image image

Deputat: "Avropada eynicinslilərin nikahı var, biz onu da götürməli deyilik ki…"

image

 

“Azərbaycan xalqının özünəməxsus mənəvi adət-ənənələri var. 

 

Bunlar çox qiymətlidir. Azərbaycanda bu kimi halların şəbəkələnməsi, yaradılmasının qəti əleyhinəyəm. Belə şey heç vaxt mümkün ola bilməz. Gələcəkdə, uzaq olsun, bu yaxın qohum evliliklərinə gətirib çıxara bilər. Bu Azərbaycan xalqının mental dəyərlərinə uyğun deyil”.

 

Bunu Pravda.aza açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda sperma bankının yaradılmasının mümkünlüyü məsələsini şərh edərkən bildirib.

 

Deputat qeyd edib ki, əgər qanunvericlikdə xüsusi dəyişiklik olmazsa, bunu yaratmaq düzgün deyil: “Yalnız parlamentdə qəbul ediləcək qanun vasitəsilə belə halın yaranması mümkün olar. Əgər kimsə qanuna zidd şəkildə səhiyyədə belə bir sistem yaradıbsa, bunu özbaşnalıq hesab edirəm. Qanunvericilik qaydasında da bunun yaradılmasının tam əleyhinəyəm.  Parlamentdə belə bir məsələ müzakirə olunsa birmənalı şəkildə əleyhinə çıxış edəcəm və deputat yoldaşlarıma da bildirəcəm ki, Azərbaycan xalqının milli dəyərlərinə uyğun olmayan bu kimi məsələlər gündəmə gəlməsin.”
Tahir Kərimli, həmçinin Qərb dövlətlərinin bu məsələyə olan yanaşmasına fikir bildirib. “Eşitdiyimə görə, hətta bəzi islam dövlətlərində də belə hallar müşahidə edilir. Bizdə belə bir şeyin olması qəti mümkün deyil. Ümumiyyətlə, belə şeylər cəmiyyətimiz üçün gərəksiz və lazımsızdır. Avropaya baxanda, iraq olsun, eynicinslilərin nikahı da var orda, biz indi onu da götürməli deyilik ki. Avropanın müsbət dəyərlərini, elmini götürək, belə şeyləri yox. Bildiyimə görə, hətta bəzi Qərb dövlətlərinin özündə belə bu kimi şeylərə qadağa var. Labaratoriya şəraitində bu kimi təcrübələrin aparılması, insanın genetik modifikasiyası, yaxud klonlaşma bir sıra dövlətlərdə birmənalı olaraq qadağandır. Azərbaycan üçün isə bu məsələ. ümumiyyətlə, qəbuledilməzdir.”

 

Kanal4.az

Emin Xudiyev.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...