Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Qənirə Paşayeva: "Siyasi hikkəsini yenmək hər adama nəsib olmur"

2020-07-21 18:15:35 5308 baxış
Xəbər şəkil

"Dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda eyni səngərin əsgərləri kimi davranmaqdadır"

KANAL 4 xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən postlarını atəşə tutması nəticəsində baş verən döyüşlərə münasibət bildirərkən deyib.

Millət vəkili bu döyüşlərdə xalqın həmrəyliyi və siyasi partiyaların vətən uğrunda birlik olmasını müsbət dəyərləndirib.

Sözügedən yazını sizlərə təqdim edirik.

İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü – dövlət sərhəddinin Tovuz istiqamətindəki təxribatları və hərbi müdaxilə cəhdi gündəmin əsas mövzusu olaraq qalmaqdadır və bu çox təbiidir.

Tovuz olaylarından, ordumuzun düşmənə layiqli cavabından sonra, Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyinin olduğu bir daha öz təsdiqini tapdı. – Bu birlik yeni güc, qüvvət qazandı. Siyasi baxışından, yaşından, təhsilindən, statusundan, sosial-mədəni durumundan, məşğuliyyət növündən, cinsindən, harada doğulmasından və s. asılı olmayaraq, bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə səmimi dəstək ifadə etdi. Özəlliklə, vətəndaşlarımızın qlobal pandemiyanın törətdiyi çətinlikləri, məhrumiyyətləri unudaraq, səfərbərlik ruhunda toparlanması çox qürurvericidir. Bu toparlanmanın məhz düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi vaxtda təzcalla etməsi o qürurun dərəcəsini, əyaranı daha da yüksəldir.

Respublika ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən kənarda qalmaması, praktiki olaraq, məsələlərə müxtəlif yanaşma tərzini bir qırağa qoyaraq, eyni Bəyanata imza atması, özlüyündə bir hadisədir. – Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, müxtəlif proqramı, fərqli məram-məqsədi olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını qabartmayaq, həmrəylik nümayiş etdirdi, Ali Baş Komandanın yanında olduqlarını aydın şəkildə bildirdi. Etiraf edək ki, çoxdan arzuladığımız, bir çox ölkənin siyasi mədəniyyət gündəmində (və tarixində) qibtə ilə izlədiyimiz an nəhayət, bizim siyasi mühitdə də təcalla etməkdədir. Artıq bizdə də, dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır. Bu, gerçək təhlükəni dəf etmək imkanının, bir yumruq kimi birləşmək şansının ifadəsidir. Digər tərəfdən, bu hadisə, cəmiyyətimiz üçün sosial-psixoloji baxımdan müsbət ismarıncların verilməsi deməkdir və siyasi istiqrara rəng qatmaqdır. – Özəlliklə, dəliqanlı gənclərimiz üçün siyasi ayrılıqdan daha üstün milli keyfiyyətin yaxud xəlqi ehtiyacın mövcudluğunun parlaq göstəricisidir.

Siyasi partiyaların möcud durumu düzgün dəyərləndirməsi, sərhəddəki son hücumların təsadüf olmadığını – Ermənistanın (və onun havadarlarının) təcavüzkarlıq planlarının yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirməsi tarix baxımından, bugünün düzgün analizi baxımından və gələcəyə baxışımızın aydınlaşması baxımından önəmlidir.

“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”. – Bu, 43 siyasi partiya sədrinin qoşulduğu “Bəyanat”da bildirilir. Üstəlik, bu Bəyanatdan sonra, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da, ayrıca açıqlamalarla, Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdi.

Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını qətiyyətlə alması, düşmənə canlı qüvvə və texnika itkisi baxımından ağır zərbələr vurması, işğalçının hərbi obyektlərini dağıtması qədirbilən xalqımız tərəfindən coşğunluqla qarşılandı.

Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər Xiyabanına gəldi. – Bu yüksək qiymətə layiqdir. Dünya gördü ki, Azərbaycan xalqı öz ordusu ilə bir ürək, bir candır; dünya gördü ki, Azərbaycan xalqını yalnız ədalətli sülh təmin edə bilər. O tarixi gecəni bugünümzə, tariximizə qazandıranlar və eyni güclə gələcəyimizə yazanlar çox sağ olsun! Ancaq əfsus ki, onların arasına cəmiyyətin tör-töküntüləri də girərək, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Buna baxmayaraq, heç bir daxili və xarici siyasi güc, dövlətimizi, xalq-dövlət birliyini, Ali Baş Komandan-xalq həmrəyliyini sarsıda, şübhəyə sala bilməzdi. Xalqımız hər şeyi görür, düzgün qiymət verir. Əlbəttə, dövlətimiz də xalqımızla birlikdədir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Gərək, siyasi həyatımızın bütün iştirakçıları da bu planlamada özünəxas töhfələrlə görünsün.

Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduğunu birmənalı şəkildə ifadə etsə də, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə belə, olaylara ya münasibət bildirmir ya da yanlış münasibət bildirir. –Bu, özünü ölkə taleyindən, birlikdən qıraqda qoymaq, kənar müşahidəçi statusuna üstünlük verməkdir və qəbul ediləsi hal deyil. Onlar sabah-birisigün yenə adətkar şəkildə hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verərsə, buna heç təəccüblənmərik. Tənqid etmək bu dünyanın ən sadə, ən bəsit işidir, ancaq məsuliyyət daşımaq, məsuliyyət bölüşmək hər adamın işi deyil, hər qurum-quruluş məsuliyyət daşıya bilməz.

Necə deyərlər, hər kəs özünə yaraşanı edir; siyasi hikkəsini yenmək hər adama nəsib olmur...

Əlbəttə, xalqımız bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi çevrələrin, marginal qrupların, radikallaşmışların Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür. Belələrinə ən layiqli cavabın isə növbəti seçkilərdə bir daha veriləcəyinə şübhə yoxdur. Hər kəs haqq etdiyi müamiləni görməlidir...

Bayrağımız uca, istiqrarımız, həmrəyliyimiz möhkəm olsun!





Oxşar xəbərlər


Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17