Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır

Ermə­nistan dövləti = “FAİL STATE”

2020-09-24 22:12:17 104 baxış
Xəbər şəkil

Ermə­nistan dövləti = “FAİL STATE”

Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirində iştirak edən Prezident İlham Əliyevin, tədbirdən sonra AzTV, İTV və “Real” TV-yə verdiyi geniş müsahibə özündə bir sıra əməli fəaliyyət sahələrinə aid bilgiləri, təsbit və çağırışları ehtiva edir. Təsadüfi deyil ki artıq 4 gün keçməsinə və bu günlərə içində ölkəmizdə, dünyada bir sıra önəmli olaylar baş verməsinə baxmayaraq, həmin müsa­hibədə səsləndirilən fikirlər gündəmin əsas müzakirə möv­zu­su olmaqda davam edir. Cənab Prezidentin hərbi, iqtisadi, siyasi, insan amili, tarixi həqiqətlər, strateji tərəfdaşlıq, milli prioritetlər və b. mövzularda verdiyi təhlillər, bölüşdüyü informasiyalar və etdiyi çağırışlar bir tərəfdən dövlətimizin öncəlik tanıdığı sahələri, digər yandan yerli və beynəlxalq münasibətlər sisteminə dövlət baxışını ifadə edir. Prezidentin jurnalistlərin suallarına cavabı həm də üslub özəllikləri, ritorikası baxımından özünə diqqət tələb edir. Mövzunun işlənməsi, fikir ardıcıllığı, sözlərlə ifadə alqo­rit­mi, yaddaşlara xitab etmək kimi incəliklər dövlət başçısının nitqinin ritorikasını müəyyən­ləşdirir. Burada ciddiyyət, siyasi gurultulara heç vəchlə yer verməmək kimi nüansları da fərqləndirməliyik. Bu, qarşı tərəflə müqayisə etdikdə daha qabarıq görsənməsi ilə də diqqəti cəlb edir. Biz burada “qarşı tərəf” dedikdə, işğalçı Ermənistanı, erməni Baş naziri nəzərdə tuturuq. (Əlbəttə, “qarşı tərəf” anlayış olaraq çox yerdə işlənə bilsə də, ərazisi işğal olunmuş, milyondan artıq mülki vətəndaşı məcburi köçkün və qaçqın həyatı yaşayan, bir sözlə, özünə belə xeyri dəyməyən (“Fail state”) uğursuz Ermə­nistan dövləti adlı terrorçu xislətli, hüquqtanımaz “qonşu” ilə həmhüdud olan bizlər üçün başqa “qarşı tərəf”lər şərti sıralamada çox sonrakı yerlərdə gəlir və gəlməlidir. Cənab Prezidentin hər­tərəfli islahatlar kursunun mahiyyətini də bu planda başa düşməkdə fayda var). Demokrat libaslı amma işğalçı zehniyyətli Paşinyanın, digər erməni başbilənlərinin boş sözlər yığını, hay-küy mə­nasızlığında işlətdiyi “fikir”lər sabun köpüyü kimidir. Sözsüz ki burada Ermənistanın haqsız tərəf olması, Ermənistan rəhbərliyinin hər çıxışında, daha çox yalanı, riyanı gizlətmək zorunda qalma­sının da rolu var. – Prezidentin “Biz erməni rəhbərliyindən fərqli olaraq, piar üçün yox, mahiyyət üçün işləyirik” ifadəsi Azərbaycan hökumətinin apardığı siyasətin mahiyyətini nü­mayiş etdirir.

Beləliklə, ölkə başçısının yerli TV-lərə geniş müsahibəsindəki ritorika hər nə qədər hərbi, strateji, iqtisadi, siyasi yükümlü olsa da, eyni dərəcədə üslub(iyyat), tarix (tarixi həqiqətlər), beynəlxalq davranış etikası, psixologiya və məntiqlə bağ­lıdır.

Məsələn, hərbi ritorikaya diqqət etsək, cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi ismarıncdır. Bu ismarınc hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu ismarınc, eyni zamanda, gücümüzü, o cümlədən dövlət siyasətimizin müs­təqillik dərəcəsini əks etdirir.

Barış və diplomatik üsullara sadiq olan Azərbaycan Respub­likası, öz hərbi gücünə yaxşı bələddir və müharibə ehtimalını inkar etmir. Dövlətimiz hərbi ritorikaya çağırmır – hərbi əmə­liyyatlar vasitəsi ilə işğal olunmuş ərazilərimizin məhz adekvat vasitələrlə qaytarıl­masına hazır olduğunu bildirir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermə­nistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”. Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil. Bu sözlər tarixi ədalətin bərpasına dair bir çağırışdır. Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” - fikri artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir.

