüklə yandırılmasına, əhalisinin amansızlıqla qətlə yetirilməsinə, qovulmasına, mal-mülklərinin qarət və talan edilməsinə... nail olmuşlar.

Ümumiyyətlə, hay kilsəsi və tör-töküntüləri 1950-ci illərədək Vedi mahalında 36 türk-müsəlman kəndini (Alməmməd kəndi Araz çayından 500 m aralı idi, yerini düzləyib alma, şaftalı bağı saldılar, tinglik etdilər...Daşnov kəndinin yurd yerləri kollu-koslu örüş oldu...Çimən kəndi (600 evli) Vedi dağlarının Əyricə yaylaqlarındakı “İsmayıl yurdu”na, “Dib yurdu”na yaxın idi...Daşlı kəndinin 40-50 evinin dağılmış hörgüləri 1980-ci illərədək “göz dağlayırdı”...) boşaldıb, yurdunu xarabazarlığa çevirmişdilər.

Təbii-coğrafi şəraitinə görə düzən ərazidə, Araz çayı vadisində, Vedi çayının (uzunluğu 58 km) sol sahilindəki Qaralar kəndi İrəvan şəhərindən 35 km cənub-qərbdə yerləşir.  Qaralar Böyük Vedi kəndindən isə  5 km cənub-qərbdə, dəniz səviyyəsindən 850 m hündürdə idi.

“Qafqaz haqqında məlumat toplusu”nun 1880-ci il nəşrində göstərilir ki, 1873-cü ildə Qaralar kəndində 58 həyət (“tüstü”) olub və 443 nəfər türk-müsəlman mənşəli əhali yaşayıb.

1912-ci ilin “Qafqaz təqvimi”ndə isə 255 nəfər yerli-kökənli əhali olduğu qeyd edilib.

Osmanlı Türkiyəsinin Van vilayətinin Lök kəndindən 1915-ci ildə bir sürü hay köçürülərək bu kənddə yerləşdirilmiş, 1948-1950-ci illərdə Cənubi Azərbaycandan, Suriyadan, Livandan sürü ilə haylar yerləşdirilmiş  və artıq keçən əsrin 50-60-cı illərində milli-etnik və demoqrafik göstəricilər hay sürüsünün xeyrinə dəyişilmişdir.  Qaralar kəndində 100 evdə türk-müsəlman əhli, 250-300 evdə haylar, Şirazlı kəndində 100 evdə kökənlilər, 600 evdə ibtidai insan sürüsü yaşayırdı...

Ümumiyyətlə,  Qaralar və Yengicə kəndləri arasındakı örüş sahələrində xaricdən sürülən haylar üçün yaşayış ərazisi salındındıqdan sonra (o məhəllələrə “Qayınanasızlar” deyirdilər, çünki yerli əhali onlara  “murdar, kafir” deyərək qonşuluqlarına buraxmayıb, evlərinin yanında tikinti apamağa icazə verməyiblər) onların sayı artdığı üçün kəndlər də birləşməli oldu, buna rəğmən “Yenikənd” toponimi işlədildi və rəsmiləşdirildi.

Qaralar kəndinə yaxın yaşayış məntəqələrindən 2 km cənubdakı Şirazlı, 1,5 km şimalda Yengicə, 2,5-3 km qərbdəki Vedi Sofulu (Kiçik Vedi), 2 km şərqəki isə Taytan  kəndidir.

Qeyd: Şərqi Azərbaycanın da bir sıra nahiyələrində “Qaralar” toponimli yaşayış məntəqələri vardır-Tovuz, İmişli, Qubadlı, Saatlı, Sabirabad və Şəmkir, Beyləqan rayonlarında Qaralılar, Neftçala rayonunda isə  I və II Qaralı kəndləri mövcuddur.

1960-cı ilədək kolxoz təsərrüfatı olan Qaralar kəndinin tünd-qonur, dağ qəhvəyi (şabalıdı) torpaq tipləri, çayətrafı düzən, münbit-məhsuldar örüşləri olduğu üçün (kəndin üstündəki “Qırın döşü” deyilən yerdən çəkilən, mənbəyini Göyçə gölündən götürən, uzunluğu 150-200 km-ə çatan Stalin adına suvarma kanalı, 1965-ci ildə bu kanalı əvəz edən “Qarasu” kanalı, 1970-ci ildə kəndin əkin yerlərində (biri də “Hacı Həsən torpağı”nda qazılan...) 3 artezian quyusu hesabına) əsasən taxılçılıq, tərəvəzçilik, meyvəçilik (alma, armud, ərik, alça), üzümçülük və heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.  

İqlim şəraiti ilin soyuq dövründə temperatur mənfi 25, isti aylarda isə müsbət 42 dərəcə, yağıntılar 300-400 mm olurdu.  

1953-1954-cü ilin qışında güclü şaxtalar olanda kəndin üzüm bağları kökünə qədər bütünlüklə donmuşdu, bağlar sonralar yeniləndi...

Əkin yerləri (ağ-qara üzüm sortu, şaftalı bağları, taxıl zəmiləri, tütün, pambıq sahələri) kəndi əhatələmişdi. Gündoğan səmtdə, kənddən 500 m aralı “Salmanın bağı”nda ağ üzüm yetişirdi, 1920-ci ildən 1980-ci illərədək. Ətrafda başqa bağlar da olub-“Molla Sadığın bağı”, “Molla oğlu Məhəmmədin bağı”, “Pirəlinin bağı”,”Molla Vəlinin bağı”, “Muradoğlunun bağı”, “Mir Yaqub ağanın bağı”, “İsmayılın bağı”, “Əbdüləlinin bağı”...sahələr eyni ölçüdə idi-0,50 hektar.

