image image

İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib

image

 

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfəri davam edir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlının müşayiət etdiyi nümayəndə heyətinin üzvləri faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində həyata keçirdiyi monitorinq zamanı ağır artilleriya və raket atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş yaşayış binalarına, digər mülki obyektlərə, o cümlədən tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baxış keçirib, həyatını itirmiş mülki şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan yerlərə gül dəstələri qoyublar. Dağıntılara məruz qalan ərazilərdə yenidənqurma işləri ilə tanış olan, şəhərin müxtəlif yerlərini o cümlədən Qələbə parkını ziyarət edən nümayəndə heyətinin üzvləri sürətli şəkildə aparılan bərpa işlərini yüksək qiymətləndiriblər.

Səfərin nəticəsi olaraq, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) ilə birgə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan, eyni zamanda mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini ağır artilleriya və raket atəşinə tutması nəticəsində baş vermiş insan təlafatı, dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat hazırlanaraq, beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, həyata keçirilən faktaraşdırıcı missiyadan sonra nümayəndə heyəti rəsmi səfər çərçivəsində apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi və müvafiq Bəyanatın qəbul edilməsi üçün Gəncə şəhərində mətbuat konfransı keçirib.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...