Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Rusiya ordusunda könüllü xidmət etməkdən imtina edib.
Bu, “Populyar siyasət” internet kanalının aparıcısı Dmitri Nizovtsevin kanalın Rusiyada hərbi səfərbərliyə həsr olunmuş yayımı zamanı efirdə Peskovun oğluna zəngi zamanı bəlli olub.
Belə ki, özünü hərbi komissarlığın nümayəndəsi kimi təqdim edən aparıcı Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyərək, səhər saat 10-da Moskva Hərbi Komissarlığında tibbi müayinədən keçməyə dəvət edib.
“Bu gün sizə çağırış vərəqəsi göndərilib, orada nömrə verilib, siz o nömrəyə zəng etməli idiniz. Əvvəla siz niyə zəng etmədiniz, ikinci də biz saat 10:00-da gözləyəcəyik, siz komissarlığa gələ biləcəksinizmi”, – deyə jurnalist soruşub.
“Əlbəttə ki, saat 10:00-da gəlməyəcəm. Bilirsiniz ki, mən cənab Peskovam, orada olmağımın nə qədər düzgün olmadığını başa düşməlisiniz. Bir sözlə, mən buna başqa cür cavab verəcəm”, – deyə Peskovun oğlu cavab verib.
Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini bilmək üçün adının qarşısına işarə qeyd etməyin mümkün olub-olmadığını soruşduqda isə N. Peskov belə cavab verib:
“Xeyr, mənə belə işarə qoymağa ehtiyac yoxdur. Mən getməyə hazıram, amma sənin istəyinlə yox”, – Prezidentin mətbuat katibinin oğlu cavab verib.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...