image image

Suriya Türkleri ..Dünya Azərbaycan Türklərinin Həmrəyliyi Günü təbrik edir

image

 

Əziz soydaşlar, dəyərli həmvətənlər!
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq və təbrik ədərik biz Suriya Hələb Türkləri .

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. 

2001Bakıda Dünya Azərbaycan Türklerinin I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !” 

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

 

Bunu Kanal4.az-a açıqlamasında,Suriya Türkmən Təbiblər Birliyinin sədri Fatih Beydili bildirib.

 

Dünya Azərbaycan Türkləri, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycan Türkləri Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. 
Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Can ata vətən Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Ümummilli Liderimiz Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycan Türkləri Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. 

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. 
Qədim və zəngin tarixə malik olan Azərbaycan Türkləri dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. 

Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, bunlar Yaxın Şərqdə On milyona yaxın insan bu ölkələrdədir Suriya, İraq, Misir, İordaniya, Livan,və Güney Azərbaycanda Qırx milyon yaşayır və bundan başqa Avropada və Mərkəzi Asiya ölkələrində qlobal diaspora içərisində yaşayır və işləyir, fəaliyyət göstərir ,can ata vətən Azərbaycan Türklərinin,  tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər . Türk millətinin stratejik ağlına,hafizəsinə ləyaqətinə ucalığına böyüklüyünə inananların, can ata vətən Azərbaycan'ı böyük sevənlərin , bir vətən Bütöv  Azərbaycan vətən anlayışı və idealını mənimsəyənlərin birlik və gələcəyə dair güclü duruşlarının günüdür 60 milyondan çox Dünya Azərbaycan Türklərinin günüdür 31 dekabr .

Artıq  Azərbaycan Türkləri yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Can ata vətən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. 

Buna baxmayaraq, Dünya Azərbaycan Türklərinin milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren can ata vətən Azərbaycan Respublikasıdır . Dünya Azərbaycan Türkləri birliyi və həmrəyliyi ideyasının əsasını da məhz can ata vətən Azərbaycan dövlətçiliyinə, xalqımızın türk  dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

"Dünya Azərbaycan Türklərini  birləşdirən Ulu Öndər Heydər Əliyev" 
Ulu Öndər deyirdi:”İnsan hansı ölkədə yaşamasından aslı olmayaraq,gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var.İnsanlar- mən azərbaycanlılar haqqında danışıram- gərək yaşadıqları ölkədə, yenə deyirəm,o şəraiti mənimsiyərək,orada özləri üçün yaxşı mövqelər tutsunlar.
Ancaq daim öz milli-mənəvi dəyərlərinə,milli köklərinə sadiq olsunlar.

Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır,azərbaycançılıqdır”Azərbaycan xalqı həmişə özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlaya bilmişdir. 

Hal-hazırda milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və buda öz növbəsində bir daha təsdiq edir ki, Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gündə bu ideologiyaya sadiqdir. 

Xüsusilə qeyd etmək olar ki, müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilmişdi ki, bunun öhdəsindən də məhz Ümummilli Lider Heydər Əliyev layiqincə gəldi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanı, Azərbaycançılıq ideologiyasını yaratdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması ,onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması ,onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur.

Illər keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək ,soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq ,diasporlararası əlaqələri genişləndirmək ,onların mədəni-siyasi hüquqlarını müdafiə etmək məqsədindən ibarətdir. 

Biz Hələb və Bayır Bucak türkləri olarak özümüzü dünya türklərinin ayrılmaz hissəsi hesab edirik. Xüsusən əcdadlarımızın yurdu və vətəni can Azərbaycan bizimdə yurdumuzdur. Biz əcdadlarımız  Səlcuqlu atabəy (əmir) İmadəddin Zənginin nəvələri, və şəhid İmadəddin Nəsiminin nəvələriyik .

Suriya türkləri 1000 ildən artıqdır ki, bu ölkədə yaşayır və onların sayı təqribən 3,5 milyon nəfərdir.Onlar öz mədəni, dil və tarixi irsini, adət-ənənələrini qoruyub saxlayırlar. Suriya türkləri atalarının vətəni olan can Azərbaycanı və Türkmənistan və Türkiyə həmişə sevirlər.
Biz Suriya türkləri olarak Dünya Azərbaycan Türkləri Həmrəyliyi birliyinə daxil olmaq istəyirik ki çünki biz can Azərbaycan türklərinin ayrılmaz bir parçasıyıq və belə də qalacağıq.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycan Türklərinin həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Can ata vətən Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq! 

 

Hörmətlə,

Dr. Muxtar Fatih BEYDİLİ
Suriya Türkmən Təbiblər Birliyinin sədri

İzmir Türkiyə

 

Kanal4.az



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...