Kəndi əhatə edən bu bağlar 1918-1920-ci illərədək salınmışdır, 1980-ci illərədək qalırdı, bol məhsul verirdi, ən çox əkilən sortlar- Ağ üzüm, Haçabaş, Qara Dizmari (tez yetişirdi), Sarı və Qırmızı Kişmişi, Milax (qırmızı büllur), Xəlili (ən tez yetişən), Keçidöşü...idi. Yığılan üzüm, doşab, kişmiş...Zəngibasar həftəsonu bazarında düyü, qənd, parça və başqa məhsullarla, dağ kəndlərində isə pendir, yağ, yun...kimi tərəkəmə əmtəələri ilə dəyişdirilirdi.

Şərab istehsalı üçün verilməsi haram hesab edilirdi. Pirəli Abbas oğlu söyləyirdi ki, üzümü şərab üçün təhvil verənin ehsanına camaat getmirdi, haram sayılırdı həmin məclis...

Cənub hissədə “Selbasan yeri”ndə (25-30 hektar) taxıl (“Ağ buğda”-qılçıqlı, “Sarı buğda”-qılçıqsız) əkilirdi. Əvvəllər Vedi çayından suvarılsa da, 1930-cu illərdə Göyçə gölündən 50-60 km uzunluqda İ.Stalin adına suvarma kanalı çəkilmişdi kəndə. Vedi çayınadək, Qəmərli və Vedi nahiyələri də bu kanalın hesabına su ilə təmin edilirdi. Sonra hay-daşnaklar Göyçə gölünün səviyyəsini bəhanə gətirərək həmin mənbəyi ləğv etdilər.

1960-cı illərdə Zəngi çayının qolu olan Qaraçayın suyunu kəndə çəkdilər- Vedi dağlarının ətəyi ilə. Əyricə-Kolanı dağlarının (Çimən kəndinin üst hissəsindən, Xosrov meşələrindən başlayan) bulaq-yağış sularına görə çəkilən sel arxının (eni 20 m, dərinliyi 5 m) qalıqları 1980-ci illərədək qalırdı.

1930-cu illərin II yarısında kənddə kolxoz yaranıb-V.İ.Lenin adına. 1960-cı ildə Yengicə və Yeni Həyat kəndləri də daxil edilsə də, 1961-ci ildə Yengicə, 1962-ci ildə Yeni Həyat kəndləri ayrıca kolxoz olublar.1946-cı ildə xaricdən sürülən haylar Qaralar kəndinin 1,5-2 km-də əkin-örüş sahələrində, Kəmərli kəndindən (1962-ci ildən şəhər) 6 km cənub-şərqdə məskunlaşdırılıb, Yeni Həyat kəndini salıblar.

1970-ci ilədək kolxozda pambıq bitkisi əkilib (700 hektarda), amma haylar qəsdən becərmədən və yığımdan yayındıqları üçün onu ləğv etdilər.

Kəndin “Qum arxası” deyilən ərazisində (1 km qərbdə, Araz çayına tərəf) bostan-tərəvəz (qarpız, yemiş, xiyar, pamidor...) bitkiləri əkilirdi.

Heyvandarlığın yay otlağı Əyricə dağları idi (“İsmayıl yurdu”, “Dib yurdu”...), ət-ağartı məhsullarını Yengicə, Şirazlı, Sədərək kəndlərinə, İrəvan şəhərinə aparırdılar. Təsərrüfatın süd-əmtəə kompleksi Yengicə kəndi istiqamətində (şimal-qərbə tərəf) idi. Bütün dövrlərdə kolxoz sədrləri hay-daşnaklardan seçilirdi, amma təsərrüfatın ağır işləri türk-müsəlmaların çiynindəydi.

Kəndin məşhur tacirlərindən biri Süleyman Oruc oğlu (1817-1897), Naxçıvan, Kəlbəcər, Gədəbəy... nahiyələrinə qədər gedib, ticarətlə məşğul olub. Halal və imanlı şəxs olduğundan onun oğlu Abuzər Süleyman oğlu A.Şadlinskinin şəxsi yavəri idi.

Vedibasar mahalının ziyalı oğlu-yazıçı F.İ.Kərimzadənin (1937-1989) yaxın dostlarından biri Qaralar kənd sakini Abbas İbrahim oğlu Səfərov (1936-2019), Xəlisə kəndindən Seyid Yaqub (1922-1984)...idi.

R.S. 1879-cu ildə Böyük Vedi kəndinin əhalisi 1743 nəfər, 1893-cü ildə 2100 nəfər, 1912-ci ildə 2501 nəfər idi, hamısı türk-müsəlman mənşəli olub-“Qafqaz haqqında məlumat toplusu”nun və “Qafqaz təqvimi” nəşrinin rəsmi məlumatına görə.

R.S.S. Qaralar kəndi hay kilsəsi tərəfindən 1935-ci ildən-“Sevkar”, 1978-ci ildən-“Aralez”, Taytan kəndi 1978-ci ildən-“Vanaşen”, Şirazlı kəndi 1991-ci ildən-“Vosketap”, Yengicə kəndi 1991-ci ildən-“Sisavan”, Yeni Həyat kəndi-“Nor-Qyank”, Kəmərli kəndi (şəhəri) 1945-ci ildən-“Artaşat”, Ağmanqan sıra dağları-“Geqam”...adlanır.)

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Vedi mahalının Böyük Vedi nahiyəsinin Qaralar kənd sakinləri Bəhmən Həmzə oğlu Əkbərovun (1934), Musa Pirəli oğlu Abbasovun (1934) və Heydərəli Abuzər oğlu Sərdarovun (1941) məlumatlarından istifadə edilmişdir.)





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...