image image

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir

image

 

Əgər biz  hər hansı bir ölkənin  keçdiyi yola nəzər salsaq görərik ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqın taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çox şaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir.
Bilirsiniz, əgər biz məsələyə ümumi Azərbaycançılıq məfkurəsindən baxsaq, deyə bilərik ki, hər iki dövrdə onun bir amalı olub, Azərbaycanı güclü dövlət etmək, insanların rifahını yaxşılaşdırmaq,  milli-mənəvi, tarixi dəyərləri yaşatmaq idi. İctimai-siyasi nöqteyi-nəzərdən təhlil arasaq, əlbəttə ki, yaranmış vəziyyət fərqli yanaşma tələb edirdi. Ancaq bütövlükdə biz bunu bütöv bir proses kimi izah edə bilərik. Çünki o dövrdə güclü fundament qoyulmasaydı, bu gün bir çox  uğurlara nail olmazdıq. Ümumiyyətlə, sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir. İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas  olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı.  Bu isə  müstəqil dövlət qurmaq üçün mühüm amil idi.   O, həmişə bir prinsipi əsas götürürdü:”  Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması  üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi. Mən bunu həm də atam Kamran Hüseynovdan da eşitmişdim. Şəxsən Ulu Öndərin tapşırığı ilə bu layihələr həyata keçirilirdi, bütün çətinliklərlə şəxsən  özü maraqlanırdı.  Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada əsas  məqam Azərbaycanı tanıtmaq idi. Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın  azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Bu gün onun ruhu şaddır, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Özü qədər inandığı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni faşizmini məhv etdi. Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda, regionda deyil, dünyada yeni reallığı yaratmışdır. Ölkəmizin gündən –günə artan nüfuzu bunu bir daha sübut edir.
  Ulu Öndər Azərbaycanı hansı vəziyyətdən hansı inkişaf halına gətirib çıxardı. Bir tərəfdən Ermənistan torpaqlarımızı işğal edib, doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünləri yerləşdirmək, onların   bütün  problemlərinin həll edilməsinə nail olmaq,   digər tərəfdən ölkə vətəndaş müharibəsi həddindədir, iqtisadiyyat çöküb, sərmayə qoyulmur, siyasi münasibətlər xaotikdir. Bütün bu gərgin dövrdə Ulu Öndərin ən böyük xidmətlərindən biri 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Atəşkəs imkan verdi ki, Azərbaycan iqtisadiyyatını qura bilsin, ordusunu qursun, dövlətin demokratik və hüquqi əsasları yaradılsın.  Bu isə heç də asan deyildi. Lakin Heydər Əliyev dühası bütün bu çətinliklərin öhdəsindən gələ bildi. O hər zaman inanırdı ki, Azərbaycan inkişaf edəcək, müstəqil dövlət olacaq, Qarabağ və Şərqi Zəngəzur mütləq işğaldan azad ediləcək. O təkcə inanmırdı, bu arzuların reallaşması üçün mübarizə aparırdı və xalqının inandırırdı ki, mütləq biz öz istəyimizə nail olacağıq.
 Böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.İqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. 
    -  O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir və bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: “... Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”. Ulu öndərin bu gün də yaşamaqda olan ideya-siyasi varlığına öz münasibətimizi təkcə iftixar hissi keçirməklə deyil, həm də bu ideya dünyasını öyrənmək, tədqiq etmək və həyata keçirməklə ifadə etməliyik. Əsas məsələ bu ideyalara sahib çıxan yeni nəslin yetişdirilməsidir. 
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimiz ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək, deyirdi ki: “Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailədə ananın rolunu yüksək qiymətləndirirdi: “...hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri yerinə yetirməklə, ulu öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. 
 İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet  xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın  məsələlərinin  inkişafına təkan verdi. 
 Zaman keçdikcə biz  bir daha  görürük ki,  sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

 

Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəal gənci Daşqın Cəbiyev



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...