Cənab Prezidentin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymət­ləndi­rirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” deməsi, dövlətimizin qəti qələbəli müharibəyə hazır olmasının ifadəsidir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, müharibənin başlanması yalnız hökumətin deyil, eyni zamanda xalqın çağırış və istəyinin nəticəsidir. Bu yerdə, vətən­daşlarımızın yaşından, cəmiyyətdə tutduğu mövqedən, digər amillərdən asılı olmadan, könüllü surətdə hərbi xidmətə getmək üçün hərbi komissarlıqlara kütləvi şəkildə axın etməsini yada salmaq istərdim. Bu sətir­lərin müəllifinin Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda iyulda baş vermiş sərhəd toqquşması (daha dəqiq ifadə ilə desək, Ermənistanın növbəti avantüsit hücumu) zamanı vətənə bağlılıq yönündə yaşananlar yaxşı örnəklər təşkil etməkdədir. – Dövlət müs­təqilliyi tarı­ximizdə ilk dəfə, ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ay­rılıqda, Ali Baş Komandanın ətrafında birləşməsi Bəyanatı ölkədə sağlam iqtidar-müxa­lifət münasibətlərinin formalaşmasının təzahürüdür.

Hərbi ritorikaya toxunmuşkən, onu da vurğulayaq ki cənab Prezident elanolunmamış müha­ribə və torpaqlarımızın işğalında bütövlükdə erməni xalqını yox, məhz Ermənistan siyasi ha­kimiyyətini günahlandırır. Bu, beynəlxalq ictimaiyyətin nəzərə almalı olduğu prinsipial ya­naşmadır. Azərbaycan Prezidentinin bu sözləri, eyni zamanda erməni cəmiyyətinə də ünvanlanmış ismarıncdır: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermə­nistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır.”

Qeyd etməliyik ki, bizimlə güc dili ilə danışmaq cəhdi də, özünü qalib ədasında tutmaq da, yeri gəldikdə beynəlxalq ictimaiyyət qarşısında məzlumanə görkəm almaq da Ermənistan dövlət rəhbərliyinin dəyişməz “taktika”sıdır. Belə diametral dəyişkənliklə (mövqesizliklə), çətinə düşəndə sülhdən dəm vurmaqla, Azərbaycan dövlətinin Ermənistanla deyil, qondarma Dağlıq Qarabağ xunta rejimi ilə danışıqlar aparmalı olduğunu deməklə... qarşı tərəf həm həyasızlıq edir, həm də növbəti məntiqsizliyə imza atmış olur. “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb – biz yox, Ermənistan.” – Prezidentin bu fikri “Azər­baycanı müharibəyə sövq edirlər” şəklində də oxuna bilər. Beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk qrupu, sülhyaratma mandatlılar bu cür açıqlamalara dair qəti fikrə sahib olmalıdır. Cənab Prezidentin dediyi kimi, biz ətrafımızda nələr baş verdiyini bilirik, bilirik ki Ermənistan və havadarları növbəti hərbi əməliyyatlara hazırlıqla məşğuldur. Beynəlxalq birlik tərəfindən tanın­mış sərhədləri içərisindəki torpaqlar belə başdan-başa Azərbaycanın tarixi torpaqları olan Ermə­nistan və onun hüquqtanımazlığına göz yuman havadarları da bilməlidir ki, bizim bir addım belə geri çəkilməmiz mümkün deyil, mümkün olan yalnız irəli getməyimizdir. Və bu təhdid deyil, məhz tələb olunan ən uyğun cavabdır.

Qəbul edilməlidir ki, Azərbaycanın dövlət başçısının fikirləri artıq simulyasiyaların deyil, konkret və adekvat addım­ların zamanının çatdığını çox açıq şəkildə ifadə edir: “Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir”.

“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra verilən mü­sahibədən danışarkən, cənab Prezidentin qardaş Türkiyənin ünvanına səsləndirdiyi məhəbbət dolu fikirlərə toxunmasaq olmaz. –Türkiyə və Azərbaycan birliyinin “böyük sərvət” adlandırılması ölkələrimiz arasında münasibətlər tarixində yeni eranın başlanmasına işarə edir. Prezidentin “Biz Türkiyə ilə bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq” – ifadəsi Ümum­milli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfi və siyasi prinsipinə yeni nəfəs vermək, o kamil prinsipi davam və inkişaf etdirmək deməkdir.

“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz” deyən cənab Prezidentin siyasəti xəlqi siyasətdir. Qəbul olunan qərarlar məhz milli maraqların tələbidir. – Dövlət başçısı xalqın dəstəyini əsas amil kimi müəyyən edir və yalnız xəlqi maraqlara istinad edir.

Şübhəsiz ki gerçəkçi əməl və konstruktivlik üzərində qurulmuş siyasət bütün dövrlərdə xalq tərəfindən rəğbətlə qarşılanır. – Bu, alternativlərin ən yaxşısıdır.

Və nəhayət: “Biz məsuliyyətli ölkəyik”! – Belə ki, məsuliyyət çağdaş, peşəkar və müsbət təsirli siyasətin əsas göstəricisidir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

 





Oxşar xəbərlər


Xəbər lenti
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17