image image

Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək

image

 

Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi  ilə diqqət mərkəzindədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir. 
9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Hətta bu Forumu nüfuzlu Davos və Münhen kimi Forumlarla da müqayisə edirlər. Bu gün Bakının ev sahinliyi etdiyi Qlobal Forum adlarını çəkdiyiniz platformalardan daha böyük sahələri əhatə edir. Daha dəqiq desək, Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır. Bu forumda Albaniya, Bolqarıstan, Gürcüstan və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edir. Eyni zamanda, bir sıra dövlət başçıları Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki, Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir.
Azərbaycanın bu forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. IX Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qloballaşan dünyanın mövcud problemlərinə, təhlükəsizlik və dünyanı gözləyən qida böhranı məsələlərinə xüsusi diqqət ayırıb. "Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək"- söyləyən cənab Prezident məsələlərə yeni yanaşmanın vacibliyini və zəruriliyini önə çəkib. 
Təhlükəsizlik məsələlərinin beynəlxalq gündəlikdə əsas məsələlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev hər bir ölkənin bu prosesə öz töhvəsini verməli olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, “Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”
Çıxışında cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı hazırkı vəziyyət barəsində məlumat verib və regionda kommunikasiyaların bərpasının, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundumental elementlərindən olduğunu bildirib. “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayıb və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” fikirlərini söyləyən ölkə başçısı Azərbaycanın müharibədə qalib gəldiyini, eyni zamanda işğaldan əziyyət çəkmiş ölkə kimi bunu tələb etməyə böyük mənəvi haqqı olduğunu bəyan edib.
Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələyə toxunan cənab Prezident bildirib ki, onların hüquq və azadlıqları Azərbaycanda yaşayan digər millətlər kimi dövlətimiz tərəfindən tam təmin ediləcəkdir.
Çıxışında Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrə də münasibət bildirib və bu qurumun fəaliyyətinin artıq tarixin arxivində qaldığını vurğulayıb. Bu qurumun həyata keçirməli olduğu işləri Azərbaycan özü həll edib və yalnız böş vədlər verən və lüzumsuz səfərlər edən bu beynəlxalq quruma artıq heç bir ehtiyac qalmayıb.
Bir sözlə, dünya düzəninin pozulduğu indiki vaxtda Bakıda keçirilən bu mötəbər tədbir böyük əhəmiyyət kəsb edir. Ən əsası, Azərbaycan qalib ölkə kimi beynəlxalq məsələləri gündəmə gətirir, üstəlik, onun həlli yollarını göstərir. Bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır.

 

Qadir Əzizov,
4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...