image image

Yaşamağa dəyən ziyalı ömrü Müdriklik yaşı 65 yaşın zirvəsində - Yubiley yazısı

image

 

Bir gün Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən?". Filosof tərəddüd etmədən cavab verir: "İnsaniyyətliyi".
 
Həqiqətən, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azı ətrafdakılara yaxşılıq etmək, qayğı, xeyirxahlıq, mərhəmətlik göstərmək və digər yüksək keyfiyyətlərə sahib olasan.
Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır.Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü (missiyanı) qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açılan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol alır... Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tutiya ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını daşımalı olduğunun da fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda büruzə verir.

Bu yazını yazmaq üçün bu tarixi xeyli müddətdir gözləyirdim. Nəhayət, mayın 9-u günü gəlib çatdı və uzun müddət apardığım müşahidələrimə görə, bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına can-başla xidmət edən şəxsiyyətlərdən öndə olanı,böyük hörmət bəslədiyim Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti dəyərli professor Nüsrət Məmmədovu  təbrik etmək  bir dost kimi yenə də mənə qismət oldu.Özü də mənim üçün xüsusi önəm daşıyan 65 illik yubileyi ərəfəsində...
Nüsrət Məmmədov haqqında qisada olsa məlumat vermək istəyərdim.
Nüsrət Məmmədov 1957-ci ildə Şəki rayonunda anadan olub.1980-ci ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki Pedaqoji İnstitutun Filologiya fakültəsinə qəbul olub. Daha sonra 1990-cı ildə Qırğızıstan Dövlət Universitetinin Hüquq fakültəsində təkrar ali təhsilini davam etdirib.Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrində gostərdiyi xidmətlərə gorə, Nüsrət Məmmədov Çingiz Aytmatov adına Akademiyanın həqiqi uzvu seçilib, Qırğızıstanın ən yaxşı mədəniyyət işçisi medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə, "Tərəqqi” medalı ilə təltif olunub.
Rəhbərlik etdiyi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu 2005-ci ildən Bişkekdə rəsmi şəkildə fəaliyyətə başlayıb. Fondun fəaliyyətinin əsas istiqaməti türkdilli dövlətlərin liderlərinin müxtəlif ölkələrdə geniş təbliğatını təşkil etmək, xalqlarımız arasında birlik və əlaqələrin formalaşmasında dahi siyasətcilərin rolunu daha geniş auditoriyaya çatdırmaqdır. Fond bu günə qədər gerçəkləşdirdiyi tədbirlər həm rəsmi, həm də ictimai dairələrdə böyük maraqla qarşılanıb.
Нусрет Мамедов ölkənin hüdudlarında genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da onun özəlliklərə qadir olduğunun aydın göstəricisidir.
Düşünürəm ki, professorun irimiqyaslı fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri -  layihələri, proqramları bir məqalədə nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. 
Nüsrət müəllim hər zaman qeyd edir ki,rəhbərlik etdiyi fondun əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ulu öndərimizin irsini, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini təbliğ etməkdir: "Bu istiqamətlərdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq indiyə qədər 150 kitab nəşr etdirib pulsuz yayib. Qürur hissi ilə qeyd edirəm ki, müəllifi olduğum "Qalib Sərkərdə" adlı kitabda bu kitablar sırasında yer alir.Çox mühüm bir tarixi məqama da toxunmaq istəyirəm. Belə ki, 2008 ci ildə Dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun, 2009-cu ildə isə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini məhz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu təşkil etmiş və Cənab Prezident S tərəfindən qəbul edilərək xoş təəsüratlarla yadda qalmışdı.Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmaqdan, təbliğ etmək, bu sahədə görüləsi işlərə yeni və maraqlı aspektdən diqqət yetirərək onlari bir neçə dilə tərcümə etmək onun həyat amalına çevrilib. Biz sadəcə ölkədən uzaqda, xalqın xidmətində dayanaraq ona böyük  məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Əslində bu cəsarət  milli dəyərlərə yeni ənənələr qazandıran, xalqa xidmət edən şəxsiyyətə sonsuz sayğılarımızı bildirmək istəyimizdən irəli gəlir. Xalq el üçün yanan, millətin balalarından yana, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona ehtiramını bildirir. Nüsrət Məmmədov xaricdə böyük mənada xalqın elçisidir. Təbii ki, Onun işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq Onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Necə böyük ürəyə sahib olasan ki, Tanrının sənə həvalə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, mərdanə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq vətən və xalq üçün çalışmaların yeni yollarını arayasan...      
Onun xeyirxahlığı vətənin sərhədlərini aşib.Bax, bu keyfiyyətlərdə onun dünya adlı böyük vətəndə tanınmasına, sevilməsinə, adının ehtiramla çəkilməsinə səbəb oldu.Ölkədə olmasada Nüsrət müəllim vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə malik olan, qəlbində vətən, xalq sevgisi çağlayan və bu yolda ömür əridən tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə ləyaqətli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş insan kimi sevilən bir Azərbaycan vətəndaşıdır!!!
Dəyərli Professor Nüsrət müəllim!
Məncə, həyat o vaxt qiymətli olur ki, onu insan kimi şərəflə, namusla, vicdanla, qeyrətlə, alnıaçıq, üzüağ yaşayırsan. Bizə bəxş edilən əmanət ömrə xəyanət etmədən yaşamaq, son nəfəsini verdiyi anda geriyə baxarkən təəssüflənməməkdir.Siz bu sadalanan bütün insani keyfiyyətləri 65 illik şərəfli ömür yolunda həyat adlı kitabınıza həkk etmisiz.Buna isə tükənməyən enerjiniz, milli-mənəvi dəyərlərə məhəbbətiniz, dərin zəkanız, Vətən, millət, dövlət sevginiz təkan verib.Qənaətim budur ki, yaxşı insan olmadan həyatda yaxşı heç nə yaratmaq olmaz.Mən dəfələrlə bu ümdə keyfiyyətləri sizin şəxsinizdə duyub hiss etmiş, yaxşı mənada sizə qibtə ilə baxıb fəxarət hissi yaşamışam.
Əziz,səmimi, sadə, xeyirxah insan Nüsrət müəllim! 
65 illik ömrü nağıl kimi oxunan insan! Əgər bu yaz günlərində göylərdən sizə bir ovuc yaz yağışı çilənsə, bilin ki, bu Azərbaycanda sizi tanıyan, xatırlayan, sevən insanların alqış,minnətdarlıq duasıdır. Bu yazı sizin məhz bu may günlərdə 65 illik həyat yolunuza minnətdarlıq alqışıdır... Onların arasında və ən başında da mən də varam!
Sizi ömrününüz kamil çağı, 65 illik yubiley münasibətilə ürəkdən təbrik edərək möhkəm cansağlığı, məsuliyyətli elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirəm.Şərəfli ömür sahibi, sizə dərin hörmətlə daha böyük təmtəraqlı yubileylər görmək arzumu çatdırıram...

 

Aygül Bağırova 
AJB üzvü





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...