Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Tofiq Yaqublı AXCP sədrinin xüsusi tapşırıqlarını yerinə yetirir.

2020-12-26 19:45:05 360 baxış
Xəbər şəkil

“Tofiq Yaqublu artıq ağlını itirib, özünü idarə edə bilmir və dediyi sözlərin məsuliyyətini anlamır”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, ictimai rəyə təsir imkanları, cəmiyyətdə heç bir nüfuzu olmayan T. Yaqublu Qarabağdakı zəfərimizə kölgə sala bilməz:

“Bu adam Azərbaycan cəmiyyətində nüfuzu olmayan bir şəxsdir. Sadəcə zəfərimizə ləkə atmaqla məşğuldur deyə ictimai rəydə də kifayət qədər qınaqla üz-üzə qaldı. Elə jurnalistlərin və sosial şəbəkələrin aktiv istifadəçiləri tərəfindən ona layiqli suallar və dediyi fikirlərə cavablar ünvanlanır. Sadəcə olaraq bu adam və onun kimilər 44 gün ərzində əlacsız şəkildə susmuşdular. Heç Azərbaycan Ordusunun da yanında deyildilər. Pusquda dayanmışdılar və gözləyirdilər ki, proseslər hara istiqamətlənəcək. Xatırlayıram ki, sonda Azərbaycan xalqının kəskin reaksiyasından çəkinərək dilucu bir xoş sözlər səsləndirdilər. Şuşanın alınması ilə bağlı bu tip insanlar və elə Yaqublunun söykənmiş olduğu Əli Kərimli dilucu təbrikini verdi. Bundan sonra artıq əllərinə verilmiş siyasi “respetlər” əsasında ordumuzun əldə etmiş olduğu zəfərləri, tarix yazan qəhrəmanlıqlarını kənara qoyaraq, hətta bunu şübhə altına alaraq öz ağalarının sözlərini deməyə başladılar”.

Fəzail Ağamalının sözlərinə görə, bu qüvvələr uzun illərdir ki, xaricdən idarə olunurlar. O, Tofiq Yaqublunun Əli Kərimlinin dəstəsində olmasını təsadüfi hal hesab etmir:

“Tofiq Yaqublu AXCP sədrinin xüsusi tapşırıqlarını yerinə yetirir və bu cür vicdana sığmayan açıqlamalar verir, sosial şəbəkələrdə ağına-bozuna baxmadan nə gəldi danışır. Bu adam artıq ağlını itirib, özünü idarə edə bilmir, dediyi sözlərin məsuliyyətini də anlamır. Baxmayaraq ki, ölkə Prezidenti ona səhvləri müqabilində hər zaman mərhəmətini göstərib, cinayət əməlinə rəğmən azadlığa, ailəsinə qovuşmasını təmin edib. Yenə də o artıq özü-özünü idarə edə bilmədiyini göstərməyə başlayıb.

Kimin nə deməsindən asılı olmayaraq, Ali Baş Komandan özünü güclü sərkərdə kimi dünya miqyasında təsdiq etdi. Ordumuz müzəffər ordu kimi bütün ölkələrdə özü haqqında yüksək fikir formalaşdırdı. İşğala məruz qalmış torpaqlarımızda 30 ildir ki, təpədən dırnağa kimi silahlanan, böyük istehkamlar yaradan vandal ölkəyə qarşı 44 günə uğurlu döyüşlər apardıq. Bizim igidlərin, ordu rəhbərliyinin, ölkə başçısının tətbiq etdiyi hərbi taktikalar, döyüş metodları və s. hərb tarixində görünməyən və təkrarı olmayan hadisələr idi. Sadəcə olaraq bu gün aşkar hiss edilir ki, bir çox qüvvələr Azərbaycanın paxıllığını çəkirlər, uğurlarımıza ləkə atmağa çalışırlar. Onlarda müzəffər ordusu ilə tarix yazan Azərbaycana qarşı böyük bir qısqanclıq yaranıb”.

Deputat təəssüf hissi ilə vurğulayıb ki, bu gün bizim uğurumuzu heçə endirməyə çalışanlar arasında Azərbaycanın əleyhinə müəyyən işlər aparan xarici qüvvələrlə yanaşı anti-milli qüvvələr də yer alırlar:

“Onlarla 30 ildir tarixi şəhər və torpaqlarımızı dağıdıb istismar edən erməni millətçiləri arasında heç bir fərq görünmür. Hətta bu gün Azərbaycanın düşmənləri belə ordumuzun, Ali Baş Komandanımızın gücünü, qalibiyyətini etiraf etmək məcburiyyətində qalıb. Lakin bunlar daşıdıqları ada, damarlarında axan azərbaycanlı qanına baxmayaraq, öz soydaşlarının qanla suvarılmış və azad edilmiş torpaqlarına şübhə ilə yanaşırlar, böhtanlar atırlar. Bu cür şəxslər həm xalq, həm də Allahımız tərəfindən lənətlənmiş insanlardılar.

Onların nə deməsindən asılı olmayaraq. Azərbaycan xalqı bu gün ölkə Prezidentinin 44 günlük qələbəmizlə başa çatan müharibədəki rolunu görür və dəyərləndirir. Torpaqlarımızın azad edilməsində müstəsna rol oynayan xilaskar, mahir diplomat, möhtəşəm sərkərdə və güclü idarəçilik, təşkilatçılıq imkanları ilə dövlətimizi daha yüksək səviyyəyə qaldıran Prezidentimiz xalqımız tərəfindən sevilir, rəğbət bəslənir və dünya miqyasında da heç şübhəsiz ki, çox yüksək qiymətləndirilir. İlham Əliyev amilinə bu gün çox ciddi qiymət verilir. O Rusiyada, ayrı-ayrı ölkələrdə keçirilmiş sorğularda 2020-ci ilin on ən yaxşı siyasətçisi kimi təsbit edilir. İndi Tofiq Yaqublu, onun arxasında duran qaragüruhçu qüvvələr uğurlarımızı qəbul edə bilmirlər. Onlar kimdir ki, qələbəmizə başqa cürə qiymət versin? Onlar heç kimdirlər!





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19