image

TARİXİ ZƏFƏRİMİZ DÜNYANIN DƏYƏRLƏR SİSTEMİNİ DƏYİŞDİ

image


 
     Biz müharibəni ləyaqətlə aparmışıq. Azərbaycan xalqı Qurtuluş savaşı aparıb. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Bunu Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.
 
     Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

      Azərbaycan həmişə olduğu kimi bu gün də öz hüquqlarını müdafiə edən,  iqtisadi, hərbi qüdrətini artıran, beynəlxalq aləmdə söz sahibi kimi mövqeyini möhkəmləndirən güclü dövlətdir. Tarixi Zəfərimiz  dünyanın illərdir özü üçün formalaşdırdığı  dəyərlər sistemini tamamilə dəyişdi. O dəyərlər sistemində ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, həqiqət əvəzinə riyakarlıq, yalan hökm sürürdü. Bu gün isə dünya yalnız ədalət və beynəlxalq hüquqdan danışır. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin, qətiyyətli mövqeyinin, dünyaya bütün tribunalardan səsləndirdiyi ədalət çağırışlarının, bir sözlə, ikili standartlara  son qoyan Qələbəmizin nəticəsidir.
Ağaxan Ağayev, qazi, Vətən müharibəsi iştirakçısı

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...