Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Qənirə Paşayeva:Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq

2020-07-26 00:36:12 166 baxış
Xəbər şəkil

 

Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində, sərhədboyu kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o sıradan, infrastruktur obyektlərinə (qaz, işıq, rabitə xətləri) dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. İşin ən önəmli tərəfi odur ki bu tədbirlər dövlət başçısının müvafiq Sərəncamı əsasında görülür. Yəni, dövlət, şəxsən dövlət başçımız hadisələrə həm operativ reaksiya verdi, həm bu işi öz Sərəncam ilə görməyi uyğun bildi. Bilirsiz, ilkin məlumatlara görə, Tovuzda (mülki əhaliyə aid) 35 evə ziyan dəyib; digər dağıntılar da daxil olmaqla, bu işləri rayonun daxili imkanları hesabına da aradan qaldırmaq olardı, bəlkə; ancaq, dövlətin siyasi iradəsi və iqtisadi imkanları, o cümlədən məhz dövlət başçısının yanarürəkliliyi, vətənpərvərliyi bu kimi məsələlərin operativ həllini, ali dövlət qayğısını təmin edir. Yəni: -əhalinin üzərində sıxıntı uzun müddət qalmasın; -dövlət öz vəzifələrini hər yerdə, hər vaxt və hər cür şərtlər altında icra etməkdədir; -yəni Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Müstəqil dövlətimiz ərazi bütövlüyümüz uğrunda vuruşanları, cəfa çəkənləri, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Yeri gəlmişkən, parlamentdə təmsil etdiyim Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğılarının öyrənildiyini və onların həlli istiqamətində addımlar atıldığını minnətdarlıq hissi ilə bildirmək istərdim. Cənab Prezidentin tapşırığı ilə şəhid generalıız Polad Həşimov və şəhid polkovnikimiz İlqar Mirzəyevin ailəsinə yeni mənzil verilib. Çox hörmətli Mehriban xanım Əliyevanın Tovuz istiqamətindəki döyüşlərdə şəhid olmuş 12 hərbçimizlə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdiyini də qeyd etmək istərdim. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq; şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə başlanıb. Bəli, dövlətimiz, ali dövlət rəhbərliyimiz, ölkə ərazisində vətəndaşlarımızın təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır! Fürsətdən istifadə edib, dövlətimizə, dövlət başçımıza Tovuz seçiciləri adından könül dolusu təşəkkürümüzü, minnətdarlığımızı çatdırıram! Bəli, düşmənin 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində qəsdən, hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini ağır artilleriya qurğularından, iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində (artıq vurğuladığımız kimi) həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib; dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə cənab Prezident müvafiq Sərəncam imzalayıb. Düşmənin hərbi hücumu nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər, rəsmi prosedura uyğun şəkildə Azərbaycan Prezidentinə təqdim ediləcək, ardıcıl şəkildə müvafiq rəsmi addımlar atılacaq. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq. Bu Sərəncamla (//president.az/articles/39864) mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb və artıq müəyyən tədbirlər həyata keçirilib. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Sərəncamın icrası ilə bağlı Tovuzda təcili tədbirlər davam etməkdədir. Hücuma məruz qalmış kəndlərdə hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə gərəkən müayinə və ekspertiza işləri aparılır və dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Bununla da, qiymətləndirmə məlumatları əsasında, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən “Tədbirlər Planı” hazırlanacaq. Əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü toplam, 6 kəndinə dəyib. Yuxarıda da dediyimiz kimi, ilkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib; intensiv atəş nəticəsində dövlət əmlakına əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturuna da zərər dəyib. Əlbəttə, Azərbaycan dövlətinin cəbhəyanı rayonlarda infrastrukturun bərpası, sazlanması və s. kimi əməli fəaliyyəti yalnız Tovuzda rastlaşdığımız hal deyil; indiyədək digər cəbhəyanı infrastruktur layihələrlə yanaşı, yeni qəsəbələr salınması, yeni təsərrüfatlar, müəssisələr yaradılması sahəsində konkret işlər görülüb və görülür. O cümlədən: -Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibədə sağlamlığının bir hissəsini itirmiş vətəndaşlarımıza 7600-ə yaxın mənzil və fərdi yaşayış ev verilib); -Şəhid ailələrinə (hər ailəyə 11 min manat olmaqla) birdəfəlik yardım göstərilib; - 2016-cı ilin aprel döyüşlərindən sonra cənab Prezidentin yeni həyat bəxş etdiyi “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayılın Cocuq Mərcanlı kəndində görülən işlər dediklərimizə əyani sübutdur. Artıq, Cocuq Mərcanlıda yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir; -Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb; yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri 6 ay ərzində başa çatdırılıb. Beləliklə, təcrübə var, siyasi iradə var, iqtisadi imkanlar var, qurub-yaratmaq, qurub-yaratdıqlarını qorumaq əzmi var! Dövlət xalqını qoruyur, dövlət ordusunu qoruyur, ordu xalqını və dövlətini qoruyur; dövlətimizi xalqımız qurub, ona müstəqillik qazandırıb, ordu yaradıb və beləliklə ordu-xalq, dövlət-xalq birliyi o qədər iç-içə, o qədər dərin köklü, genişüfüqlü birlikdir – bircandır ki, bir-birindən ayrı təsəvvür etmək sadəcə mümkün deyil. Tovuza düşmən həmləsinə qarşılıq baş verənlər bunu bir daha parlaq şəkildə göstərdi. Dövlətimiz var olsun!

 

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

 

KANAL 4

Səmil Şahlaroğlu





Oxşar xəbərlər


Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17