image image

Bakı və Ankaranın yeni dünya düzənindəki ciddi aktor rolu - ŞƏRH

image

 

“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında “Bir millət, iki dövlət” şüarının məntiqi nəticəsinə uyğun olaraq imzalanan çoxşaxəli müttəfiqliyin rəmzidir.

 

Bəyannamənin imzalanması, müttəfiqlik münasibətlərimizin qeyri-rəsmi formadan rəsmi forma almasını  təsdiqlədi. Biz artıq sənədin imzalanmasında keçən bir il müddətində bunun şahidi olmaqdayıq”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, tarix boyu Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə olub, amma Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlər ən yüksək zirvəsinə yüksəlmiş oldu. 

“Müttəfiqlik əlaqələri çox geniş spektri özündə ehtiva edir. Bu sənəd eyni zamanda  Azərbaycan və Türkiyənin 44 günlük müharibədən sonra, eyni zamanda  dünyanın, o cümlədən Avrasiya coğrafiyasında  yeni düzənin formalaşdığı zamanda dünyaya verilən ciddi bir mesaj idi.  Verilən bu mesaj dünya birliyi tərəfindən müsbət qarşılanıb  və iki qardaş ölkənin yaratdığı reallıq qəbul edilib, dəsdəklənir. Məhz  bunun nəticədir ki,  iki qardaş ölkə yeni dünya düzənində, xüsusən də Avrasiya coğrafiyasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasında  və onun təmin olunmasında ciddi aktor rolunu oynamaqdadır”- deputat qeyd edib.

Deputat əlavə edib ki, Bakı-Ankara müttəfiqliyi təkcə Qafqaz bölgəsində deyil, o cümlədən Qərblə Şərq,  hətta Avrasiya ilə Afrika arasında sıx və etirbarlı bir əməkdaşlıq platformasının yaradılmasında çox yaxşı perspektivlərə malikdir: “Bu müttəfiqlik münasibətləri əməkdaşlıq platformasının formalaşmasına töhfəsini  verməklə yanaşı, Avrasiya coğrafiyasında sabitliyin  və inkişafin təmin olunmasına  xidmət edəcək.  Nəticədə  iki ölkənin mövqeyi və nüfuzu beynəlxalq aləmdə  möhkəmlənərək artacaq. Qarşıya qoyulan bütün hədəflərə nail olunacaq”.

O bildirib ki,  44 günlük müharibədən sonra iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətləri bütün sahələrdə real şəkildə həyata keçirilməkdədir: “Bu istər  işğaldan azad olunmuş toralqların  yenidən bərpa  olunub, inkişafa nail olunması, istər  hərbi quruculuq sahəsi, istər siyasi, istər beynəlxalq münasibətlər sistemində, istər enerji, istər iqtisadi, istər nəqliyyat, kommunikasiya, tarnzit yükdaşıma, istər  təhlükəsizlik  və sair sahələrdə özünü göstərir.

Ordu  və hərbi sahədəki əməkdşalıq nəticəsində Azərbaycan ordusunun daha da güclənməsi və döyüş qabiliyyəti yüksək olması məqsədi ilə tamamilə yeni qaydalara uyğun şəkildə formalaşdırılır. Bu məqsədlə komando tipli çevik ordu qruplaşmaları yaradılır. Hərbi-texniki sahədə də əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Elə mayın sonunda Bakıda təşkil edilən TEKNOFEST, davamlı birgə hərbi əməliyyatlar bunun bariz nümunəsidir.

Bu mütəfiqlik sənədi bütövlükdə bütün Cənubi Qafqaz ökələrinin  enerji, nəqliyyat, logistik bir qovşağa çevrilməsində müstəsna rola malik olacaq və bölgədə sülhün, sabitliyin, sıx inteqrasiyanın yaranmasına gətirib çıxaracaq ki, bu da hamımızın marağındadır.  Bu müttəfiqliyin nəticəsi olaraq Azərbaycan qarşısında duran hədəflərə, o cümlədən xalqımızın rifah halının təmin edilməsi ilə bağlı bütün planları reallaşacaq.

Xüsusən də Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan dünyadakı geosiyasi mövqeyini möhkələdəcək. Bu layihənin reallaşması isə xalqımıza təkcə sülh və sabitlik deyil, eyni zamanda firəvan bir həyat vəd edir. Əminəm ki, bütün bunlar ən qısa zamanda reallaşacaq və biz bunun şahidi olacağıq. Bununla da Cənubi Qafqaz  Qərblə Şərq arasında  hərtərəfli çox sıx və etibarlı qovşaq rolunu oynayan bölgəyə çevriləcək. Və bundan bütün bölgə ölkələri və xalqları faydalanacaq”.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...