image image

Azərbaycanın quruculuq salnaməsinin memarı - Heydər Əliyev dühası

image

 

Doğma Azərbaycanı, xalqı üçün yaşamış, yaratmış, əlindən gələni əsirgəməyən, Ulu Öndərimiz, ümummilli liderimiz, əvəzedilməz sərkərdəmiz Heydər Əlirza oğlu Əliyevdir. Tann bu dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etməklə düçar olduğu dərmansız dərdinin dərmanını yetirdi. 1923-cü il mayın 10-u... Azadlıq mücahidi məhz bu tarixdə dünyaya göz açıb...
Onun ömür yolu sadə bir ailədən başladı, lakin vəzifə, qayğılar artdıqca böyüdü, uzandı, insanları öz qoynunda gələcəyə, qələbəyə aparmağa başladı. Elə buna görədir ki, Ulu öndərimiz yalnız tariximizdə deyil, eyni zamanda hər birimizin qəlbində öz silinməz izini qoyub getmişdir. O, şərəfli ömrü ilə XX əsr Azərbaycan tarixinə vətənpərvərlik, vətənsevərlik, azərbaycançılıq kimi milli və bəşəri dəyərləri bəxş etdi.
 İlk əvvəl fəaliyyətə müəllim kimi başlayan Ulu Öndərimiz hələ Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən Vətəninin təhlükəsizliyini təmin etdi.1969-1982-ci illər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, onun keçdiyi yollar qayğılı, keşməkeşli, məsuliyyətli bir yol olmuşdur. O, həyatı, canı, qanı bahasına ölkəmizi düşdüyü çirkabdan, dərin quyudan, məngənə altından xilas etdi. Onun hakimiyyətdə olduğu on üç il ərzində Azərbaycan Respublikası çiçəklənən bir diyara çevrildi. O, harada yaşamasından asılı olmayaraq, vətənlə sevindi, vətənlə kədərləndi. Moskvada yaşadığı ömür səhifəsinə də Azərbaycan adlı sevgisini əlavə etdi. Gecəni, gündüzü onunla yaşadı, onun uğrunda çarpışdı.Lakin tariximizə qanla yazılmış faciələr bir-birini əvəz etdikcə Ulu Öndərimiz bu hadisələre biganə qala bilmədi.Torpaqlarımızın işğalı, yuxarıda oturan bəzi savadsız rəhbərlərin «kreslo» davaları ölkəmizi uçuruma aparırdı. Belə bir vaxtda xalqın görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevə çox böyük ehtiyacı var idi. Elə buna görə də xalqın istəyi, xahişi, arzusu, təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Onu vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etdi. Onu yenidən dirçəltdi, düçar olduğu bəlalardan qurtardı. Bir kəlmə dilimizdə şüara çevrildi: Heydər - xalq, xalq - Heydər.
       Ulu öndərimiz rəhbər - xalq birliyini dünyaya sübut etdi. 1993-2003-cü illər Azərbaycanın yenidən dirçəldiyi, müstəqillik qazandığı illər Heydər Əliyev ömrünün qızıl salnaməsidir. Bunu bizə Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ölkə parlamentinin başçısı seçilərkən dediyi sözlər də sübut edir: «Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəs şübhə etməsin ki, bundan sonra harada olursa olsun, ömrümün qalan hissəsini Azərbaycan Respublikasının müstəqilliyini inkişaf etdirməyə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir».

Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu özündən  sonra davam etdirə biləcək siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim  taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram  və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla  davam etdirir.Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Və bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlara aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi anadan olmasının 99-cu ildönümü ilə əlaqədar hörmətlə və minnətdarlıqla anırıq.
Ruhun şad olsun ÖNDƏRİM!!!

 

Aygül Bağırova 
AJB üzvü
YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...