image image

Prezidentin Kəlbəcər səfərinin önəmli məqamları...

image

 

 

Prezident İlham Əliyevin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfər etdi. Səfər zamanı Prezident Kəlbəcərdə bir neçə yeni tikilmiş stansiyaların açılışında iştirak etdi. Prezidentin səfərinin ən diqqətçəkən məqamı isə Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi oldu.

 

Prezident komando hərbi hissəsinin açılışında çıxışı zamanı bir sıra önəmli məqamlara toxundu:

 

Birincisi, ölkə başçısı bizim müharibə istəmədiyimizi, heç vaxt da bu niyyətdə olmadığımızı açıq şəkildə bildirdi. Prezident dedi ki, bizim maraqlarımız təmin edilməlidir və müharibə nəticəsində yaranan reallıqlar hamı tərəfindən qəbul edilməlidir.

Prezidentin dediyi fikirlərdə həqiqət öz əksini tapır. Çünki rəsmi Bakı 30 illik işğal faktoruna baxmayaraq müharibə istəməyib. 30 il müddətində Azərbaycan nə qədər haqsızlıqlar görsə də, yenə də diplomatiyanı, danışıqları üstün tutub. Buna görə də hesab edirəm ki, rəsmi Bakının müharibə nəticəsində yaranan reallıqların hamı tərəfindən qəbul edilməsini tələb etməsi doğrudur.

 

İkincisi, Prezidentin çıxışında: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər” - fikirlərini dedi.

Ölkə başçısı əslində bu sözləri ilə təkcə regionda gedən prosesləri deyil, Ermənistanın daxilində gedən proseslərdən də xəbərdar olduğunu bildirmiş oldu. Bununla da Prezident İlham Əliyev bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu.

 

Üçüncüsü, Prezidentin çıxışından belə nəticəyə gəlmək olar ki, rəsmi Bakı İrəvana vaxt verdi. Yəni ölkə başçısı bildirdi ki, Azərbaycanın Ermənistanın oyunlarına daha çox vaxt ayrımağa zamanı yoxdur. Ermənistan prosesin həllini ləngitsə, rəsmi Bakı yenə öz gücü hesabına qalan məsələni də həll edəcək.

 

 

Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi, MMP-ın idarə heyətinin üzvü Könül İsmayılova



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...