“Bakıdan hava yolu ilə gediş təkcə Türkiyəyə deyil, hər yerə bahadır. Biletlər Avropa ölkələrində Azərbaycandan ucuzdur. Orta Asiyada, elə Türkmənistanda qəpik-quruşdur... Gülünc səslənir ki, İrəvandan Türkiyəyə biletin ucuz olması guya ermənilərin ölkələrini boşaltmağa şəraitlə bağlıdır. Yaxşı, onda biz də hava, avtomobil, dəmir yollarını qapadaq ki, kimsə ölkəni tərk etməsin... Bu iddia məntiqsizdir axı. AZAL-ın və digər qurumların timsalında görürük ki, pul qazanmağın, insanları soymağın müxtəlif yollarını kəşf etməklə məşğuldurlar. Hər sahədə qiymətləri artırırlar”.
Bunun Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
“Xalqı “qara camaat” hesab elə, soy... Nə etsinlər?! Hər yer də bağlıdır. “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov deyəndə ki metro dədəmdən qalıb, gülürdük. Meşəyə də, dənizə də girəndə pul tələb edirlər. Guya Allaha inanırlar, amma belə deyil, Allahları puldur. Niyyətləri xeyirxahlıq deyil, pul qazanmaqdır. Sərhədləri də bağlayıblar, insanlar gediş-gəliş edə bilmir. “Uşaqpulu” tələb edirsən, az qala adamın gözünü çıxaralar, başına oyun gətirələr. Deyirsən, necə olur, xalqa verdiyin Avropadakından 10 dəfə aşağıdır, amma aldığın Avropaya uyğundur... Cavab verən, sayan yoxdur. Nə qədər gücüm-qüvvəm var, deyəcəm, ifşa edəcəyəm. Belə deyəndə də vətəndaşların bəziləri bildirirlər ki, öyrədiblər, xalqı sakit etmək üçündür. Başa düşə bilmirəm, nə etməliyik ki?! Vicdanımız var, məsuliyyət daşıyırıq. Məmurlara səslənirəm, işinizi vicdanla görün, xalqı incitməyin. Sovet dövründə dəfələrlə demişəm ki, məhkəməyə kasıb adamları verməyin, nəyi var ki?! “Raypo”nun (rayon istehlak cəmiyyəti) sədri 100 dəfə artıq “yeyirdi”, məhkəməyə vermirdilər, amma mağazada işləyəni məsuliyyətə cəlb edirdilər. Hələ o zamanlar buna qarşı mübarizə aparmışam. Bu, dövləti, xalqın inamını sarsıdır. Bu məsələrin köklü həlli konstitusion, iqtisadi və hüquqi islahatlardan keçir. Görünür, bunun üçün da referendum lazımdır” – T.Kərimli qeyd edib.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...