image

"Bu, Ermənistanın ruhu zəhərlənmiş bir toplum olduğunu bir daha ortalığa qoyur..."

image

 

“Ermənistan cəmiyyəti Azərbaycanla barışıq haqda düşünmür, əksinə buna pis baxırlar...”
 
“Əslində Ermənistan məxsus olduğu anti-insani keyfiyyətləri özünə daşımaqda davam edir. Əgər o normal bir dövlət olsaydı, həqiqətən Azərbaycanla xüsusi olaraq qonşuluq münasibətlərini normallaşdırmağa və gələcəkdə bu münasibətlərin inkişafında maraqlı olsaydı, elə özü hər hansı bir təzyiq olmadan mina xəritələrini Azərbaycana verməli idi. Görünən budur ki, Ermənistan həqiqətən faşist düşüncəli əməllərindən hələ də əl çəkməyib və heç ümid də etmirəm ki, gələcəkdə bu cür vəhşi və barbar kefiyyətlərindən onlar imtina etsinlər”
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistanın Azərbaycana təqdim etdiyi saxta mina xəritələri haqda danışarkən deyib. F.Ağamali hələ də erməni cəmiyyətinin Azərbaycanla barışıq haqda düşünmədiyini bildirib:
 
“Mən hərdən BBC-nin həm erməni və həm də Azərbaycan redaksiyalarının Ermənistanda və Azərbaycanda keçirdiyi sorğularına qulaq asıram. Həmin sorğularda demək olar ki, ermənilərin bütün nəsillərindən olan insanları iştirak edir. Danışıqlarından belə məlum olur ki, onların heç biri Azərbaycanla barışıq haqqında düşünmür. Azərbaycanla münasibətlərin normallaşmasına zərrə qədər hazır deyillər, əksinə, buna pis baxırlar.
 
 Ancaq Azərbaycanda keçirilən bu sorğularda bizim insanlarımız məsələyə tamamilə fərqli yanaşırlar. Gələcəkdə bu barışın mümkün olduğunu deyirlər. Yəni bu cür ritorikayla məsələyə normal münasibət göstərirlər. Bu isə çox vacib göstəricidir. Bu, Ermənistanın ruhu zəhərlənmiş bir toplum olduğunu bir daha ortalığa qoyur və özünün xislətini həm siyasi dairələrdə, həm də cəmiyyətin üst qatında ifadə edir. 
 
Ona görə də beynəlxalq təşkilatlar həqiqətən də çağırışlar edirlər ki, minaların təmizlənməsində Ermənistan öz addımını atsın, mina xəritələrini verməlidir və verdiyi xəritələr saxta olmalı deyil. Bütün bunlara baxmayaraq onlar öz çirkin əməllərindən əl çəkmirlər. Mənə elə gəlir ki, artıq bununla bağlı təzyiq deyil, beynəlxalq təşkilatlarının xüsusi rəsmi sənədləri olmalıdır ki, bu sənədlər Ermənistanı məcbur etsin. Xüsusi olaraq bu baxımdan Birləşmiş Millətlər Təşkilatının qəbul edəcəyi qərarın mənə elə gəlir ki, hər halda ciddi təsiri ola bilər. Bu baxımdan həm də Avropa Şurası daha təsirli təzyiqlər göstərməlidir ki, Ermənistan ölüm saçan minaların həqiqi xəritəsini Azərbaycana verə bilsin”.   
 
Qeyd edək ki, Brüssel görüşündən sonra Azərbaycan humanizm nümayiş etdirərək daha 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Əsirlərin qaytarılması müqabilində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə 20 faizdən azdır.

Kanal4.az   
 

Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...