image image

Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir

image

 

Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasında son dərəcə maraqlıdır və bu istiqamətdə davamlı olaraq çalışmalar həyata keçirir. İyunun 16-da işə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezidentimiz bir çox digər vacib mövzularla yanaşı bu məsələyə də ətraflı münasibət bildirərək, Qafqazda regional təhlükəsizliklə bağlı ölkəmizin yanaşmalarını çox aydın şəkildə təqdim etdi. Tarixin səhifələrində müharibədə işğalçı dövlətə qalib gəlmiş, təcavüzkarı məğlub edərək öz ərazilərini azad etmiş qalib ölkənin sülh təklifi etməsinə çox nadir hallarda rast gəlinir. Lakin Azərbaycan bu addımı atır. Səbəb isə budur ki, dövlətimiz təkcə öz ölkəsinin ərazisində deyil, bütün Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq və inkişaf görmək istəyir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün artıq sülh və əməkdaşlıq yaratmaq vaxtıdır. Əgər Ermənistan hökuməti bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaq.           İkinci bir tərəfdən də Azərbaycan hər zaman olduğu kimi, təkcə öz xalqının deyil, həmçinin qonşu ölkə xalqlarının da rifahını düşünür. Rifah yüksəlişi üçün isə, aydındır ki, iqtisadi inkişaf lazımdır. Öz növbəsində iqtisadi inkişaf da yalnız sülh və sabitlik hökm sürən regionlarda gedir. Məhz buna görə, Azərbaycan son bir il yarım ərzində Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün ciddi çalışmalar həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iyunun 16-da baş tutmuş açılış mərasimində söylədiyi nitqində möhtərəm dövlət başçımız bu məsələyə də toxunaraq Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində davamlı olaraq addımlar atdığını vurğuladı. Lakin atılan addımlar qarşılıqlı olmalıdır. Əks halda heç bir müsbət nəticə əldə oluna bilməz. Azərbaycan tərəfindən sülh razılaşması üzrə komissiya artlq yaradılıb və eyni addım Ermənistan tərəfindən də atılan kimi danışıqlara başlanacaqdır.           Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması xüsusunda tutduğu mövqeyin haqlı və ədalətli olduğunu təsdiq edən məqamlardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə ehtimallarla bağlıdır. Məlum olduğu kimi, bu qurumun əsas vəzifəsi, daha dəqiq desək, ona verilən mandata görə əsas vəzifəsi Qarabağ münaqişəsinin həllinə yardım etmək olub. Lakin 28 il ərzində Minsk qrupu heç bir əməli iş görə bilmədi. Faktiki olaraq, bu qurumun fəaliyyəti münaqişənin dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmasının təmin olunmasına yönəlmişdi. Lakin Azərbaycan özü münaqişəni birdəfəlik həll etdi. Artıq Minsk qrupuna heç bir ehtiyac qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi artıq bir araya gələ bilməz və bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Buna görə də Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkələrdə hər hansı xatırlatma tamamilə yersizdir və bu, Azərbaycanda yalnız qıcıq doğurur.Birmənalı olaraq demək lazımdır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Məlum olduğu kimi, bu şərtlərdən biri Azərbaycanın əsas ərazilərini Naxçıvan Muxtar Respublikası ilə avtomobil və dəmir yolları ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bəyanatın imzalanmasından artıq bir il yarım vaxt keçsə də, Ermənistan hələ də bu nəqliyyat dəhlizinin açılmasını yubadır. Lakin bunun nəticəsi çox ağır ola bilər. Əgər Azərbaycan hətta qalib ölkə olaraq, imzalanmış Bəyanata əsasən üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirirsə, bundan məğlub Ermənistanın boyun qaçıra biləcəyini düşünmək belə gülüncdür. Ermənistan bu hərəkətləri ilə regional sülhə yeni təhdidlər yaradır. Lakin bu təhdidlər ilk növbədə Ermənistanın özü üçün böyük təhlükədir. Azərbaycan beynəlxalq Şərq-Qərb nəqliyyat layihəsinin vacib hissəsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə düşən işlərin böyük bir hissəsini artıq görüb. İndi növbə Ermənistanındır. Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın qəti və birmənalı mövqeyini Bakı Forumunun açılışında etdiyi çıxışında bir daha ortaya qoyaraq bildirdi ki, Zəngəzur dəhlizinin açılması regional sülhün zəruri şərtidir və bu məsələ ən qısa zamanda öz həllini tapacaq.

 

YAP Salyan rayon Təşkilatının fəal üzvü Emin Məlikov





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...