image image

Ukrayna MN son sutkanın məlumatını yayıb

image

 

“Rusiya ordusunun ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur. Volın, Polissya və Siverski istiqamətlərində əhəmiyyətli dəyişiklik yoxdur”.

Bu, Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, qarşı tərəf radiokanalları boğmaq üçün elektron döyüş sistemlərindən istifadə edir: “Qarşı tərəf qoşunlarımızın Ukraynanın dövlət sərhədinə doğru daha da irəliləməsinin qarşısını almağa çalışır. Donetsk istiqamətində isə onların əsas səyləri Rubijne şəhərinə tam nəzarəti təmin etməyə, Liman və Severodonetsk yaşayış məntəqələrini ələ keçirməyə yönəlib. Rusiya Silahlı Qüvvələri Liman, Severodonetsk, Baxmut, Avdiyev və Kuraxiv ərazilərinə hücumları dayandırmır. Mariupol şəhərində düşmən “Azovstal” zavodunun yanındakı bölmələrimizin qarşısını kəsir. Artilleriya və tank atəşinin dəstəyi ilə hücum əməliyyatları həyata keçirilir. Raket və bomba zərbələri endirir. Nikolayev istiqamətində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərinə hücumları davam etdirir. Krivoy Roq istiqamətində qoşunlarımızın artilleriya bölmələri atəşə tutulub”.

Qeyd olunub ki, Tavriya istiqamətində Rusiya Silahlı Qüvvələrinin mövqelərinin mühəndis avadanlıqları təkmilləşdirilir, ehtiyatlar artırılır: “Qarşı tərəf raket və bomba zərbələri ilə yaşayış məntəqələrini atəşə tutur, Ukraynanın mülki infrastukturunu məhv edir. Rusiya Silahlı Qüvvələrinin davamlı atəşi mülki əhalinin və yaralıların müharibə zonasından tam təxliyəsinə imkan vermir”

Ukrayna Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, ötən gün Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya aid “Orlan-10” tipli 4 PUA-nı məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarının briqadalarından biri 1 Mi-24 helikopterini vurub. Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin 12 hücumunun qarşısını alıb. Həmçinin son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 12 tankı, 4 artilleriya sistemi, 19 zirehli döyüş maşını, 7 avtomobil və 2 xüsusi mühəndis texnikası məhv edilib.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...