image image

Türkiyənin qlobal gücə çevrilməsi təqdirəlayiqdir - DEPUTAT ŞƏRH ETDİ

image

 

"Dünən bütün dünyanın gözü məhz İstanbulda idi. Baş verən prosesin mahiyyəti ondan ibarətdir ki, bir-biri ilə eyni kökə, dilə, etiqada malik iki dövlətin arasında baş verən müharibədə sülhün əldə olunması üçün etibarlı yer məhz Türkiyə seçilmişdi".

Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bu, əlbəttə ki, bütün türk dünyasının sevincidir: "Çünki Türkiyə bu gün dünyanın sülh mərkəzi olduğunu artıq sübut edib. Heç də təsadüfi deyil ki, həm Rusiya, həm də Ukrayna tərəfi məhz Türkiyənin vasitəçiliyini ilk gündən önə çəkiblər. Türkiyə artıq son illərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın sülhün, ədalətin çarcısı olan bir mərkəzə çevrilib. Təbii ki, 21-ci əsrdə belə müharibələrin olmasını heç birimiz təsəvvürümüzə gətirmirdik. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə 21-ci əsr hərb tarixinə yeni hibrid, ədalətli müharibənin aparmağın yolunu göstərdi. Qardaş Türkiyə ilə yanaşı Azərbaycanın da Rusiya ilə Ukrayna arasında baş verən müharibədə sərgilədiyi mövqe dünya dövlətlərinin diqqət mərkəzindədir.

Çünki birtərəfli mövqe tutaraq bizim üçün strateji müttəfiq olan Rusiya, həmçinin dost olan Ukraynanın sülhə nail olması nəinki regionun, eləcə də dünyanın bir nömrəli məsələsidir. Bu gün qardaş Türkiyənin regionun deyil, artıq qlobal gücə çevrilməsi təqdirəlayiqdir. Rusiya-Ukrayna arasında baş verən müharibənin İstanbulda nümayəndə heyətlərinin görüşməsi həlledici məqamları özündə ehtiva etdi. İlk növbədə Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Rusiyaya yazılı təklif verib. Bu, olduqca böyük irəliləyişdir. Eyni zamanda Kiyev, Krımın hərbi yolla geri qaytarılmasından imtina edilmişdir. Hesab edirəm ki, bu təkliflər Rusiya tərəfinin görmək istədiyi təkliflərdir".

 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...