image image

Avropa Şurasının strukturları ilə səmərəli əməkdaşlıq edilir

image

 


Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən həm üzv, həm də Avropadan kənar 50-dən çox dövlətlərə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərən və ədliyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uzun illərdir sıx əməkdaşlıq edir.
Bunun nəticəsi olaraq ədalət mühakiməsi və ədliyyə sahəsindəki islahatlarımız beynəlxalq aləmdə təqdir olunur, o cümlədən ölkəmizdə hakimlərin seçimi şəffaflığına görə digər Avropa dövlətlərinə örnək kimi tövsiyə edilir, məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni unikal infrastrukturunun yaradılması sahəsində Azərbaycan öncül dövlət kimi qiymətləndirilir, Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb, ölkəmizin nümayəndəsi CEPEJ-in prezidentidir.


Bu günlərdə Maltanın paytaxtı Valetta şəhərində CEPEJ-in 20 illiyinə həsr olunmuş təntənəli Plenar iclası keçirilib.


Avropa Şurasına üzv dövlətlərin Ədliyyə Nazirliklərinin və Ali Məhkəmələrinin, həmçinin mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin qatıldığı tədbirdə ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.
Nümayəndə heyətinə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi, tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı daxil edilib.


CEPEJ-in prezidenti, azərbaycanlı hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi Plenar iclasda Avropa məkanında məhkəmə sisteminin islahatı, bu sahədə yeni çağırışlar, ədalət mühakiməsinin həyata keçirilməsində elektron məhkəmə sisteminin və süni intellektin tətbiqi, hakimlərin seçimi və irəli çəkilməsində gender bərabərliyi, əlilliyi olan insanların ədalət mühakiməsinə çıxışı və digər aktual məsələlər müzakirə olunub, CEPEJ-in “Daha yaxşı ədalət naminə rəqəmsallaşma” 2022-2025-ci illər üçün Fəaliyyət Planının həyata keçirilməsinin konkret yolları barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimizin üzvləri tədbirdə çıxışlar edərək, CEPEJ-in 20 illiyi münasibətilə təbriklərini çatdıraraq CEPEJ ilə səmərəli əməkdaşlığı vurğulayıb, Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar və yeniliklər, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, Avropa Şurası ilə birgə “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsinin real nəticələri barədə məlumat veriblər.
Plenar iclasda Avropa məhkəmə sistemlərinin fəaliyyətinə dair hesabatların təqdimatı keçirilib, digər mühüm sənədlər qəbul olunub, eyni zamanda Avropa Şurasının gənclər arasında ədliyyə islahatları üzrə müsabiqəsinin nəticələri elan edilib.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...