image image

Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən arıçılıq sərgisində iştirak edib

image

 

Türkiyə Respublikasının İstanbul şəhərində “IX Türkiyə Arıçılıq Sərgisi” və Antalya şəhərində “XIV Şəcərə, ilkin şəcərə və döl kampaniyasının idarə edilməsi - illik layihə qiymətləndirmə və təlim” toplantısı keçirilib.

 

Haliç Konqress Mərkəzində keçirilən “IX Türkiyə Arıçılıq Sərgisi”ndə dünyanın müxtəlif ölkələrindən arıçılar və mütəxəssislər iştirak edib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) direktoru Mahir Hacıyev təmsil ediblər. Arıçılıq Ləvazimatları və Arı məhsulları Sənayeçiləri Birliyinin (“ARMASAD) təşkilatçılığı ilə həyata keçirilən sərgidə arı xəstəliklərinə qarşı yeni nəsil dərman preparatları və onların tətbiqi, qışlama dövrü üçün yemlər, sənaye arıçılığının inkişafı və təşkili üçün arıçılıq avadanlıqları və ləvazimatları, bal süzümü və qablaşırılması, markalanması üzrə müasir texnologiyalar, probiotiklər və onlardan istifadə qaydaları, keyk  və proteinlər, apiterapiya və gigiyena üçün hazırlanmış arı məhsulları, qida məqsədilə arı məhsullarından hazırlanmış şirniyyatlar nümayiş olunub.  

 

Sərgi çərçivəsində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi, TİKA-nın Turkiyə ofisinin nümayəndələri, “ARMASAD”ın İdarə Heyətinin üzvləri, “Benka” təşkilatının rəhbəri ilə görüşlər keşirilib. İki ölkənin Arıçılar Assosiasiyaları  və birliklərinin iştirakı ilə dəyirmi masa təşkil edilib, arıçılar arasında birliyinin yaradılması, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Nümayəndə heyəti Antalyanın Kəmər əyalətində keçirilən “XIV Şəcərə, ilkin şəcərə və döl kampaniyasının idarə edilməsi - illik layihə qiymətləndirmə və təlim” toplantısında da iştirak edib. Türkiyənin 81 əyalətindən nümayəndələrin iştirak etdiyi tədbir çərçivəsində nümayəndə heyəti Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri,  Damazlıq İribuynuzlu Yetişdiriciləri Mərkəz Birliyinin rəhbər, üzv və nümayəndələri ilə görüşlər keçirib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti son illər ölkəmizdə heyvandarlıq sektorunda görülmüş işlər, yeni yaradılmış laboratoriyalar və seleksiya-damqazlıq işləri ilə bağlı təqdimatla çıxış ediblər. Görüşlərdə Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, damazlıq işinin heyvandarlıqda əhəmiyyəti, damazlıq heyvanların yetişdirilməsi sahəsində təcrübə mübadiləsi, damazlıq heyvanların elektron məlumat bazasının Azərbaycanda yaradılması imkanları barədə müzakirələr aparılıb. 

 

Kanal4.az

Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən arıçılıq sərgisində iştirak edib Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən arıçılıq sərgisində iştirak edib Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən arıçılıq sərgisində iştirak edib





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...