image image

Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir

image

 

Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. İndiyədək 8 Forum keçirilib və bu tədbirlərdə yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan birinə çevrilib. Bu Forumda iştirak edən dövlətlərin, beynəlxalq təşkilatların nüfuzu, mötəbərliyi da bunu deməyə əsas verir. Mözvuların predmeti o qədər zəngindir ki, iştirakçıların hər biri onların daha təfərrüatlı öyrənilməsində və müzakirəsində yetərincə maraqlıdır. 
Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı çıxışında İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə edib. 
Bildiyimiz kimi, Azərbaycan bir il yarımdan artıq bir müddətdir ki, davamlı olaraq Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qfqazda dayanıqlı sülhün bərqərar olması üçün sülh çağırışları ilə çıxış edir. Əslində Vətən müharibəsində tarixi Qələbə qazanan və öz torpaqlarını işğaldan azad edən Azərbaycan bu addımı atmaqla Ermənistana böyük bir şans vermiş olur. Çünki tarixdən də məlumdur ki, müharibədən qalib çıxan ölkələrin sülh danışıqlarına başlamaq təklifi ilə çıxış etməsi son dərəcə nadir hallarda baş verir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məqamı vurğulayaraq bildirdi ki, Vətən müharibəsinin bitməsilə yaranmış yeni regional geosiyasi reallıqlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün unikal bir fürsətdir. Buna görə də təkcə özünün deyil, bütün region ölkələrinin rifahını düşünən Azərbaycan bu fürsətdən hamının maksimum yararlana bilməsi üçün bu addımları atır. Lakin atılan addımlar qarşılıqlı olmalıdır. Əgər Ermənistan hələ bir müddət də öz öhdəliklərinin icrasından yayınmağa, əsassız və yararsız təkliflər irəli sürməyə davam edərsə, bu zaman tarixi fürsət əldən qaçırıla bilər. 
Məlum olduğu kimi Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bu baxımdan Ermənistan üçün ən yaxşı variant ilk növbədə kommunikasiyaların açılmasını təmin etmək və bu əsasda Azərbaycanla münasibətləri normallaşdırmaqla yaranmış yeni regional reallılqlardan bəhrələnmək şansı əldə etmək ola bilər.
Bir sözlə, Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan birinə çevrilib. Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir.

 

Emin Ağayev,
Salyan rayon gənci, YAP fəalı



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...